Məhkəmə qərarları › İş №3(011)-4730/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4730/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4730/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə X2 X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 yazılı ərizə ilə müraciət edərək həmin işlə bağlı Yasamal rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 3(004)- 4958/2024 saylı qərarı olduğundan şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilmiş X3 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və şikayətçinin ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X1 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar