Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4707/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin Xidmət statistikası sektorunun müdiri X1 iştirakı ilə, hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2024-cü ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı avqust ayı üzrə sentyabr ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda, müəyyən olunmuş vaxtda təqdim edilməmişdir. Bununla da, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin Xidmət statistikası sektorunun müdiri X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X3 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, protokol İXM-nin tələblərini pozaraq tərtib edildiyindən ləğv edilməlidir. Belə ki, protokolun tərtib edilmə müddəti pozulmuşdur. İş üzrə materiallardan görünür ki, protokolun tərtib edilmə əsası 2024-cü ilin (aylıq) 12 xidmət hesabatı üzrə avqust ayının hesabatının sentyabr ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda təqdim edilməməsidir. Bununla bağlı protokol isə yalnız sentyabr ayının 11-i tərtib edilmişdir. Halbuki, həmin qurumun əməkdaşları ilə aparılan telefon danışığı zamanı satış dövriyyəsi ilə bağlı dəqiqləşmə tələb olunduğundan, təhrif olunmuş məlumatın verilməməsi üçün ləngimənin baş verdiyi bildirilmişdir. Hesabat qurumun elektron informasiya sistemində təqdim edildiyindən, doldurulma müddəti bitdikdən dərhal sonra avtomatik olaraq sistem bloklanır ki, bu da qurumun dərhal bu barədə məlumatlı olmasını təsdiq edir. Göründüyü kimi, protokolun tərtib edilmə müddətinə riayət edilməmişdir. İXM-nin əsas prinsiplərindən biri qanunçuluq prinsipidir və İXM-nin 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Bu halda isə Məcəllənin protokolun tərtib edilmə müddəti ilə bağlı tələblərinə riayət edilməmişdir. Digər tərəfdən, protokol tərtib edilərkən İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Protokol tərtib edilərkən "xxxx" QSC-yə heç bir məlumat verilməmiş, Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmiş, işin mahiyyəti barədə Cəmiyyətin izahat vermək hüququ təmin edilməmiş və müvafiq olaraq protokol da Cəmiyyətə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri, eləcə də Cəmiyyət tərəfindən indiyədək Dövlət Statistika Komitəsinə təqdim edilməli olan aylıq hesabatları vaxtında təqdim etməsini nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü və 101-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Dövlət Statistikası Komitəsinin Bakı şəhəri Statistika İdarəsi tərəfindən "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* №-li protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, "xxxx" QSC-nin VÖEN-i **********, hüquqi ünvanı AZ 1025, Bakı şəhəri, Xətai rayonu, ünvan 1tatistika İdarəsinin rəis müavini X4 tərəfindən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2024cü ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı avqust ayı üzrə sentyabr ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilmədiyindən barəsində İXM-nin 389-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin, həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahat verməkdən imtina etdiyi qeyd edilmişdir; Bakı şəhəri Statistika İdarəsinin hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34-22-03/8-9/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Statistika İdarəsi tərəfindən müəssisə barəsində tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol "xxxx" QSC-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 03 dekabr 2013-cü il 132/09 №li qərarı ilə təsdiq edilmiş 12-xidmət №-li aylıq/rüblük rəsmi statistika hesabatı formasına ümumilikdə hüquqi şəxs üzrə məlumatlar, yəni onun bütün bölmələrinin, nümayəndəlik və filiallarının fəaliyyətini əhatə edən məlumatlar daxil edilir. Hesabat əsas fəaliyyəti xidmətlərin göstərilməsi olan hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: - kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13.00-dək; - mikro sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 20dək. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" QSC tərəfindən 2024-cü ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) rəsmi statistika hesabatı məlumatları dövlət statistika orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114-117, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4707/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4707/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver