Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4720/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, şikayətçi «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 inzibati xəta haqqında 28 aprel 2025-ci il tarixli, ******* nömrəli protokol əsasında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın və X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında 28 aprel 2025-ci il tarixli, ******* nömrəli protokola əsasən “Azəriqaz” İstehsalat Birliyinin Bakı X12 Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqları təmiri və istismarı üzrə çilingəri X1 xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün əmək məzuniyyətinin xx.xx.2024-cü il tarixdə başlanmasına baxmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqı “Azəriqaz” İB-nin işəgötürəni tərəfindən gecikdirilərək xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbləri pozulmuş və nəticədə işəgötürən tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qənaətinə gəlinmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini hesab edərək inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edərək işəgötürən 1200 manat məbləğində inzibati cərimə edilmişdir. X6 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı qanunsuz və əsassız qəbul edildiyi üçün həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada yuxarı orqana X6 Xidmətinə şikayət verilmişdir. Həmin şikayətə X6 Xidmətində baxılmış və şikayətin təmin olunmaması və Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-5/1- R-28833/2025 nömrəli qərar qəbul edilmişdir. X6 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı və X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli qərarı qanunsuz və əsassız qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 11 aprel 2025ci il tarixli, 178-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 192.4-cü maddənin dispozisiyasında "hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə" sözləri ilə əvəz edilmişdir. X6 Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında 28 aprel 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edərkən İnzibatı Xətalar Məcəlləsində edilən dəyişikliyi və inzibati məsuliyyət müəyyən edən normativ hüquqi aktın ləğv olunduğunu nəzərə almamışdır. Bu dəyişiklik protokol tərtib olunan tarixdə (28 aprel 2025-ci il dəyişiklik) artıq qüvvədə olduğundan, əvvəlki redaksiyaya əsasən məsuliyyət müəyyən etmək hüquqi baxımdan əsassızdır. Göründüyü kimi X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı tərtib edilmiş protokolda Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbləri pozulması kimi qeyd edilsə də bu hal Əmək Məcəlləsində qanun pozuntusu kimi təsbit edilməmişdir. Qanunvericiliyin bu norması bir daha onu göstərir ki, məzuniyyət pulu işçinin məzuniyyətə çıxmasından sonra müəyyən səbəbdən verilmişsə, bu halın qanun pozuntusu kimi deyil, sadəcə olaraq işçinin əmək hüququnun qorunmasına yönəlmiş alternativ mexanizmdir. Bu maddələr işçiyə məzuniyyət vaxtına görə əmək haqqı gecikərsə, onun əmək hüququnu qorumaq və məzuniyyət hüququnu effektiv şəkildə təmin etmək üçün normativ əsas verir. Əgər məzuniyyət pulu vaxtında verilməyibsə, bu işçinin tələbi ilə məzuniyyətin başlanma tarixinin dəyişdirilməsinə səbəb ola bilər. Bu inzibati xəta deyil və işçinin hüququnun pozulması anlamına gəlmir, əksinə onun hüquqlarının təmininə yönəlmiş bir imkan kimi tanınır. Buna görə də, əmək haqqının məzuniyyətin başlanmasından sonra ödənilməsi faktı inzibati xətanın tərkibini yaratmır. Bakı X12 Departamenti tərəfindən “SAP” proqramında Biznes sahəsi 2943 də İbrahimov Mehman №4116028 məhkəmə qərarına əsasən 02 oktyabr 2024-cü ildə işə bərpa olunmuşdur. Müvafiq olaraq ona xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə məcburi iş buraxmaya görə 14-2-2/3-1K-1293/2024 saylı xx.xx.2024-cü il tarixli əmr əsasında əmək haqqı hesablanaraq ödəniş edilmişdir. Eyni ayda göstərilən işçiyə 14-2-2/3-1M-3513/2024 saylı xx.xx.2024 tarixli əmrə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 27 təqvim günü məzuniyyət verildiyi üçün “SAP” proqramında məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanmamış, bu barədə baş ofisə yazılı məlumat verilmişdir. Sistemdə yaranmış çətinlik aradan qaldırıldıqdan sonra M.İbrahimova məzuniyyət vaxtı üçün orta əmək haqqı ödənilmişdir. Göründüyü kimi X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən bu halı qanun pozuntusu kimi qiymətləndirilərək, heç bir araşdırma aparılmadan, işəgötürənin təqsiri sübuta yetirilmədən əsassız olaraq inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda onu da əlavə olaraq bildirir ki, X1 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017-xx.xx.2018, xx.xx.2020-xx.xx.2021-ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395,82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3-14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulduğu müəyyən olunduğu üçün X6 Xidmətin Bakı Şəhər İdarəsi işəgötürənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyini nəzərə alaraq inzibati xəta haqqında 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyini nəzərə alaraq X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işəgötürəni Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1800 manat məbləğində inzibati cəriməni şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması 30 gün müddət müəyyən olunması barədə 22 yanvar 2025-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması barədə tərəflərindən Əmək müfəttişliyinə məlumat verilmişdir. Göründüyü kimi Əmək Müfəttişliyi İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyini nəzərə alaraq inzibati xətalara görə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin M.İbrahimovun xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017-xx.xx.2018, xx.xx.2020-xx.xx.2021-ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395.82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3-14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulduğu müəyyən olunduğu üçün X6 Xidmətinin Bakı Şəhər İdarəsi işəgötürənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini nəzərə alaraq inzibati xəta haqqında 14 aprel 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol üzrə verilmiş vəsatətə əsasən X6 Xidməti tərəfindən icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Əmək müfəttişliyi müvafiq protokol əsasında qərarı qəbul edərkən işin faktiki hallarını araşdırmadan yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə məhəl qoymadan öz mülahizələrinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Göründüyü kimi X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmadan, heç bir ətraflı araşdırma aparılmadan qərəzli olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddələrində nəzərdə tutulmuş intizam xəta törətdiyini nəzərə alaraq inzibati xəta haqqında 28 aprel 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Hesab edir ki, hazırkı inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən işəgötürən barəsində toplanmış material üzrə zəruri araşdırma aparılmaması onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikası İXM-nin tələbləri üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R- 28833/2025 nömrəli qərarı Xidmətin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-R-59197/2025 nömrəli məktubu ilə poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə verilmişdir. Beləliklə o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarın ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, X1 xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün əmək məzuniyyətinin xx.xx.2024-cü il tarixdə başlanmasına baxmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqı “Azəriqaz” İB-nin işəgötürəni tərəfindən gecikdirilərək xx.xx.2024-cü il tarixdə verildiyindən, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5ci maddəsinin tələbləri pozulduğundan «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 1200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Daha sonra Azər Məmmədov tərəfindən həmin qərardan şikayət verilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən xx.xx.2025-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər eyni mübahisə üzrə «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 barəsində digər pozuntularla birlikdə hazırkı iş üzrə olan pozuntu da daxil olmaqla 14 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda onun barəsində hansı səbəbdən ikinci dəfə eyni pozuntu ilə əlaqədar olaraq inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən xəbəri yoxdur. Beləliklə o, göstərilənləri nəzərə alaraq şikayətçi «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 hər biri ayrı-ayrılıqda şikayət ərizəsində qeyd olunan xüsusatları təsdiqləyərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarın ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə şikayətçinin, «Azəriqaz» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin məsləhətçi əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün əmək məzuniyyətinin xx.xx.2024-cü il tarixdə başlanmasına baxmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqı “Azəriqaz” İBnin işəgötürəni tərəfindən gecikdirilərək xx.xx.2024-cü il tarixdə verildiyindən, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbləri pozulduğundan «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün əmək məzuniyyətinin xx.xx.2024-cü il tarixdə başlanmasına baxmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqı “Azəriqaz” İBnin işəgötürəni tərəfindən gecikdirilərək xx.xx.2024-cü il tarixdə verildiyindən, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbləri pozulduğundan «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 1200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin məsləhətçi əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017xx.xx.2018, xx.xx.2020-xx.xx.2021-ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395.82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3- 14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulduğu müəyyən olunduğundan «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024cü il tarixli qərarına əsasən X4 işə bərpa olunduğundan, vətəndaş X1 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017-xx.xx.2018, xx.xx.2020-xx.xx.2021ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395.82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3-14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulduğu müəyyən olunduğundan «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikası İXMnin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 1800 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin məsləhətçi əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017xx.xx.2018, xx.xx.2020-xx.xx.2021-ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395.82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3- 14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulduğu müəyyən olunduğundan «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017-xx.xx.2018, xx.xx.2020-xx.xx.2021-ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395.82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3-14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulması faktı üzrə «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17- 5/1-R-28833/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin X10 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş X1 xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün əmək məzuniyyətinin xx.xx.2024-cü il tarixdə başlanmasına baxmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqı “Azəriqaz” İB-nin işəgötürəni tərəfindən gecikdirilərək xx.xx.2024-cü il tarixdə verildiyindən, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbləri pozulduğundan «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 1200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Şikayət ərizəsində və məhkəmə iclasında versiyi izahatında «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 brəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək bildirmişdir ki, X1 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017-xx.xx.2018, xx.xx.2020-xx.xx.2021-ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395,82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3-14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulduğu müəyyən olunduğu üçün X6 Xidmətin Bakı Şəhər İdarəsi işəgötürənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyini nəzərə alaraq inzibati xəta haqqında 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyini nəzərə alaraq X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işəgötürəni Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1800 manat məbləğində inzibati cəriməni şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması 30 gün müddət müəyyən olunması barədə 22 yanvar 2025-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması barədə tərəflərindən Əmək müfəttişliyinə məlumat verilmişdir. Göründüyü kimi Əmək Müfəttişliyi İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyini nəzərə alaraq inzibati xətalara görə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilmişdir. Daha sonra, M.İbrahimovun xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2017-xx.xx.2018, xx.xx.2020-xx.xx.2021-ci iş illəri üzrə istifadə etmədiyi 16 təqvim günü əsas məzuniyyətə görə ödənilmiş 395.82 manat kompensasiya xx.xx.2024-cü il tarixli, 14-2-2/3-14-3513/2024 nömrəli əmrə əsasən məzuniyyət hüququndan istifadə edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq məzuniyyət haqqından tutulduğu müəyyən olunduğu üçün X6 Xidmətinin Bakı Şəhər İdarəsi işəgötürənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini nəzərə alaraq inzibati xəta haqqında 14 aprel 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol üzrə verilmiş vəsatətə əsasən X6 Xidməti tərəfindən icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan, həmçinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olduğu kimi X5 işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verməsi ilə əlaqədar olaraq barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə uyğun olaraq tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq, onun eyni mübahisə üzrə yenidən inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə əsassız olaraq xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərardan verilmiş şikayət də xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli qərara əsasən təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 tərəfindən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi ilə bağlı əvvəllər eyni fakt üzrə protokol və qərar qəbul edildiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.7, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Azəriqaz» İstehsalat Birliyinin direktoru X10 tərəfindən verilmiş şikayət təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-R-28833/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4720/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4720/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver