Məhkəmə qərarları › İş №3(011)-4720/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4720/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4720/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə X1 Sumqayıt şəhəri X5 Şöbəsinin 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə qərarından verdiyi şikayət ərizəsinə baxmağa hazırlıq zamanı, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri X5 Şöbəsinin 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. X3 vəsatətlə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşadığından şikayətə yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara görə X1 verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, inzibati xəta Xətai rayonu ərazisində törədilmədiyindən və X3 şikayətə Xətai rayonunda yaşamasını təsdiq edən sənəd əlavə etmədiyindən Sumqayıt şəhəri X5 Şöbəsinin 21 oktyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Sumqayıt şəhəri X5 Şöbəsinin 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə qərarından verdiyi şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar