Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4697/2020 09.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1800 manat məbləğində cərimə təyin edilməsi barədə Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında MN N ******* saylı inzibati xəta haqda protokol tərtib edildi. Sözügedən protokol əsasında vəzifəli şəxs kimi ona xx xxxxxx 2020-cı il tarixli MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilərək cərimələnmişdir. Sözügedən qərarı onunla əsaslandırmışdılar ki, işçini işdən azad edərkən bir ay əvvəl ərizə alınmamış və işçi ilə haqq-hesab edilməmişdir. Hesab edir ki, sözügedən qərar əsassız və qanusuzdur, belə ki, işçinin işdən azad edilməsi haqda ərizəsi mövcuddur və işçi ilə haqq hesab edilərək ona olan ödəmə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin uyğun maddəsinə əsasən hesab edir ki, haqqında tərtib edilmiş sözügedən inzibati tənbeh verilməsinə dair qərarın ləğv edilməsi qanuni və əsaslıdır. X2 teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərmişdir ki, X9 Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə müqavilənin uzadılması üçün ofisə çağırmışlar, 6 ay müqavilə uzatmışlar, bundan bir həftə sonra ona sms gəlib ki, işdən azad olunub. İşdən qanunsuz çıxardılmasının araşdırılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə X6 əmək müqaviləsi 03 ay müddətinə xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixdə guya X9 öz xahişi ilə “xxxx” MMC-də tutduğu satıcı vəzifəsindən azad edilməsini xahiş etmişdir. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.2 və 69.1-ci maddələrinin tələblərinin pozulması aşkar edilmişdir. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarla 1800 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X5 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1800 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, X6 müraciətinə baxılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.2 və 69.1-ci maddələrinin tələblərinin pozulması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X9 öz xahişi ilə “xxxx” MMC-də tutduğu satıcı vəzifəsindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 259 saylı əmrdən görünür ki, X9 ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə verilmiş xx xxxxxxx 2020-ci il tarixli xitam xx xxxxxxx 2020-ci il tarixi ilə əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş X6 Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı şikayət ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə müqavilənin uzadılması üçün ofisə çağırmışlar, 6 ay müqavilə uzatmışlar, bundan bir həftə sonra ona sms gəlib ki, işdən azad olunub. İşdən qanunsuz çıxardılmasının araşdırılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli 66 saylı Əmək müqaviləsinə 6 saylı əlavədan görünür ki, X6 əmək müqaviləsi 03 ay müddətinə xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-cü maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. X1 şikayətində göstərdiyi xüsusat, yəni işçinin işdən azad edilməsi haqda ərizəsinin olması və işçi ilə haqq-hesab edilərək ona ödəmə edilməsi onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X6 öz xahişi ilə “xxxx” MMC-də tutduğu satıcı vəzifəsindən azad edilməsi barədə ərizəsi onun özü tərəfindən yazılmamış və imzalanmamışdır. Bundan başqa X6 əmək müqaviləsi 03 ay müddətinə xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. X7 əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə, yəni işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4697/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4697/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver