Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4666/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində evinə doğru hərəkət edərkən Babək prospektində zənnincə düz xətti tapdalayaraq sağ zolaqdan sol istiqamətə dönmə əməliyyatı icra etmək üçün zolağa maşın daxil olmuş, o anda şikayətçi çaşıb öz avtomobili ilə onun maşınını sağ arxa hissəsindən vurmuşdur. Qəzadan qaçmağa çalışsa da qəza qaçınılmaz olmuşdur. Şikayətçinin maşını ciddi zədə almışdır. İnspektor yaxınlaşaraq qəzanın necə baş verməsini soruşmuşdur. Şikayətçi hərəkətdə olduğu vaxt maşının anidən onun olduğu zolağa daxil olması onu çaşdırmış, bu zaman qəza baş vermişdir. İnspektor onu günahlandıraraq ara məsafəsi saxlamalı olduğunu bildirmişdir. Şikayətçi öz zolağına daxil olduqda avtomobillə ara məsafəsi saxlamışdır. Vurduğu maşın isə sonradan onun zolağına daxil olmuşdur. Belə olan halda şikayətçi günahkar olmalı deyil. Şikayətçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında izahat verən Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, 02 iyul 2025-ci il tarixində saat 16:30 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospektində X3 idarə etdiyi VGV U70 PRO minik markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsinə riayət etməyərək qarşıda hərəkətdə olan avtomobillə toqquşmuşdur. Hadisənin araşdırması zamanı Almas Bayramov bildirmişdir ki, ikinci zolaqla hərəkət edərkən Honda minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yolunda idi o da fikirli olub onu vurmuşdur. Araşdırma zamanı avtomobillərin vurulma bucağından müəyyən olunur ki, sürücü X6 hərəkəti haqqında AR Qanununun 50-ci maddəsinin tələbinə riayət etmədiyinə görə yolnəqliyyat hadisəsi baş vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən barəsində qərar çıxarılmış X2 şikayəti əsassız olduğundan onun haqqında Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 16:30-da “VGV U70 PRO” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi idarə etdiyi avtomobillə araməsafəsi qaydalarını pozaraq digər sürücünün hərəkətinə mane olmuş və qəza törətmişdir. Şikayətçi qəzanın digər avtomobilin sürücüsü tərəfindən sonuncunun təqsiri nəticəsində baş verdiyini bildirsə də buna dəlalət edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, barəsində haqlı olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-4666/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4666/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver