Məhkəmə qərarları › İş №3(011)-4734/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4734/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4734/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakı ilə, xx xxxx 1969-cu ildə Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı, 10 avqust 2023cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən MN ******* nömrəli, 26 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı, 10 avqust 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs icra məmurunun tələblərini icra etməmişdir. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o, ödəniş etməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Ümumilikdə 1.501.698,00 manat pul ödəməlidr. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddianın qismən təmin edilməsi, 1.birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 22 saylı mənzil üzərində ½ hissədə iddiaçı Zərərçəkmiş şəxs, ½ hissədə isə cavabdeh Şəxs pay hüququnun tanınması; 2.birgə nikah dövründə əldə edilmiş "Toyota Corolla" markalı, 10-DN 121 dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ hissədə iddiaçı Zərərçəkmiş şəxs, ½ hissədə isə cavabdeh Şəxs pay hüququnun tanınması; 3.Sədərək Ticarət Mərkəzində yerləşən Şirniyyat bazarı 3-cü zona, 4- cü sıra, 2-ci korpus, 46 saylı 50 kv.m-dən ibarət olan mağazanın 2022-ci ilin yanvar ayından hal-hazırkı günədək 12 aylıq ümumi 30.000 manat olmaqla kirayə haqqının ½ hissəsi olan 15.000 manat pulun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, 4.iddia ərizəsində qeyd edilən 274 adda əşyaların hər bir ədədi üzərində ½ hissədə iddiaçı Zərərçəkmiş şəxs, ½ hissədə isə cavabdeh Şəxs pay hüququ müəyyən edilməsi, qeyd olunan əşyalar mövcud olmadığı təqdirdə tərəflərin payına uyğun olaraq həmin əşyaların dəyəri olan pul vəsaitinin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, 5.iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 3.391 manat dövlət rüsumunun 2.373 manatı cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qalan 1.018 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qeyd edilən Qətnamə üzrə icra vərəqəsi 05 iyun 2024-cü il tarixdə İcra şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında Qərar qəbul edilmişdir. İcra məmuru icra vərəqəsi üzrə əmlakı qeydə alması hələ bitməmiş, onun tərəfindən 17373 manat ödənilmiş, birgə nikah dövründə əldə edilmiş "Toyota Corolla" markalı, 10-DN 121 dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ hissəsindən iddiaçı Zərərçəkmiş şəxs xeyrinə imtina etmiş, birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 22 saylı mənzil üzərində ½ hissəsindən iddiaçı Zərərçəkmiş şəxs xeyrinə imtina etdiyimi icra məmuruna tələbkarın iştirakı ilə bildirmişəm. İcra məmuru qeyd edilənləri bilə-bilə onun barəsində AR İXM 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərmiş və Məhkəmənin qərarı ilə 500 manat cərimə edilmişdir. Hazırkı iş üzrə də cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil izahat verərək göstərdi ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı, 10 avqust 2023-cü il tarixli icra sənədinin tələblərini tam şəkildə icra etməmişdir. Onkoloji xəstədir, müalicəsinə pul lazımdır. Borclu qəsdən ödəniş etməkdən imtina edir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 22 saylı mənzil üzərində ½ hissədə iddiaçı Zərərçəkmiş şəxs, ½ hissədə isə cavabdeh Şəxs pay hüququ tanınmış. Birgə nikah dövründə əldə edilmiş “Toyota Corolla” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ hissədə iddiaçı Zərərçəkmiş şəxs, ½ hissədə isə cavabdeh Şəxs pay hüququ tanınmış. Sədərək Ticarət Mərkəzində yerləşən Şirniyyat bazarı 3-cü zona, 4-cü sıra, 2-ci korpus, 46 saylı 50 kv.m-dən ibarət olan mağazanın 2022-ci ilin yanvar ayından hal-hazırkı günədək 12 aylıq ümumi 30.000 manat olmaqla kirayə haqqının ½ hissəsi olan 15.000 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İddia ərizəsində qeyd edilən: 1. “Vaza” Çin istehsalı, xrustal şüşəli-kod 1334 100 qutu hər qutuda 2 ədəd cəmi 200 ədəd 1 ədəd qiyməti 190-38.000 manat; 2. “Vaza” Çin istehsalı xrustal kod 4211 20 ədəd 55 manat cəmi 1100 manat; 3. Konfetnisa Çin istehsalı 30 qutu hər qutuda 2 ədəd cəmi 60 ədəd cəmi 12.600 manat; 4. Güldan Çin istehsalı 50 ədəd 1 ədədi 230 cəmi11.500 manat; 5. Konfetnisa 3 mərtəbə kod 3445 20 ədəd 320 manat 1 ədədi cəmi 6400 manat; 6. Servis “Kasaperla” İtaliya istehsalı 96 predmet, forfor 200 ədəd 1 ədəd 950 manat cəmi 300.000 manat; 7. “Alpinberq” firmasının istehsalı nabor 128 predmet 150 ədəd 1 ədəd 120 manat cəmi 108.000 manat; 8. “Alpinberq” firmasının istehsalı nabor 128 predmet 50 ədəd 1 ədəd 420 manat cəmi 21.000 manat; 9. Podnos güzgülü böyük İran istehsalı 100 ədəd 1 ədəd 40 manat cəmi 4000 manat; 10. Podnos güzgülü böyük 100 ədəd 1 ədəd 45 manat cəmi 4500 manat; 11. Podnos güzgülü kiçik 150 ədəd 1 ədəd 60 manat cəmi 9000 manat; 12. Vaza kod F74635 100 ədəd 1 ədəd 170 manat cəmi 17000 manat; 13. Salat qabı balaca 65 ədəd 40 cəmi 2600 manat; 14. Salat qabı orta 65 ədəd 40 manat cəmi 2600 manat; 15. Salat qabı Çin istehsalı 50 ədəd 90 manat cəmi 4500 manat; 16. Çəngəl qaşlı 75 ədəd 55 manat cəmi 4125 manat; 17. Şərbət qabı kod-15 140 ədəd 50 manat cəmi 2000 manat; 18. Konfet qabı mərtəbəli dairəvi 50 ədəd 1 ədəd 60 manat cəmi 3000 manat; 19. Konfet qabı mərtəbəli kvadrat 50 ədəd 1 ədəd 60 manat cəmi 3000 manat; 20. Güzgülü kod TA 1234 500 ədəd 1 ədəd 80 manat=40000 manat; 21. Şamdan kod 843 50 ədəd 90 manat cəmi 4500 manat; 22. Şamdan kod F4110 40 ədəd 1 ədəd 195 manat cəmi 7800 manat; 23. Konfet qabı kod F2249A17 120 ədəd 1 ədəd 175 manat cəmi 21.000 manat; 24. Güldan kod F2370-20 200 ədəd 1 ədəd 220 manat- cəmi 44000 manat; 25. Konfetnisa kod F2370-20 50 ədəd 160 manat cəmi 8000 manat; 26. Mərtəbəli meyvə qabı kod 35-0008 20 ədəd 55 manat cəmi 1100 manat; 27. Qazan kod GV 29728 50 ədəd 80 manat cəmi 4000 manat; 28. Mərtəbəli meyvə qabı Çin istehsalı kod 42-5 30 ədəd 60 manat cəmi 1800 manat; 29. Şamdan 30 dəst 220 manat cəmi 6600 manat; 30. Çərəz qabı Çin istehsalı 60 ədəd 140 manat cəmi 8400 manat; 31. Kiçik konfet qabı Çin istehsalı 40 ədəd 105 manat cəmi 4200 manat; 32. Şirniyyat qabı Çin istehsalı 24 ədəd 140 manat cəmi 3360 manat; 33. Çərəz qabı dəst kod 450 40 ədəd 580 manat cəmi 23.200 manat; 34. Konfet qabı Çin istehsalı kod F1299 48 ədəd 180 manat cəmi 8640 manat; 35. Çaynik kod TA 1540 100 ədəd 1 ədəd 70 manat cəmi 7000 manat; 36. Stəkan (6 dəst olur bir qutu) 100 dəst 70 manat cəmi 7000 manat; 37. Naçnik korolev. 30 ədəd 220 manat cəmi 6600 manat; 38. Naçnik Molod. 30 ədəd 220 manat cəmi 6600 manat; 39. Ədva qabı 190 ədəd 105 manat cəmi 19950 manat; 40.Gözlü mürəbbə qabı 50 ədəd 70 manat cəmi 3500 manat; 41. Çərəz qabı 20 ədəd 290 manat cəmi 5800 manat; 42. Çərəz-meyvə qabı saçaqlı 50 ədəd 170 manat cəmi 8500 manat; 43. Ədva qabı dəst 100 ədəd 57 manat cəmi 5700 manat; 44. Podnos qızılı TA kod. 40 ədəd 70 manat cəmi 2800 manat; 45. Podnos böyük 60 ədəd 100 manat cəmi 6000 manat; 46. Tort qabı Kod TA1650 300 ədəd 1 ədəd 130 manat cəmi 39.000 manat; 47. Çərəz qabı qızılı başı xrustal 50 ədəd 170 manat cəmi 8500 manat; 48. Çərəz qabı Kod TA 650 30 ədəd 45 manat cəmi 1350 manat; 49. Mürəbbə qabı 50 ədəd 20 manat cəmi 1000 manat; 50. Stəkan qulplu, nəlbəkili 40 ədəd 60 manat cəmi 2400 manat; 51. Uzun armudu çaynik 30 ədəd 55 manat cəmi 1650 manat; 52. Çin istehsalı güldan böyük yaşıl rəng kod KY-12L 120 ədəd 195 manat cəmi 23.400 manat; 53. Çin istehsalı güldan orta yaşıl rəng kod KY-12M 120 ədəd 175 manat cəmi 21.000 manat; 54. Çin istehsalı güldan balaca yaşıl rəng kod KY-12S 120 ədəd 145 manat cəmi 17400 manat; 55. Çin istehsalı meyvə qabı böyük yaşıl rəng kod KY-13L 120 ədəd 180 manat cəmi 21.600 manat; 56. Çin istehsalı meyvə qabı orta yaşıl rəng kod KY-13M 120 ədəd 160 manat cəmi 19200 manat; 57. Çin istehsalı meyvə qabı balaca yaşıl rəng kod KY-13S 120 ədəd 110 manat cəmi 13200 manat; 58. Çin istehsalı lotka böyük yaşıl rəng kod KY- 54L 120 ədəd 210 manat cəmi 25.200 manat; 59. Çin istehsalı lotka orta yaşıl rəng kod KY-54 M 120 ədəd 180 manat cəmi 21600 manat; 60. Çin istehsalı lotka balaca yaşıl rəng kod KY-54S 120 ədəd 150 manat cəmi 18000 manat; 61. Çin istehsalı meyvə qabı böyük yaşıl rəng kod KY-44L 120 ədəd 180 manat cəmi 21.600 manat; 62. Çin istehsalı meyvə qabı orta yaşıl rəng kod KY-44M 120 ədəd 150 manat cəmi 18000 manat; 63. Çin istehsalı meyvə qabı balaca yaşıl rəng kod KY-44S 120 ədəd 120 manat cəmi 14.400 manat; 64. Çin istehsalı güldan böyük ağ rəng kod KA-12L 120 ədəd 195 manat cəmi 23400 manat;

65. Çin istehsalı güldan orta ağ rəng kod KA-12M 120 ədəd 175 manat cəmi 21000 manat; 66. Çin istehsalı güldan balaca ağ rəng kod KA-12S 120 ədəd 145 manat cəmi 17.400 manat; 67. Çin istehsalı meyvə qabı böyük ağ rəng kod KA-13L 120 ədəd 180 manat cəmi 21600 manat; 68. Çin istehsalı meyvə qabı orta ağ rəng kod KA-13M 120 ədəd 160 manat cəmi 19200 manat; 69. Çin istehsalı meyvə qabı balaca ağ rəng kod KA- 13S 120 ədəd 110 manat cəmi 13200 manat; 70. Çin istehsalı lotka böyük ağ rəng kod KA-54L 120 ədəd 210 manat cəmi 25200 manat; 71. Çin istehsalı lotka orta ağ rəng kod KA-54M 120 ədəd 180 manat cəmi 21.600 manat; 72. Çin istehsalı lotka balaca ağ rəng kod KA-54S 120 ədəd 150 manat cəmi 18000 manat; 73. Çin istehsalı meyvə qabı böyük ağ rəng kod KA-44L 120 ədəd 180 manat cəmi 21.600 manat; 74. Çin istehsalı meyvə qabı orta ağ rəng kod KA-44M 120 ədəd 150 manat cəmi 18000 manat; 75. Çin istehsalı meyvə qabı balaca ağ rəng kod KA-44S 120 ədəd 120 manat cəmi 14.400 manat; 76. Çin istehsalı güldan böyük qırmızı rəng kod KQ-12L 120 ədəd 195 manat cəmi 23.400 manat;

77. Çin istehsalı güldan orta qırmızı rəng kod KQ-12M 120 ədəd 175 manat cəmi 21000 manat; 78. Çin istehsalı güldan balaca qırmızı rəng kod KQ-12S 120 ədəd 145 manat cəmi 17400 manat; 79. Çin istehsalı meyvə qabı böyük qırmızı rəng kod KQ-13L 120 ədəd 180 manat cəmi 21.600 manat; 80. Çin istehsalı meyvə qabı orta qırmızı rəng kod KQ- 13M 120 ədəd 160 manat cəmi 19200 manat; 81. Çin istehsalı meyvə qabı balaca qırmızı rəng kod KQ-13S 120 ədəd 110 manat cəmi 13200 manat; 82. Çin istehsalı lotka böyük qırmızı rəng kod KQ-54L 120 ədəd 210 manat cəmi 25.200 manat; 83. Çin istehsalı lotka orta qırmızı rəng kod KQ-54M 120 ədəd 180 manat cəmi 21600 manat; 84. Çin istehsalı lotka balaca qırmızı rəng kod KQ-54S 120 ədəd 150 manat cəmi 18.000 manat; 85. Çin istehsalı meyvə qabı böyük qırmızı rəng kod KQ-44L 120 ədəd 180 manat cəmi 21600 manat; 86. Çin istehsalı meyvə qabı orta qırmızı kod KQ-44M 120 ədəd 150 manat cəmi 18000 manat; 87. Çin istehsalı meyvə qabı balaca qırmızı rəng kod KQ-44S 120 ədəd 120 manat cəmi 14400 manat; 88. Çin istehsalı çərəz qabı qırmızı rəng kod KY-695 120 ədəd 120 manat cəmi 14400 manat; 89. Çin istehsalı çərəz qabı ağ rəng kod KA-695 120 ədəd 120 manat cəmi 14400 manat; 90. Çin istehsalı meyvə qabı böyük qırmızı rəng kod KQ- 23L 120 ədəd 180 manat cəmi 21600 manat; 91. Çin istehsalı meyvə qabı orta qırmızı rəng kod KQ-23M 120 ədəd 160 manat cəmi 19.200 manat; 92. Çin istehsalı meyvə qabı balaca qırmızı rəng kod KQ-23S 120 ədəd 110 manat cəmi 13.200 manat; 93. Çin istehsalı meyvə qabı böyük ağ rəng kod KA-23L 120 ədəd 180 manat cəmi 21600 manat;

94. Çin istehsalı meyvə qabı orta ağ rəng kod KA-23M 120 ədəd 160 manat cəmi 19200 manat; 95. Çin istehsalı meyvə qabı balaca ağ rəng kod KA-23S 120 ədəd 110 manat cəmi 13200 manat; 96. Çin istehsalı meyvə qabı böyük yaşıl rəng kod KY-23L 120 ədəd 180 manat cəmi 21600 manat; 97. Çin istehsalı meyvə qabı orta yaşıl rəng kod KY-23M 120 ədəd 160 manat cəmi 19200 manat; 98. Çin istehsalı meyvə qabı kiçik yaşıl rəng kod KY-23S 120 ədəd 110 manat cəmi 13200 manat; 99. İtaliya istehsalı meyvə qabı xrustal şüşə 6 ədəd 550 manat cəmi 3300 manat; 100. İtaliya istehsalı güldan 3 ədəd 800 manat cəmi 2400 manat; 101. Monolino KP dəst 8 predmet 15 dəst 800 manat cəmi 12000 manat; 102. Çin istehsalı WZ-4120 meyvə qabı böyük salat rəng 30 ədəd 150 manat cəmi 4500 manat; 103. Çin istehsalı çərəz qabı sarı rəng kod KS-695 120 ədəd 120 manat cəmi 14400 manat; 104. Çin istehsalı WZ-4122 meyvə qabı salat rəngi orta 30 ədəd 120 manat cəmi 3600 manat; 105. Çin istehsalı WZ-3030 konfetniça salat rəngi kiçik 30 ədəd 90 manat cəmi 2700 manat; 106. Çin istehsalı güldan kod-F3225/20 saxsı qab 80 ədəd 190 manat cəmi 15200 manat; 107. Çin istehsalı güldan kod-F3215 saxsı qab 50 ədəd 170 manat cəmi 8500 manat; 108. Çin istehsalı şirniyyat qabı saxsı balaca 80 ədəd 110 manat cəmi 8800 manat; 109. Çin istehsalı şirniyyat qabı saxsı böyük 80 ədəd 130 manat cəmi 10400 manat; 110. Çin istehsalı saxsı meyvə çərəz qabı böyük 20 ədəd 450 manat cəmi 9000 manat; 111. Çin istehsalı güldan kod F2370/20 böyük 100 ədəd 210 manat cəmi 21.000 manat; 112. Çin istehsalı saxsı çərəz qabı 150 ədəd 120 manat cəmi 18000 manat; 113. Çin istehsalı saxsı saat montli 30 ədəd 200 manat cəmi 6000 manat; 114. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə böyük kod WC4120 30 ədəd 150 manat cəmi 4500 manat; 115. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə orta kod WC4122 30 ədəd 120 manat cəmi 3600 manat; 116. Çin istehsalı ayağı qızılı, özü rəngli çəhrayı şüşə böyük kod WC3030 30 ədəd 90 manat cəmi 2700 manat; 117. Çin istehsalı alt hissəsi saxsı, üst hissəsi rəngli güllü böyük kod PE19072 30 ədəd 180 manat cəmi 5400 manat; 118. Çin istehsalı alt hissəsi saxsı, yuxarı hissəsi rəngli güllü orta kod PE19073 30 ədəd 150 manat cəmi 4500 manat; 119. Çin istehsalı alt hissəsi saxsı yuxarı hissəsi rəngli, güllü balaca kod PE19074 30 ədəd 130 manat cəmi 3900 manat; 120. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə lotka orta kod WC3105 30 ədəd 150 manat cəmi 4500 manat; 121. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli çəhrayı şüşə güldan kod WC1522 30 ədəd 200 manat cəmi 6000 manat; 122. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli ağ şüşə güldan kod WA1522 30 ədəd 200 manat cəmi 6000 manat; 123. Çin istehsalı alt hissəsi qızılı, özü rəngli lotka şüşə kod WA1075 30 ədəd 135 manat cəmi 4050 manat; 124. Çin istehsalı yaşıl ağ qarışıq saxsı böyük kod PE19019 30 ədəd 180 manat cəmi 5400 manat; 125. Çin istehsalı yaşıl ağ qarışıq saxsı orta kod PE19020 30 ədəd 150 manat cəmi 4500 manat; 126. Çin istehsalı yaşıl ağ qarışıq saxsı balaca kod PE19021 30 ədəd 130 manat cəmi 3900 manat; 127. İran istehsalı HESAM qabları H179A 100 ədəd 27 manat cəmi 2700 manat; 128. İran istehsalı HESAM qabları H150A 100 ədəd 65 manat cəmi 6500 manat; 129. İran istehsalı HESAM qabları H478A 100 ədəd 75 manat cəmi 7500 manat; 130. İran istehsalı HESAM qabları H111 100 ədəd 55 manat cəmi 5500 manat; 131. İran istehsalı HESAM qabları H112 100 ədəd 45 manat cəmi 4500 manat;

132. İran istehsalı HESAM qabları H408 100 ədəd 35 manat cəmi 3500 manat; 133. İran istehsalı HESAM qabları H174 100 ədəd 65 manat cəmi 6500 manat; 134. İran istehsalı HESAM qabları H151 100 ədəd 40 manat cəmi 4000 manat; 135. İran istehsalı HESAM qabları H120 100 ədəd 40 manat cəmi 4000 manat; 136. İran istehsalı HESAM qabları H217A 100 ədəd 65 manat cəmi 6500 manat; 137. İran istehsalı HESAM qabları H620 100 ədəd 32 manat cəmi 3200 manat; 138. İran istehsalı HESAM qabları H621 100 ədəd 42 manat cəmi 4200 manat; 139. İran istehsalı HESAM qabları H622 100 ədəd 52 manat 5200 manat; 140. İran istehsalı HESAM qabları H176 100 ədəd 47 manat cəmi 4700 manat; 141. İran istehsalı HESAM qabları H115 100 ədəd 55 manat cəmi 5500 manat; 142. İran istehsalı HESAM qabları H212 100 ədəd 50 manat cəmi 5000 manat;

143. İran istehsalı HESAM qabları H134 100 ədəd 47 manat cəmi 4700 manat; 144. İran istehsalı HESAM qabları H322 100 ədəd 48 manat cəmi 4800 manat; 145. İran istehsalı HESAM qabları H211 100 ədəd 44 manat cəmi 4400 manat; 146. İran istehsalı HESAM qabları H159 100 ədəd 41 manat cəmi 4100 manat; 147. İran istehsalı HESAM qabları H173 100 ədəd 38 manat cəmi 3800 manat; 148. İran istehsalı HESAM qabları H117 100 ədəd 68 manat cəmi 6800 manat; 149. İran istehsalı HESAM qabları H138 100 ədəd 52 manat cəmi 5200 manat; 150. İran istehsalı HESAM qabları H217 100 ədəd 55 manat cəmi 5500 manat; 151. İran istehsalı HESAM qabları H164 100 ədəd 57 manat cəmi 5700 manat; 152. Çin istehsalı Dubaydan gəlib kod WB683 24 ədəd 35 manat cəmi 840 manat;

153. Çin istehsalı Dubaydan gəlib kod WB403 24 ədəd 30 manat cəmi 720 manat; 154. Çin istehsalı Dubaydan gəlib kod WB677 48 ədəd 50 manat cəmi 2400 manat; 155. Çin istehsalı Dubaydan gəlib kod WB734 24 ədəd 60 manat cəmi 1440 manat; 156. Çin istehsalı Dubaydan gəlib kod WB639 24 ədəd 50 manat cəmi 1200 manat; 157. Çin istehsalı Dubaydan gəlib kod WB622 24 ədəd 40 manat cəmi 960 manat; 158. Çin istehsalı Dubaydan gəlib kod WB640 24 ədəd 60 manat cəmi 1440 manat; 159. Çin istehsalı Dubaydan gəlib kod WB638 24 ədəd 48 manat cəmi 1152 manat; 160. Çin istehsalı Dubaydan gəlib kod WB673 24 ədəd 35 manat cəmi 840 manat; 161. Çin istehsalı rəngli podnoslar kod RY-85 50 ədəd 100 manat cəmi 5000 manat; 162. Çin istehsalı rəngli podnoslar kod RY-151 50 ədəd 100 manat cəmi 5000 manat; 163. Çin istehsalı rəngli podnoslar kod RY-145 50 ədəd 100 manat cəmi 5000 manat; 164. Çin istehsalı rəngli podnoslar kod RY-136 50 ədəd 100 manat cəmi 5000 manat; 165. Çin istehsalı rəngli podnoslar kod RY-234 50 ədəd 100 manat cəmi 5000 manat; 166. Çin istehsalı rəngli podnoslar kod RY-162 50 ədəd 100 manat cəmi 5000 manat; 167. Çin istehsalı rəngli podnoslar kod RY-163 50 ədəd 100 manat cəmi 5000 manat; 168. Çin istehsalı rəngli podnoslar kod RY-141 50 ədəd 100 manat cəmi 5000 manat; 169. Çin istehsalı rəngli podnoslar kod RY-146 50 ədəd 100 manat cəmi 5000 manat; 170. Çin istehsalı rəngli podnoslar kod RY-142 50 ədəd 100 manat cəmi 5000 manat; 171. Çin istehsalı rəngli podnoslar kod RY-200 50 ədəd 100 manat cəmi 5000 manat; 172. Çin istehsalı rəngli podnoslar kod RY-250 50 ədəd 100 manat cəmi 5000 manat; 173. Çin istehsalı rəngli podnoslar kod RY-152 50 ədəd 100 manat cəmi 5000 manat; 174. Çin istehsalı salfet və buz qabı kod RY-128 30 ədəd 140 manat cəmi 4200 manat; 175. Çin istehsalı rəngli salfet qabı kod RY-275 30 ədəd 50 manat cəmi 1500 manat; 176. Çin istehsalı rəngli salfet qabı kod RY-190 30 ədəd 50 manat cəmi 1500 manat; 177. Çin istehsalı rəngli salfet qabı kod RY-264 30 ədəd 50 manat cəmi 1500 manat; 178. Çin istehsalı rəngli salfet qabı kod RY-274 30 ədəd 50 manat cəmi 1500 manat; 179. Çin istehsalı Dubaydan gəlib kod TA-1570 100 ədəd 70 manat cəmi 7000 manat; 180. Çin istehsalı Dubaydan gəlib kod TA1483 100 ədəd 55 manat cəmi 5500 manat; 181. Çin istehsalı Dubaydan gəlib mavi termos kod MK-131 48 ədəd 50 manat cəmi 2400 manat;

182. Çin istehsalı Dubaydan gəlib şəffaf su fujer kod MK-128 50 dəst 120 manat cəmi 6000 manat; 183. Çin istehsalı Dubaydan gəlib şəffaf su fujer kod MK-50 50 dəst 120 manat cəmi 6000 manat; 184. Çin istehsalı Dubaydan gəlib kod toy güzgüsü TA1822 100 ədəd 55 manat cəmi 5500 manat; 185. Çin istehsalı Dubaydan gəlib şamdan kod TA-1065 100 ədəd 30 manat cəmi 3000 manat; 186. Çin istehsalı Dubaydan gəlib kod CD-5027 100 ədəd 25 manat cəmi 2500 manat; 187. Çin istehsalı Dubaydan gəlib şamdan bardovu kod TA-2342 50 ədəd 220 manat cəmi 11000 manat; 188. Çin istehsalı Dubaydan gəlib şamdan ağ şüşəli kod TA-2342 50 ədəd 220 manat cəmi 11000 manat; 189. Çin istehsalı monolino şamdanlar uzun hündür cəmi say 80 ədəd 270 manat cəmi 21600 manat; 190. Çin istehsalı qara melxiyor şamdanlar fərqli növdə 600 ədəd 60 manat cəmi 36.000 manat; 191. Çin istehsalı qızılı, melxiyor kamot saatı 50 ədəd 130 manat cəmi 6500 manat; 192. Çin istehsalı, gümüşü melxiyor kamot saatı 50 ədəd 130 manat cəmi 6500 manat; 193. Çin istehsalı qızılı, melxiyor kamot saatı 50 ədəd 130 manat cəmi 6500 manat; 194. Çin istehsalı Dubaydan gəlib kod TA-1496 100 ədəd 40 manat cəmi 4000 manat; 195. Çin istehsalı Dubaydan gəlib kod CD5438 100 ədəd 35 manat cəmi 3500 manat; 196. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod TA-2580 100 ədəd 55 manat cəmi 5000 manat; 197. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod TA- 2589 100 ədəd 55 manat cəmi 5000 manat; 198. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod WB-274 100 ədəd 55 manat cəmi 5000 manat; 199. Çin istehsalı Dubaydan gəlib salfet içindən çıxan kod TA-2576 100 ədəd 55 manat cəmi 5000 manat;

200. Çin istehsalı Dubaydan gəlib kod TA-2501 100 ədəd 35 manat cəmi 3500 manat;

201. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 36 predmet HH seriyalı 500 dəst 80 manat cəmi 40000 manat; 202. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 24 predmet EE seriyalı 600 dəst 70 manat cəmi 42000 manat; 203. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 128 predmet çamadan VV seriyalı 100 çamadan 320 manat cəmi 32.000 manat; 204. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus çəngəl bıçaq dəsti 86 predmet çamadan AA seriyalı 100 çamadan 280 manat cəmi 28000 manat;

205. Çin istehsalı Dubaydan gəlib qızılı rəngli aş qara qaşığı, tort lapatqası, bıçağı, kotlet götürən, qayçı CD kodlu 1000 ədəd 25 manat cəmi 25.000 manat; 206. Çin istehsalı Dubaydan gəlib gümüşü rəngli aş qara qaşığı, tort lapatqası, bıçağı, kotlet götürən, qayçı CD kodlu 1000 ədəd 25 manat cəmi 25.000 manat; 207. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus yemək servisi üçün KK seriyalı 6 dəstlər 100 ədəd 60 manat cəmi 6000 manat; 208. Çin istehsalı Dubaydan gəlib Alpenberg firmasına məxsus tək və dəst şəklində (qranit və nerjaveka) olan qazanları 800 ədəd 100 manat cəmi 80.000 manat; 209. Çin istehsalı rəngli podnoslar kod RY-237 50 ədəd 100 manat cəmi 5000 manat; 210. Çin istehsalı Dubaydan gəlib WB seriyalı 2 və 3 mərtəbəli polkası şüşə və nerjaveka olan şirniyyat qabları qızılı rəngdə 500 ədəd 70 manat cəmi 35000 manat; 211. Çin istehsalı Dubaydan gəlib qızılı rəngli TA seriyalı qızılı fərqli növdə podnoslar 100 ədəd 110 manat cəmi 11000 manat; 212. İtalyan firması Çin istehsalı Casaperla çəhrayı servis çay dəsti, yemək dəsti 86 predmet 25 ədəd 950 manat cəmi 23.750 manat; 213. İtalyan firrması Çin istehsalı Casaperla ağ servis çay dəsti, yemək dəsti 86 predmet 20 ədəd 950 manat cəmi 19000 manat; 214. Çin istehsalı Dubaydan gəlib 47 predmet dinner set 6 nəfərlik kod MK-64 RM-301 MK89 40 ədəd 330 manat cəmi 13200 manat; 215. Çin istehsalı Dubaydan gəlib 95 predmet dinner set 12 nəfərlik RM-133 RM145 GL231 30 ədəd 680 manat cəmi 20400 manat; 216. Çin istehsalı Dubaydan gəlib 40 predmet dinner set 6 nəfərlik DİP-22 seriya kodlu 20 ədəd 300 cəmi 6000 manat; 217. Çin istehsalı Dubaydan gəlib güllü 105 predmetlik çay dəsti, yemək dəsti, servis 20 ədəd 1000 manat cəmi 20.000 manat; 218. Çin istehsalı Dubaydan gəlib 24 predmet dinner set 6 nəfərlik 30 ədəd 270 manat cəmi 8100 manat; 219. Çin istehsalı Dubaydan gəlib güllü çay dəsti pərakəndə satılan BC kodlu dəstlər 600 ədəd 50 manat cəmi 30.000 manat; 220. Çin istehsalı Dubaydan gəlib ağ rəngli saxsı plastmas qapağı olan üstlərində limon şəkli əks olunan çay dəsti, yemək dəsti, konfet qabı dəstləri 700 ədəd 50 manat cəmi 35000 manat;

221. Çin istehsalı Dubaydan gələn qırmızı çay dəsti, pərakəndə satılan BC kodlu dəstlər 600 ədəd 50 manat cəmi 30.000 manat; 222. Çin istehsalı Dubaydan gəlib TA seriyalı fərqli kodlarda olan qızılı şüşəli xrustal melxiyor; 223. Konfet qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 224. Mürəbbə qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 225. Ləpə qabları 150 ədəd 75 manat cəmi 11250 manat; 226. Qənd qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 227. Şirniyyat qabları 150 ədəd 50 manat cəmi 7500 manat; 228. Tort qabları 150 ədəd 90 manat cəmi 13500 manat; 229. Meyvə qabları 150 ədəd 150 manat cəmi 22.500 manat; 230. Bal qabları 150 ədəd 35 manat cəmi 5250 manat; 231. Üzərlik qabı 150 ədəd 55 manat cəmi 8250 manat; 232. Üst hissəsi plastmas qapaqlı 300 ədəd 80 manat cəmi 24.000 manat; 233. Çin istehsalı TA 1054, 500 ədəd 220 manat 1 ədəd cəmi 110.000; 234. Çin istehsalı bal rəngində KS-13L 50 ədəd x 180=9000; 235. Çin istehsalı bal rəngində KS-13M 50 ədəd x 150=7500; 236. Çin istehsalı bal rəngində KS- 13S 50 ədəd x 120=6000; 237. Çin istehsalı bal rəngində KS-12M 50 ədəd x 200=10000;

238. Çin istehsalı bal rəngində KS-23 50 ədəd x 180=9000; 239. Çin istehsalı bal rəngində KS-23M 50 ədəd x 150=7500; 240. Çin istehsalı bal rəngində KS-23S 50 ədəd x 120=6000; 241. Çin istehsalı bal rəngində KS-44L 50 ədəd x 170=8500; 242. Çin istehsalı bal rəngində KS-44M 50 ədəd x 120=6000; 243. Çin istehsalı bal rəngində KS-44S 50 ədəd x 95=4750; 244. Çin istehsalı bal rəngində KS-44SS 50 ədəd x 70=3500; 245. Çin istehsalı bal rəngində KS-54L 50 ədəd x 170=8500; 246. Çin istehsalı bal rəngində KS-110 naçnik 30 ədəd x 180=9000; 247. Çin istehsalı bal rəngində KS-354 50 ədəd x 90=4500;

248. Çin istehsalı bal rəngində KS-09 50 ədəd x 160=8000; 249. Çin istehsalı bal rəngində KS şamdan 2 cür 100 ədəd x 120=12000; 250. Çin istehsalı qırmızı rəngdə KQ-09 50 ədəd x 160=8000; 251. Çin istehsalı qırmızı rəngdə KQ-453 40 ədəd x 190=7600; 252. Çin istehsalı qırmızı rəngdə KQ-354 50 ədəd x 90=4500; 253. Çin istehsalı qırmızı rəngdə KQ-190 30 ədəd x 180=5400; 254. Çin istehsalı qırmızı rəngdə KQ-04 50 ədəd x 140=7000; 255. Çin istehsalı qırmızı yaşıl rəngdə KY-09 50 ədəd x 160=8000; 256. Çin istehsalı yaşıl dəst KM kodlu 20 dəst x 580=11600; 257. Çin istehsalı ağ rəngdə KA-15 50 ədəd x 190=9500; 258. Çin istehsalı yaşıl rəngdə güldan KY-15 50 ədəd x 190=9500; 259. Çin istehsalı ağ rəngdə KA-09 50 ədəd x 160=8000; 260. Çin istehsalı Dubaydan gələn içi rəngli şəkilli podnoslar 20 qutu 4 ədəd olur RY-133 80 ədəd x 110=8800; 261. Çin istehsalı Dubaydan gələn içi rəngli şəkilli podnoslar RY-144 50 ədəd x 110=5500; 262. Çin istehsalı Dubaydan gələn içi rəngli şəkilli podnoslar RY-207 60 ədəd x 110=6600 manat; 263. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 131 100 ədəd x 45=4500; 264. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 145 100 ədəd x 65=6500; 265. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 115 100 ədəd x 60=6000; 266. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 111 100 ədəd x 40=4000; 267. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 160 100 ədəd x 68=6800; 268. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 320 100 ədəd x 46=4600; 269. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 321 80 ədəd x 42=3360;

270. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 322 90 ədəd x 38=3420; 271. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 174 100 ədəd x 42=4200; 272. İran istehsalı əvvəl HESAN olmuş indi Parlla 151 100 ədəd x 43=4300; 273. Çin istehsalı V kodlu güldanlar, meyvə qabları, konfet qabları, ümumi dəyəri 36.000 manat olan mallar; 274. Çin istehsalı Montli firması F kodlu tort qabı 100 ədəd x 140=14000 manat-əşyaların hər bir ədədi üzərində ½ hissədə iddiaçı Zərərçəkmiş şəxs, ½ hissədə isə cavabdeh Şəxs pay hüququ müəyyən edilsin, qeyd olunan əşyalar mövcud olmadığı təqdirdə tərəflərin payına uyğun olaraq həmin əşyaların dəyəri olan pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 3.391 (üç min üç yüz doxsan bir) manat dövlət rüsumunun 2.373 (iki min üç yüz yetmiş üç) manatı cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilsin, qalan 1.018 (bir min on səkkiz) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 05 iyun 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 05 iyun 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 16(011)-54/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16(011)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti təminat tədbirinin ləğv olunmasına dair qarşılıqlı iddia tələbi üzrə cavabdeh Zərərçəkmiş şəxs ərizəsi təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-695/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, xx.xx.1969-cu il tarixdə Qazax rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 3(011)-3163/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-1 maddəsinə əsasən, İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar