Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4667/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı 28885109 saylı elektron qərarını ləğv edərək, X3 barəsində, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində şəxsi istifadəsində olan “Toyota Venza” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Şamaxı-Yevlax istiqamətində hərəkətdə olan zaman, həmin yolun 116-cı km hissəsində yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşdığına görə, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə barəsində EQ seriyalı 28885109 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. EQ seriyalı 28885109 saylı inzibati tənbeh vermə haqqında elektron qərar protokolu tərtib edən orqan tərəfindən qeydiyyatda olduğu ünvana rəsmi olaraq göndərilməmişdir. Həmin qərarı, xx.xx.2025-ci il tarixində Xətai Rayon DYP şöbəsindən əlbəəl götürmüşdür. Aşağıda qeyd edilənlərə əsasən, Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 28885109 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı məhkəmə tərəfindən ləğv edilməli və şikayət tam təmin edilməlidir. xx.xx.2025-ci il tarixli EQ seriyalı 28885109 saylı elektron qərarın surətindən də göründüyü kimi, inzibati xətanın hansı xüsusi texniki cihaz (radar) vasitəsi ilə qeydə alınması, sözügedən radar cihazının istehsalçı adı və modeli, son texniki baxış və kalibrasiyası tarixi barədə məlumatlar yoxdur. Azərbaycan Respublikasının “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında“ Qanununa əsasən, ölçmə cihazları (o cümlədən sürətölçən radarlar) vaxtaşırı sertifikatlaşdırılmalı və kalibirlənməlidir. Amma ictimayyət üçün hər radarın dövri yoxlama cədvəli əlçatan deyil. Bu bir daha haqlı olaraq şəxslərdə ölçmə cihazlarının müayinədən keçib - keçməməsi barədə əsaslı şübhələr yaradır. - Radar cihazlarının istismarı DİN-in BDYPİ-nin nəzarətindədir. Onların istifadəsində olan radarların sertifikatlı və düzgün işləməsi hüquqi əsas tələbdir. Əks halda şəxs cəriməni şübhə altına ala bilər. - Həmin ərazidə hərəkət surətinin 60 km/saat olmasını təsdiq edən yol nişanı mövcud deyil. - Foto və video ilə şəxsin inzibati xəta törətməsini müəyyən etmək qeyri mümkündür. - Tutalım ki, həmin ərazidə yol nişanı ilə sürət həddi, 90km/saatdır. Əgər proqram təminatı 60 km/saat verilibsə inzibati xəta törətməmək mümkün deyil. - Hərəkət surətinin 81 km/saat kimi qeydə alınması şübhəli məqamlardan xəbər verir. Bu bir daha sürətölçən radarın düzgün işləməməsi ilə bağlə əsaslı şübhələr yaradır. Niyə 79, 80 km/saat və ya 83,84 km/saat yox. Çünki Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin tələbinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulduğu halda, hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə isə 50 manat məbləğində cərimə nəzərdə tutulur. - Tutalım ki, həmin ərazidə hərəkət surəti 60 km/saatdır. Xususi texniki cihazların ±3% xətasını da nəzərə alsaq, şəxsin Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə xəta törətmədiyi sübut olunur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun tərəfindən törədilməsini təsdiq edən sübutlar ona təqdim edilmədən, onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş 28 iyun 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 14:18-də “X6 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 iyun 2025-ci il tarixli, EQ 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2025-ci il tarixdə, saat 14:18-də “X6 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 27 iyun 2025-ci il tarixli, EQ 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 iyun 2025-ci il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 şikayət ərizəsində və izahatında göstərdiyi xüsusatlar araşdırılmadan, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun tərəfindən törədilməsini təsdiq edən sübutlar ona təqdim edilmədən, onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş qərarla ona cərimə cəzası tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 27 iyun 2025-ci il tarixli, EQ 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025-ci il tarixli, EQ 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025-ci il tarixli, EQ 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4667/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4667/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver