Məhkəmə qərarları › İş №3(011)-47/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-47/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-47/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X13 Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4, zərəçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gədəbəy rayonu, Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 227 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar 10 yanvar 2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı məhkəməsinin icraatında olan 3(011)-46/2024 və 3(011)-47/2024 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və iş 3(011)- 47/2024 nömrə ilə davam etdirilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 10 yanvar 2024-cü il tarixli MN saylı ******* və 10 yanvar 2024-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X2 mebel düzəltmək vədi ilə 300 manat ələ keçirmiş, lakin öhdəliyini icra etməmiş, nəticədə zərərçəkmiş şəxsə 300 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, o, 300 manat pulunu ələ keçirərək ziyan vurduğu X5 ilə ziyanın ödənilməsi zamanı mübahisə etmiş ona kobud ifadələr işlədərək "sən nə axmaq adamsan" demiş, dəfələrlə sakit olmasını, otaqdan çıxması tələb edilsə də, qanuni göstərişlərə məhəl qoymamış və hərəkətlərinə davam edərək Növbətçi hissənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X2 mebel düzəltmək vədi ilə 300 manat pul almışdır. X1 ilə bölmədə barışmaq istəyən zaman ondan 300 manat dəymiş zərəri, bundan əlavə 200 manat mənəvi zərər tələb etmiş, əks təqdirdə şikayətini geri götürməyəcəyini bildirmişdir, bu səbəbdən də digər inzibati xətanı törətmişdir. Əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Şəxs adlı mebel ustası əvvəllər onun mənzildə mebellər düzəltmişdir, bu səbəbdən mənzildə mebel düzəldilməsi üçün yenidən Azərə müraciət etmiş, 600 manata razılaşmışlar, ilkin olaraq ona 300 manat beh vermişdir. Lakin Şəxs vədinə əməl etməmiş, mebeli düzəldib təhvil verməmiş, verdiyi 300 manatı da qaytarmamışdır. Bu səbəbdən də bölmədə olarkən 300 manat dəymiş zərəri, bundan əlavə 200 manat mənəvi zərər tələb etmiş, əks təqdirdə şikayətini geri götürməyəcəyini bildirmişdir. Bundan sonra Şəxs ona kobud ifadələr işlədərək "sən nə axmaq adamsan" demiş, dəfələrlə sakit olması, otaqdan çıxması tələb edilsə də, qanuni göstərişlərə məhəl qoymamış və hərəkətlərinə davam edərək Növbətçi hissənin iş rejimini pozmuşdur. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis kapitanı Anar Xəlilov tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur; 10 yanvar 2024-cü il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs X2 mebel düzəltmək vədi ilə 300 manat ələ keçirmiş, lakin öhdəliyini icra etməmiş, nəticədə zərərçəkmiş şəxsə 300 manat məbləğində zərər vurmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; 09 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə həmin tarixdə, saat 18:50-də inzibati qaydada tutulmuşdur; 10 yanvar 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə 300 manat pulunu ələ keçirərək ziyan vurduğu X5 ilə ziyanın ödənilməsi zamanı mübahisə etmiş ona kobud ifadələr işlədərək "sən nə axmaq adamsan" demiş, dəfələrlə sakit olmasını, otaqdan çıxması tələb edilsə də, qanuni göstərişlərə məhəl qoymamış və hərəkətlərinə davam edərək Növbətçi hissənin iş rejimini pozmuşdur. 10 yanvar 2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə dəfələrlə sakit olmasını, otaqdan çıxması tələb edilsə də, qanuni göstərişlərə məhəl qoymamış və hərəkətlərinə davam edərək Növbətçi hissənin iş rejimini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir, belə ki hadisə mülki xarakterli olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası 69.4-cü maddəsinə əsasən bəbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci nmaddəsi ilə əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqnda icraata xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahtlardan bəlli olur ki, tərəflər arasında mülki hüquq münasibətləri çərçivəsində şifahi podrat müqaviləsi bağlamışdır. Protokolda qeyd edilmiş xüsusatlar öz təsdiqini tapmadığından onun bu əməlində inzibati xəta tərkibinin olmasından söz gedə bilməz və tərəflər arasında yaranmış münasibət mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla təyin edilmiş cərimə tənbehi yüngülləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsin və hadisə mülki xarakterli olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs oğlunun 09 yanvar 2024-cü il tarixdə saat 18:50-dən inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq, təyin edilmiş tənbeh yüngülləşdirilsin və cərimə tənbehi 75 (yetmiş beş) manat miqdarında müəyyən edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar