Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4726/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov 03 aprel 2025-ci il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 06 mart 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Şəxs idarə etdiyi «Gac Aion» markalı **-QH-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Xətai rayonu, X.Rüstəmov küçəsi ilə Babək prospekti istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə saatda 40 km surətlə hərəkətdə olarkən yolu piyada keçidi ilə sağdan sola keçən piyada X4 avtomobilinin qabaq hissəsi ilə vurması nəticəsində piyada X2 aşıq baldır oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu və sol budun dərialtı hematoması kimi yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 06 mart 2025-ci il tarixdə saat təxminən 19 radələrində Gac Aion markalı, **-QH- *** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, X.Rüstəmov küçəsi ilə Babək prospekti istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə saatda 40 km surətdə hərəkətdə olarkən qarşısında olan piyada keçidinin qarşısında sağında olan avtomobillər qəflətən dayanmışlar və qarşısına yolu sağdan sola keçən piyada qadın çıxmışdır. O, avtomobilini saxlamağa çalışmış və sağ istiqamətdə yönəltmiş, buna baxmayaraq piyada qadını avtomobilinin sol qabaq hissəsi ilə vurmuşdur. Daha sonra piyadaya köməklik edərək avtomobilinə əyləşmişdir. Daha sonra təcili yardım çağırmışlar və piyada qadını xəstəxanaya aparmışlar. Məhkəmə iclaslarında iştirak etməmiş zərərçəkmiş şəxs X6 təhqiqat zamanı izahatında bildirmişdi ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Ağ şəhərdə yerləşən ünvandan çıxaraq Xətai metrosu istiqamətində piyada hərəkət edərkən X.Rüstəmov küçəsinə yaxınlaşmış və küçəni sağdan sola adi addımlarla keçməyə başlamışdır. Yolun iki hərəkət zolağını keçəndən sonra 3-cü hərəkət zolağına yaxınlaşarkən solunda hərəkətdə olan avtomobil onu qabaq tərəfi ilə vurmuş və yola yıxılmışdır. Sonra sürücü ona yaxınlaşaraq köməklik etmiş və onu avtomobilinə əyləşləşdirmişdir. Daha sonra rəfiqəsi təcili yardım çağırmış və onu xəstəxanaya aparmışlar. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs və Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 aprel 2025-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Xətai DYPŞ-nə göndərilmişdir. 27 mart 2025-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 244 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X1 aşıq-baldır oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu və sol budun dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Xətai RPİ-nin DYPŞ-nin 06 mart 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Aion Y Plus» markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4726/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4726/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver