Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4689/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X1 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə X3 Azərbaycan Respublikası Mərkəzi Bankının 26 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının 26 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 149500 ABŞ dolları məbləğində vəsaitini Bank hesabından 17 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödəniş aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 27 163 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4cü maddəsinə əsasən 2 716.30 ABŞ dolları məbləğində cərimə tənbeh növünün tətbiq edilməsinə dair 26 oktyabr 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarı 10 noyabr 2022-ci il tarixdə ekspress poçt vasitəsi ilə almışdır. Sahibkarlıqla məşğul olaraq vergi orqanlarında qeydiyyatdan keçib, ********** saylı VÖEN əsasında fəaliyyət göstərir və xarici dövlətlərdən, o cümlədən Çin Xalq Respublikasından müxtəlif malları Azərbaycana idxal edib satışı ilə məşğul olur. Həqiqətən də 17 avqust 2020-ci il tarixdə bank hesabından 149 500 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasından kənara Çin Xalq Respublikasına qabaqcadan ödəniş etməklə köçürmüş və həmin məbləğin böyük hissəsi müqabilində mallar Azərbaycana idxal edilmişdir. Pul vəsaiti köçürülərkən artıq Çin Xalq Respublikasında COVİD yeni koronavirus pandemiyası mövcud olsa da, lakin aldığı malları istehsal edən müəssisə adi qaydada fəaliyyət göstərirdi. Artıq pul vəsaiti köçürüləndən və malların böyük hissəsi alınandan sonra, müəssisə öz fəaliyyətini pandemiya ilə əlaqədar karantinə dayandırmış və bütün fəaliyyətini dondurmuşdur. Aparılan danışıqlara əsasən belə razılıq əldə olunmuşdur ki, yaxın vaxtlarda müəssisə fəaliyyətini bərpa edəcək, qalan 27 163 ABŞ dolları məbləğində malları istehsal edib göndərəcək, əks halda köçürülmüş vəsait geri qaytarılacaq. Lakin obyektiv səbəblərə görə (Çin Xalq Respublikasında COVİDlə əlaqədar bu günədək davam edən məhdudiyyətlər) malın istehsal olunub göndərilməsi və ya pul vəsaitinin geri qaytarılması yubanmışdır. Nəhayət bu ilin artıq sonlarında Çin Xalq Respublikasında yerləşən müəssisə fəaliyyəti bərpa etmiş və malları istehsal edib Azərbaycana göndərmişdir. Göndərilən mallar 08 noyabr 2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən Azərbaycana idxal edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 2716.30 ABŞ dolları məbləğində cərimə olunmağına dair sözügedən qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi, malların Azərbaycana idxal edilməsi və ya pul vəsaitinin geri qaytarılması onun təqsiri ucbatından deyil, obyektiv səbəblərdən baş tutmamışdır. Mərkəzi Bank tərəfindən barəsində qərar qəbul edilərkən, verdiyi izahatlara baxmayaraq bu xüsusatlar nəzərə almamış və təqsirinin olmamasına heç bir əhəmiyyət verməmiş və Bank formal mövqe tutaraq izahatlarına əhəmiyyət verməyərək cərimə tətbiq etmişdir. Həmçinin yuxarıda qeyd edildiyi kimi, 27 163 ABŞ dolları məbləğində malın 08 noyabr 2022-ci ildə Azərbaycana idxal edilməsi onun təqsirinin olmamasının sübutu kimi qəbul edilməlidir. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab etmişdir ki, əməlində inzibati xəta tərkibinin olması üçün əməlin qorunan ictimai münasibətlərə qəsd etməsi, hüquqazidd olması, təqsirli sayılması və inzibati məsuliyyətə səbəb olması Azərbaycan Respublikası Mərkəzi Bankın 26 oktyabr 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli qərarında sübuta yetirilməsi görünmədiyinə görə, həmin qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsindən ötrü kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında X1 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 26 oktyabr 2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 tərəfindən 149500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddətin keçməsinə baxmayaraq, 27163.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamış, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 27163.00 ABŞ dollarının 10 % həcmində, yəni 2716.30 ABŞ dolları məbləğində cərimə təyin edilmişdir. **********2760 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X4 tərəfindən 27163.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar xx.xx.2022-ci il tarixində ölkəyə idxal olunmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xarici valyutada olan vəsaiti xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixində 27163.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar ölkəyə idxal olunmuşdur. Bununla qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətində göstərdiyi xüsusat onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 26 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankının 26 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4689/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4689/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver