Məhkəmə qərarları › İş №3(011)-4651/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4651/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4651/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş MN ******* saylı, 13 noyabr 2023cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən “Ergül Mobilya” adlı mağazadan alınmış qüsurlu malların dəyişdirilməsi və ya geri qaytarılmasından imtina etmişdir Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Şəxs səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciət vərəqəsindən görünür ki, X3 təmsil etdiyi X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən “Ergül Mobilya” adlı mağazadan alınmış divan dəstinin üzərində çoxsaylı qüsurlar olduğundan geri qaytarmaq istədikdə mağaza tərəfindən əsassız olaraq müraciətdən imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Ergül Mobilya” mağazasının rəhbərliyinə ünvanlandığı müraciətdən görünür ki, Orxan Mehdiyevin müraciətinə əsasən xx.xx.2023cü il tarixdə "Ergül" mağazasından 2425 manat dəyərində 2 ədəd divan və kreslo sifariş etdiyini, mağaza tərəfindən məhsulların xx.xx.2023-cü il tarixdə çatdırılacağı vəd edilsə də, çatdırılmanın xx.xx.2023-cü il tarixdə həyata keçirildiyini qeyd etmişdir. Lakin çatdırılan mebellərin qollarında ləkələr mövcud olduğunu (təhvil-təslim sənədinə məhsulların qüsurlu olduğu barədə qeyd əlavə edərək imza atmaqdan imtina etmişdir), bu səbəbdən mağazaya yaxınlaşaraq məhsulların dəyişdirilməsi və ya geri qaytarılmasını tələb etsə də, məhsulların vitrin malı olduğu və bu barədə öncədən ona məlumat verildiyi əsas gətirilərək məhsulların geri qaytarılmasından imtina edildiyini, məhsullar geri qaytarılacağı təqdirdə isə 20% ödəniş tutulacağı barədə ona məlumat verildiyini bildirərək istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Ergül Mobilya” mağazasının rəhbərliyinə ünvanlandığı müraciətdən görünür ki, X6 təmsil edən vətəndaş Emil Xudiyevin müraciəti ilə əlaqədar göndərdikləri xx.xx.2023-cü il tarixli cavab məktubunda xx.xx.2023-cü il tarixində Sergey Zverevin mağazada vitrin məhsuluna baxış keçirərək ödəniş etdiyi, xx.xx.2023-cü il tarixində təhvil-təslim aktını imzalayaraq malı təhvil aldığı, aşkarladığı qüsurun aradan qaldırılması üçün mağazaya müraciət etdikdə, mağaza əməkdaşı tərəfindən qüsurun aradan qaldırılacağı haqqında vətəndaşa məlumat verildiyi qeyd edilmişdir. Eyni zamanda, məktubda malda qüsurun təhvil-təslimdən sonra yarandığı və istifadə edildiyi üçün geri qaytarılmasının mümkün olmadığı, lakin müştəri məmnuniyyətini təmin etmək məqsədilə şirkət tərəfindən köməklik göstərilə biləcəyi bildirilmişdir. X9 yenidən Dövlət Xidmətinə müraciət edərək, həmçinin xx.xx.2023- cü il tarixli sonuncu telefon danışığı zamanı bu günədək hər hansı tədbir görülmədiyini bildirmişdir. Şəxs müştəri şikayətinə cavab məktubundan görünür ki, qüsur təslimatdan sonra yarandığı və məhsul istifadə edildiyi üçün məhsulun geri qaytarılması mümkün deyildir. Buna baxmayaraq müştəri məmnuniyyətinə görə məhsulun qüsurunun aradan qaldırılması üçün kömək etməyə hazırdırlar. 08 noyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, protokol Şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 444.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində altı yüz manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar