Məhkəmə qərarları › İş №3(011)-4731/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4731/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4731/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 30 avqust 2024-cü il tarixli, 00100-02346/2024 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2038/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 30 avqust 2024-cü il tarixli, 00100-02346/2024 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına ünvanına İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal olunan yüklərin içərisində gömrük orqanına bəyan olunayan malların mövcud olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında, “İpək Yolu” gömrük postuna 42BR258/99ZH456 dövlət qevdiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olan, BBGİ-də **********9079 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə baxış keçirilmiş, baxış zamanı gömrük orqanına bəyan edilməyən 25 qram və 50 qram “Primer” nişanlı saç üçün vasitələrin ümumilikdə dəyərinin 6707.50 (altı min yeddi yüz yeddi manat əlli qəpik) manat təşkil etməsi müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda keçirilmiş xx.xx.2024-cü il tarixli yoxlama protokolundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 42BR258/99ZH456 dövlət qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və **********9079 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə “İpək Yolu” gömrük postunun 3-cü anbarında gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı 42BR258/99ZH456 dövlət qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********9079 sorğu nömrəli gömrük bəyannaməsi, 535 nömrəli, xx.xx.2024-cü il tarixli invoys üzrə mallar post ərazisində yerə boşaldılaraq eyniləşdirmə aparılmışdır. Gömrük yoxlaması zamanı gömrük bəyannaməsində bəyan olunmayan Primer nişanlı (25 qram 1583 ədəd, 50 qram 504 ədəd) saç üçün vasitə aşkar olunmuşdur; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş 30 avqust 2024-cü il tarixli, 00100-02346/2024 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal olunan yüklərin içərisində gömrük orqanına bəyan olunayan malların mövcud olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında, “İpək Yolu” gömrük postuna 42BR258/99ZH456 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olan, BBGİ-də **********9079 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə baxış keçirilmiş, baxış zamanı gömrük orqanına bəyan edilməyən 25 qram və 50 qram “Primer” nişanlı saç üçün vasitələrin ümumilikdə dəyərinin 6707.50 (altı min yeddi yüz yeddi manat əlli qəpik) manat təşkil etməsi müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli, 126 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 25 qram “Primer” nişanlı sac üçün vasitənin orta bazar qiyməti 2.90 manat olmaqla 1583 ədədinin orta bazar qiyməti 4590.70 manat, 1 ədəd 50 qram “Primer” nişanlı saç üçün vasitənin orta bazar qiyməti 4.20 manat olmaqla 504 ədədinin orta bazar qiyməti 2116.80 manat olmaqla ümumilikdə 25 qram və 50 qram “Primer” nişanlı saç üçün vasitələrin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 6707.50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına İran İslam Respublikasının “X7 Astara” şirkətindən 42BR258/99ZH456 nömrə nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********9079 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2024-cü il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı müəyyən olmuşdur ki, Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********9079 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində bəyan edilən vasitələrdən əlavə mallar idxal edilmiş, lakin həmin mallar gömrük bəyannaməsində göstərilməmiş, gömrük orqanına bəyan edilməmiş, mal-müşayiət sənədlərində qeyd edilməmişlər. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 6707.50 (altı min yeddi yüz yeddi manat əlli qəpik) manat təşkil edən malların dəyərinin 40 (qırx) faizi miqdarında, yəni 2683 (iki min altı yüz səksən üç) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar