Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4662/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X12 tərəfindən 10 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Şəxs alınaraq, anası X8 verilməklə, anasının yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün uşaq anası X8 verildiyi tarixdən başlayaraq, Şəxs hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq, X8 ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi 28 iyul 2022-ci il tarixdə icraatına qəbul edilərək icraata başlamaq haqqında qərara qəbul edilmiş və tərəflərə rəsmi bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədi icra edilməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir və bu səbəblə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olumuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün ondan alınaraq, anası X8 verilməklə, anasının yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün uşaq anası X8 verildiyi tarixdən başlayaraq, ondan hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq, X8 ödənilməsi qət edilmişdir. Onlar boşanandan hal-hazıradək uşaq onun yanında qalıb. Uşaq 4-cü sinifi bitirənə qədər onun anasıgildə qalıb. Cəmi bir dəfə uşaq anası, yəni Aynurə Məmmədova ilə qalmışdır, onda da uşaq zəng edib demişdir ki, anası onu tək qoyub evdə. Daha sonra onun atası uşağı gedib götürmüşdür. O uşağın himayəsinə verilməsi üçün məhkəməyə müraciət etmiş, Astara rayon məhkəməsinin qərarı ilə uşaq anaya verilmişdir. Daha sonra isə o apellyasiya şikayəti vermişdir. Uşaq da anası ilə qalmaq istəmir. Xanımın tək fikri alimentdir. Uşağa o baxır, həmişə də baxacaq. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Şəxs alınaraq, anası X8 verilməklə, anasının yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün uşaq anası X8 verildiyi tarixdən başlayaraq, Şəxs hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq, X8 ödənilməsi qət edilmişdir. Şəxs onlar evli ola-ola qız qaçırdıb gətirmişdir. Şəxs uşağı da ona qarşı öyrədib. Qaynanası uşağı çox istədiyi üçün baxırdı, lakin o da arada uşağı evlərinə gətirib baxırdı. Şəxs birinci yoldaşına da borcu var. O onun üçüncü yoldaşıdır, hazırda dördüncü yoldaşı da var. Odur ki, icra sənədinin qərəzli olaraq icra edilməməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Şəxs alınaraq, anası X8 verilməklə, anasının yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün uşaq anası X8 verildiyi tarixdən başlayaraq, Şəxs hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq, X8 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. X4 24 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1643/22 № xx.xx.2022 tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüldü X2 ilə tədbir olunması üçün Şəxs alınaraq anası X8 verilməlidir. xx.xx.2014-cü il təvəllüldü X2 üçün Şəxs hər ay 193 manat aliment tutularaq X8 ödənilməlidir. Şəxs ilə öz aralarında məhkəmə qərarının icrası ilə bağlı razılıq əldə edilmiş xx.xx.2014-cü il təvəllüldü X9 ona verilmiş və işin aliment işi ilə bağlı cavabdehlə razılığa gəlmişdir. Cavabdeh tərəfinfən hər həftə 50 manat ödənilməsinə heç bir etirazı yoxdur. X4 10 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq X7 ödənilməsi qərara alınmışdır. Bildirir ki, Şəxs ona olan aliment borcu 2123 manat təşkil edir. Bunu nəzərə alaraq olan aliment borcunun ödənilməsinə ona köməklik edilməsini və Şəxs tərəfindən borc ödənilmədiyi halda onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X4 11 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs ona hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment ödəməlidir. Hazırda Şəxs ona olan aliment borcu 4439 manat təşkil edir və aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 22 may 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1985-ci il il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4662/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4662/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver