Məhkəmə qərarları › İş №3(011)-4659/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4659/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4659/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X6 nümayəndəsi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Qanuni nümayəndə iştirakı ilə, X1 Bakı Şəhər X13i İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı Şəhər X13i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cu il tarixində təxminən saat 13:15 radələrində Bakı şəhəri 8 noyabr prospektinin “Nargilə” kofesi adlanan əraziyə yaxın mərkəzi yolda idarə etdiyi “Mersedes-ML” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarə etdiyi avtomobil “KİA Optima” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən arxa sağ yan tərəfindən vurulmaqla yolnəqliyyat hadisəsi törədilmişdir. Həmin hadisə ilə bağlı barəsində Bakı şəhər X12 əməkdaşı tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş, daha sonra Bakı şəhər X13 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX Baş İnspektor Polis X4 inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə tətbiq etmişdir. İnzibati qaydada cərimə edilməsi barədə qərarı tamailə əsassız və qanunsuz hesab edir. Belə ki, qərara əsasən, guya xx.xx.2023-cü il tarixində saat 13:10-da “Mersedes-ML-350” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həqiqətdə isə belə olmamışdır. O, işıqforun yaşıl işığı yanarkən hərəkətini davam etdirərək, manevri başa çatdırmağa az qalmış, qarşı tərəfin avtomobili qəflətən və yüksək surətlə yolun sağ tərəfindən onun idarə etdiyi avtomobilin sağ arxa tərəfinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İnzibati təhbeh haqqında qərarın verilməsinə əsas olmuş protokol heç bir araşdırma aparılmadan tərtib edilmişdir. Halbuki, həmin ərazidə çoxsaylı ‘təhlükəsiz şəhər” kameraları və Bakı Nəqliyyat Agetliyinə məxsus olan kameralar mövcuddur. Kameralarda hadisənin bütün görüntüləri əks olunduğu halda görüntülərə baxış belə keçirilməmişdir. Görüntülərə baxış keçirilmədən işin obyektiv araşdırılması mümkün deyildir. Hesab edir ki, iş qanunamüvafiq qaydada araşdırılsa, baş vermiş hadisənin onun yox, digər sürücünün təqsiri üzündən baş verdiyi aşkar olunacaqdır. Bu mübahisəli iş üzrə kompleks videotexniki və yol- nəqliyyat hadisələri ekspertizası təyin edilib, keçirilərək, müvafiq rəy alınmadan düzgün, obyektiv qərar qəbul etmək mümkün deyildir. Məhz video- texniki ekspertizanın ekspertlərinin səlahiyyətlərinə aiddir ki, hansı avtomobilin işıqforun qırmızı işığında, hansının isə yaşıl işığında yol kəsişinə daxil olmalarını müəyyən etsin. Göstərilən məsələnin istər təhqiqatçı, istər müstəntiq, istərsə də prokuror və məhkəmə tərəfindən müəyyən edilməsi qanuna ziddir, belə ki, qeyd etdiyi kimi bu məsələ birbaşa video-texniki ekspertin səlahiyyətlərinə aiddir və həmin ekspertizanın araşdırma predmetini təşkil edir. Göstərilən ekspertiza tərəfindən məsələyə aydınlıq gətirildikdən sonra, həmin ekspertizanın müəyyən etdiyi hallar rəhbər tutulmaqla, yol-nəqliyat hadisələri ekspertizası sürücülərdən hansının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərini pozmasını müəyyən etməsi mümkündür və bu halda zəruridir. Göstərilənlərə əsasən Bakı Şəhər X13i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Qanuni nümayəndə şikayət ərizəsinin məzmununda qeyd etdiyi xüsusatları bir daha təsdiqləyərək qeyd etmişdir ki, X5 Xidmətinə dəfələrlə yol nəqliyyat hadisəsinin görüntülərinin təqdim edilməsi ilə bağlı müraciət etsə də, müraciətlərinə cavab verilməmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu, bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X13i İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməş və 80 manat məbləğində cərimələnmişdir. Məhkəmənin 3(011)-4659/2023 saylı, xx.xx.2023-cü il tarixli sorğusuna cavab məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən görüntülərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Bakı Şəhər X13i İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin edilsin. Bakı Şəhər X13i İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar