Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4710/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Qarabağ və X8 Rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X2 və X6 xx.xx.2024-cü il tarixindən halhazırki tarixədək «X14 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əmək müqavilələri hüquqi qüvvəyə minmədən hüquqi şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşlar X2 və X6 müvafiq işlərin yerinə yetirilməsi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiklərindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN nümayəndəsi Nümayəndə hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, səlahiyyətli inzibati orqan heç bir araşdırma aparmadan, hüquqi şəxsi prosessual qaydalara riayət etməklə dəvət etmədən və onun səlahiyyətli nümayəndəsini dinləmədən, həmçinin şirkətlə sözügedən şəxslər arasında hansı bir əmək münasibətinin yaranıbyaranmamasını dəqiqləşdirmədən formal xarakterli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Belə ki, protokolda qeyd olunan X2 və X6 ilə şirkət arasında hər hansı bir əmək münasibəti olmadığından, onlar həmin şirkətdə çalışmadıqlarından əmək müqaviləsinin bağlanması üçün də zərurət olmamışdır. Həmçinin, şirkət tərəfindən həmiş şəxslər üçün icazə alınması onların şirkətin işçiləri olmaları kimi qiymətləndirilə bilməz. Beləliklə, o, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da işləməmişdir. Sadəcə olaraq o, başqa bir şirkətə işlə əlaqədar müraciət etmiş və bu səbələ Qarabağ rayonu ərazisinə daxil ola bilməsi üçün ona müvafiq icazə alınmışdır. Lakin o, gedib işin şərtləri ilə tanış olduqdan sonra, həmin şəraitlə qane olmamış və orada çalışmaqdan imtina edərək geri qayıtmışdır. Onunla hüquqi şəxs arasında heç bir əmək münasibəti mövcud olmamışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X2 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da çalışmamış və həmin şirkətlə ümumiyyətlə əlaqəsi olmamışdır. Sadəcə olaraq o, işlə əlaqədar müraciət etmiş, lakin oranın şəaiti və iş rejimi ona uyğun olmadığı üçün çalışmaqdan imtina etmişdir. Onunla hüquqi şəxs arasında heç bir əmək münasibəti mövcud olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X7 tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X1 və X3 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; “Qarabağ və X8 rayonlarına giriş” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X2 və X6 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq icazə alınmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-na ünvanlanmış 21 may 2024-cü il tarixli, 3-17-5/2-30943/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, hüquqi şəxsdən “Qarabağ və X8 rayonlarına giriş” üçün icazə alınmış işçilərlə 7 təqvim günü ərzində əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi tələb edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-na ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 3-17-5/2-40569/2024 saylı məktubdan görünür ki, hüquqi şəxsdən xx.xx.2024-cü il tarixdə, saat 17:00-da inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən X1 və X3 xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da işləməmişdir. Sadəcə olaraq o, başqa bir şirkətə işlə əlaqədar müraciət etmiş və bu səbələ Qarabağ rayonu ərazisinə daxil ola bilməsi üçün ona müvafiq icazə alınmışdır. Lakin o, gedib işin şərtləri ilə tanış olduqdan sonra, həmin şəraitlə qane olmamış və orada çalışmaqdan imtina edərək geri qayıtmışdır. Onunla hüquqi şəxs arasında heç bir əmək münasibəti mövcud olmamışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X2 izahat verərək bildirmişdir ki, o, heç vaxt Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-da çalışmamış və həmin şirkətlə ümumiyyətlə əlaqəsi olmamışdır. Sadəcə olaraq o, işlə əlaqədar müraciət etmiş, lakin oranın şəaiti və iş rejimi ona uyğun olmadığı üçün çalışmaqdan imtina etmişdir. Onunla hüquqi şəxs arasında heç bir əmək münasibəti mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni «X14 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. X6 və X1 əmək müqavilələri hüquqi qüvvəyə minmədən Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ üçün hər hansı işlərin görülməsi üçün cəlb edilmələri onların məhkəmə iclasında verdikləri izahatları ilə də istisna edilmişdir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində əsassız olaraq 10 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİNİN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4710/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4710/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver