Məhkəmə qərarları › İş №3(011)-4736/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4736/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4736/2020 10.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun, Şəxs İB-nin etibarnamə üzrə nümayəndəsi X1 və “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs İB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xx xxxxxx 2020-ci il tarixli 193089 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 193089 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-144 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “xxxx” MMC-ə məxsus olan qeyri-yaşayış sahəsinə (istixana) təbii qazın verilməsi bərpa edilməli və verilən təbii qazın verilməsinin dayandırılması Şəxs İB-ə qadağan olunmalıdır. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin və icra sənədinin surəti ilə birlikdə icra edilməsi üçün borcluya göndərilmiş, borclu üzrsüz səbəbdən icra sənədini bugünədək icra etməmişdir. Ona görə də Şəxs İB barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs İB-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, “xxxx” MMC-ə məxsus olan qeyri-yaşayış sahəsinə (istixana) təbii qazın verilməsi bərpa edilmişdir, lakin bu barədə məhkəməyə sənəd təqdim edə bilmir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, “xxxx” MMC kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldur. İstixana kompleksində yerli məhsul yetişdirilir. “xxxx” MMC-də mövsümlə əlaqədar olaraq 80-150 nəfər fəaliyyət göstərir. Sahibkarlığın inkişafı fondundan kənd təsərrüfatının inkişafı üçün kredit ayrılmışdır. Şəxs İB tərəfindən qanunsuz olaraq təbii qazın verilməsinin dayandırmağı MMC-yə milyonlarla ziyan verir ki, bu da hazırkı pandemiya və dünyanı bürüyən böhran zamanında MMC-nin bağlanmasına yüzlərlə insanın işsiz qalmasına, dövlət və SİF qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirməməyinizə səbəb ola bilər. Dövlət müəssisəsi olaraq bu cür qanunazidd özbaşınalıq ölkədə işsizliyin çoxalmasına, qeyri-neft sektorunun süqutu ilə nəticələ bilər ki, bu da digər yerli və xarici sahibkarların ölkəyə investisiya qoymamasına zəmin yaradır. Təəssüf hissi ilə bildirir ki, xx.xx.2020-ci il tarixində (həftənin cümə günü) iş saatından sonra, yəni saat 18:25 radələrində Azərbaycan Respublikasının adından çıxarılmış 2-2(82)- 1117 saylı, xx.xx.2018-ci il tarixli qazın dayandırılmasının qadağan olunması barədə olan qərardad ola-ola MMC-yə verilən qazın xəbərdarlıqsız və bildirişsiz dayandırılması, dövlətə və dövlətçiliyə, ölkə başçısının iqtisadi siyasətinə, ölkənin Ədliyyə sisteminə, demokratik anlayışlara, sahibkarlığın inkişafına böyük zərbə vurur. “xxxx” MMC-ə məxsus olan qeyriyaşayış sahəsinə (istixana) təbii qazın verilməsi dayandırıldığı üçün dizel yanacağından istifadə olunur. Hal-hazırda müəssisə ilə əlaqə yaratmış və qazın verilməsinin tamamilə yalan olduğuna bir daha əmin olmuşdur. Ona görə də Şəxs İB barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icra məmurunun, tərəflərin izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İB-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Güründüyü kimi hüquqi şəxs Şəxs İB icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs İB-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs İB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar