Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4678/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Hüquqi şəxs «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin direktoru Nümayəndə iştirakı ilə, Hüquqi şəxs «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hüquqi şəxs «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4910/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib olunmuş 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında hüquqi şəxs «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin direktoru Nümayəndə izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən barələrində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, direktoru olduğu İctimai Birliyin 31 dekabr 2024-cü il tarixədək heç bir maliyyə fəaliyyəti olmadığından sözügedən hesabat səlahiyyətli orqana təqdim edilməmişdir və bu hal forma 5 arayışı ilə də öz təsdiqini tapır. Odur ki, o, göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinə ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-23/2-3082/2025 nömrəli bildirişdən görünür ki, «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin nümayəndəsi 2024-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 2025-ci ilin 23 may – 24 iyun tarixlərində saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə dəvət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Z.Q.Allahverdiyev tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Maliyyə fəaliyyətinin olmaması barədə forma №5 arayışından görünür ki, «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin 31 dekabr 2024-cü il tarixədək heç bir maliyyə fəaliyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyi tərəfindən mühasibat uçotu üzrə qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan hüquqi şəxsin direktoru tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş maliyyə fəaliyyətinin olmaması barədə forma №5 arayışından məlum olur ki, «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin 31 dekabr 2024-cü il tarixədək maliyyə fəaliyyəti olmamışdır Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin 2024-cü il üzrə maliyyə fəaliyyətinin olmamasının müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4678/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4678/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver