Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4709/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Qarabağ və X11 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X7 xx.xx.2024-cü il tarixindən, X5 xx.xx.2024cü il tarixindən hazırkı tarixədək "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi müqavilə olmadan hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X13 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşlar X7 və X5 müvafiq işlərin yerinə yetirilməsi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiklərindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokol əsassız və qanunsuzdur. Belə ki, protokolda göstərilir ki, “X1 xx.xx.2024-cü il tarixdən, X5 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər.” 27 may 2024-cü il tarixdə Şirkətə Xidmətin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-30874/2024 nömrəli məktubu daxil olmuş və məktubda qeyd edilmişdir ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və X11 rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə Şirkət tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. 28 iyun 2024-cü il tarixdə Şirkətə Xidmətin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-37183/2024 nömrəli məktubu daxil olmuş və məktubda xx.xx.2024-cü il tarixli, 3-17-5/2-30874/2024 nömrəli məktuba istinad edilərək müvafiq əmək müqaviləsi bildirişlərinin “Əmək və məşğulluq” altsisteminə daxil edilmədiyi bildirilmişdir. Halbuki, Şirkət tərəfindən artıq Xidmətə xx.xx.2024-cü il tarixli, CEO_LEG_1093 nömrəli məktub göndərilərək Şirkətin bütün işçilərinin “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi bildirişlərinin olması qeyd edilmiş və Xidmətin məktublarında göstərilən faktların araşdırılması üçün müvafiq altsistemdə əmək müqaviləsi bildirişi olmayan işçilərin siyahısının təqdim edilməsi xahiş edilmişdir. Bundan sonra 02 iyul 2024-cü il tarixdə Şirkətə Xidmətin xx.xx.2024-cü il tarixli, 3- 17-5/2- 40618/2024 nömrəli məktubu daxil olmuş, məktubda müvafiq əmək müqaviləsi bildirişlərinin “Əmək və məşğulluq” altsisteminə daxil edilmədiyi bildirilmiş və 10 iyul 2024-cü il saat 15:00-da video konfrans vasitəsilə iclasa dəvət olunmaqları qeyd edilmişdir. 03 iyul 2024-cü il tarixdə isə Xidmətin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin əməkdaşı Pərviz Məmmədov tərəfindən elektron poçt ünvanı vasitəsilə Şirkətin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərin siyahısı təqdim edilmişdir. Sonradan, 11 iyul 2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli məktublarına rəsmi cavab da daxil olmuş, amma siyahı təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə Şirkətin nümayəndələri onlayn iclasa qoşulsa da, Xidmət tərəfdən heç kəs qoşulmamış və iclas baş tutmamışdır. Bununla əlaqədar tərəflərindən Xidmətə xx.xx.2024-cü il tarixli, CEO_LEG_1210 nömrəli məktubla da məlumat verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə iclasın baş tutmamasına baxmayaraq Şirkət və Baş direktor barəsində protokol tərtib edilmiş, Şirkət barəsində tərtib edilmiş protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xidmətin məktublarından və protokoldan da aydın və birmənalı şəkildə müəyyən edilir ki, tənbeh vermənin əsası kimi adlarına işğaldan azad olunmuş ərazilərə buraxılış icazəsi alınmış şəxslərin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqavilələrinin olmamasıdır. Protokolda qeyd edilmiş şəxslər Şirkətin işçiləri olmuşlar, onların “Əmək və məşğulluq” altsistemində əmək müqavilələri olmuş və onlar nəinki işğaldan azad edilmiş ərazilərdə, bütün respublika ərazisində yalnız əmək müqavilələri qüvvədə olduğu müddətdə işlərin görülməsinə cəlb edilmişlər. Tam əminliklə bəyan edirlər ki, onlarla əmək münasibətlərinə xitam verildikdən sonra isə işğaldan azad edilmiş ərazilərə heç bir giriş etməmişlər və hər hansı işlərə cəlb edilməmişlər. Sadəcə şəxsin adının “Qarabağ və X11 rayonlarına giriş” portalında qalması onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsi sayıla bilməz. Üstəlik nəzərə alınmalıdır ki, xx.xx.2024-cü il tarixdə işçi ilə əmək münasibətinə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə isə CEO_LEG_1212 nömrəli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilmiş, sonuncunun 18 iyul 2024-cü il tarixli cavab məktubu ilə isə onlarla əmək münasibətlərinə xitam verilmiş şəxslərin buraxılış icazələri ləğv edilmişdir. Göründüyü kimi Şirkət tərəfindən qüvvəyə minmiş əmək müqaviləsi olmadan işğaldan azad olunan ərazilərə buraxılış icazəsinin alınması üçün müraciət edilməmiş və əmək münasibətlərinə xitam verildikdən sonra ağlabatan müddətdə həmin icazənin ləğvi üçün müraciət edilmişdir. Həmçinin əmək münasibətlərinə xitam verilmiş şəxslər bu vaxtdan etibarən buraxılış icazələrinin ləğv edilməsinədək işğaldan azad edilmiş ərazilərə faktiki giriş etməmişlər. Bütün bu qeyd edilən hallar və sənədlər Şirkət barəsində tərtib edilmiş protokolun yalnız ehtimala və şübhələrə əsaslandığını deməyə əsas verir və inzibati xəta hadisəsi olmadığını sübut edir. Beləliklə, o, hüquqi şəxs Şəxs MMC tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X5 izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdən etibarən Şəxs MMC-də quraşdırma üzrə texnik vəzifəsində işləməyə başlamış və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra o, başqa şirkətdə işləməyə başlamış və Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra hər hansı bir işin görülməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X7 izahat verərək bildirmişdir ki, o, xx.xx.2016-cı il tarixdən etibarən Şəxs MMC-də elektrik üzrə texnik vəzifəsində işləməyə başlamış və xx.xx.2024-cü il tarixdə öz razılığı əsasında əmək müqaviləsinə xitam verilmişdir. Hüquqi şəxs Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra o, hər hansı bir işin görülməsinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X10 tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən X7 xx.xx.2024-cü il tarixindən, X5 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; “Qarabağ və X11 rayonlarına giriş” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X7 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək, X5 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq icazə alınmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-na ünvanlanmış 21 may 2024-cü il tarixli, 3-17-5/2-30874/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, hüquqi şəxsdən “Qarabağ və X11 rayonlarına giriş” üçün icazə alınmış işçilərlə 7 təqvim günü ərzində əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi tələb edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-na ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 3-17-5/2-40618/2024 saylı məktubdan görünür ki, hüquqi şəxsdən xx.xx.2024-cü il tarixdə, saat 15:00-da inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi xahiş olunmuşdur; Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış 13 iyun 2024-cü il tarixli, CEO_LEG_1093 saylı məktubda qeyd edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə “Azerconnect* MMC tərəfindən Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi vasitəsilə alınan buraxılış icazələri yalnız müəssisənin işçiləri üçün eldə olunmur. Aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi qaydalara uyğun olaraq bu icazələrin əksər hissəsi habelə tərəflərindən podratçı şirkətlərin işçiləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsilə alınır. Podratçı şirkətlərin işçilərinin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi tərəflərindən həmin sistemə çıxışın olmaması səbəbindən yoxlanılması tam istisna olunur. Eyni zamanda "xxxx" MMC-nin bütün işçilərinə dair “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqavilələri mövcuddur və bu amilin üzərlərinə düşən müvafiq vəzifənin tam yerinə yetirilməsi kimi dəyərləndirilməsini xahiş edirlər; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X7 ilə bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.2016-cı il tarixdə Şəxs MMC-də elektrik üzrə texnik vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə həmin müqaviləyə Azərbaycan Respublikası ƏM-nin 68.2a maddəsinə əsasən xitam verilmişdir; əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.2020-ci il tarixdə Şəxs MMC-də elektrik üzrə texnik vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə həmin müqaviləyə müddətin qurtarması ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs tərəfindən X7 xx.xx.2024-cü il tarixindən, X5 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında “Whatsapp” tətbiqindən istifadə olunmaqla şahid qismində izahatı alınmış X5 izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdən etibarən Şəxs MMC-də quraşdırma üzrə texnik vəzifəsində işləməyə başlamış və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra o, başqa şirkətdə işləməyə başlamış və Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra hər hansı bir işin görülməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında “Whatsapp” tətbiqindən istifadə olunmaqla şahid qismində izahatı alınmış X7 izahat verərək bildirmişdir ki, o, xx.xx.2016-cı il tarixdən etibarən Şəxs MMC-də elektrik üzrə texnik vəzifəsində işləməyə başlamış və xx.xx.2204-cü il tarixdə öz razılığı əsasında əmək müqaviləsinə xitam verilmişdir. Hüquqi şəxs Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra o, hər hansı bir işin görülməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. X5 və X4 əmək müqaviləsi olmadan "xxxx" MMC üçün hər hansı işlərin görülməsi üçün cəlb edilmələri onların məhkəmə iclasında verdikləri izahatları ilə də istisna edilmişdir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs barəsində əsassız olaraq 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4709/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4709/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver