Məhkəmə qərarları › İş №3(011)-4652/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4652/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4652/2023 27.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, 01 noyabr 2023-cü il tarixdə 12:30-da ünvan 1 ünvanında həyata keçirilən operativ vergi nəzarəti zamanı Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan atraksionların istismarı fəaliyyəti ilə məşğul olduğu və belə fəaliyyətdən 50 (əlli) manat gəlir əldə etdiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin dövlət vergi müfəttişi Cavid Əhmədov və Elvin Məmmədov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şəxs (VÖEN: **********) ünvan 1 ünvanında xx.xx.2023xx.xx.2023-cü il tarixlərində plandankənar operativ vergi nəzarəti həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 30 oktyabr 2023cü il tarixdə KY232048148 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X2 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini baş vergi xidməti müşaviri X1 30 oktyabr 2023-cü il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X2 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan atraksionların istismarı fəaliyyəti ilə məşğul olma halı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, yayda atraksionun 15 gün fəaliyyət göstərdiyini və nəticədə 50 manat gəlir əldə etdiyini, atraksion tam hazır olmadığı üçün sənədləri verib lisenziya ala bilmədiyini bildirmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanuna 1 nömrəli əlavə olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 13. bəndində Attraksionların istismarı fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə Şəxsnın əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona əldə edilmiş gəlirin (50 manat) iki misli miqdarında - 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar