Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4701/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X9 tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Mənzil-İstismar Hissəsinin qazanxana ustası vəzifəsində çalışan mülki şəxs Şəxs və Mənzil-İstismar Hissəsinin xadiməsi vəzifəsində çalışan mülki şəxs X5 ilə xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyinin mənzil istismar xidmətinin anbarında sözlü mübahisə etmiş mübahisə zamanı Şəxs L.Rüstəmovanı itələyib yerə yıxmışdır. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, artıq 30 ildir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət edir. Leyla Rüstəmova səhər tezdən dəftərə imza atmaq üçün gələn zaman aralarında mübahisə yaranmış və hadisə vaxtı o, onu söymüş və itələyib yıxmışdır, lakin döyməmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlaması halı razı deyil. Belə ki, həmin şəxs onu ictimai yerdə söyərək şərəf və ləyaqətini alçaltmışdır. Hadisə zamanı Şirzad onu çiynindən itələmiş və nəticədə o, yerə yıxılmışdır, lakin heç bir ağır xəsarət almamışdır. Lakin yıxıldıqda ağrı hiss etmişdir. Şəxs əməlində cinayətin tərkibi var, belə ki, sonuncu onu söyərək təhqir etmiş və 5 dəfə eyni nalayiq ifadəni ona qarşı işlətmişdir. Odur ki o, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, hadisə baş verən gün Leyla Rüstəmova dəftərə imza atmaq üçün otağa daxil olmuş və işlərin çox olmasından şikayətlənərək yorulduğunu bildirmişdir. O isə ona kadrlar şöbəsinə müraciət etməsini və komendant vəzifəsinə keçməsini bildirmişdir. Daha sonra Leyla Rüstəmova ilə Şəxs arasında iş üstündə mübahisə yaranmış, sonuncu ona çölə çıxmasını bildirmiş və daha sonra onu itələyib yerə yıxaraq nalayiq ifadə işlətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 04 mart 2025-ci il tarixli, 347 saylı ekspert rəyindən görünür ki, L.Q.Rüstəmovanın xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisə ilə bağlı hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X4 tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 1. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin mənzil-istismar hissəsinin mülki işçisi Şəxs digər mülki işçi X3 təhqir edib itələyərək yerə yıxması əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. 2. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin mənzil-istismar hissəsinin mülki işçisi X2 digər mülki işçi Şəxs təhqir etməsi əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. 3. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin mənzil-istismar hissəsinin mülki işçisi Şəxs digər mülki işçi X5 ilə mübahisə edərkən onu təhqir edərək itələyib yerə yıxması və mülki işçi X2 mülki işçi Şəxs təhqir etməsi əməllərində inzibati xətanın olub-olmaması məsələsinə baxılması üçün barələrində toplanmış material Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X9 tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1966-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, C.Naxçıvanski adına hərbi liseyin qazanxanasının operatoru vəzifəsində işləyən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında hadisə vaxtı Leyla Rüstəmovanı söydüyünü və itələdiyini, lakin döymədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4701/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4701/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver