Məhkəmə qərarları › İş №3(011)-4740/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4740/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4740/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərlinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1498/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərli tərəfindən 27 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında icra məmuru Şaiq Heydərli məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1498/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədinə əsasən, cehiz əşyaları olmadıqda dəyəri alınaraq iddiaçı X2 verilməlidir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1498/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədinə əsasən qeyd olunan əmlaklar tələbkara verilə bilmədiyi təqdirdə onların dəyəri ondan tutularaq tələbkara ödənilməlidir. Əşyalar onda olmadığı üçün, əşyaların dəyərini tam ödəməyə maddi imkanı yoxdur. Məbləği hissə-hissə ödəyə biləcəyini qeyd etdi. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1498/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədindən görünür ki, "Marsel" qonaq otağı dəsti (2 ədəd 1 qapılı vitrin, 1 ədəd televizor altı, 1 ədəd kamod) - dəyəri 1500 AZN; "Marsel" yataq otağı dəsti (1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd kamod, 1 ədəd 2 qapılı dolab) -dəyəri 2384 AZN; "Natura" yataq dəsti dəyəri 1750 AZN;, 1 ədəd divan (Zen) və 2 ədəd kreslo dəyəri 1680 AZN; 1 ədəd masa (Nova) dəyəri 230 AZN, 6 ədəd stul (Maria) dəyəri 486 AZN; 1 ədəd taxt üçün 160x200 smdöşək (Plusline) dəyəri 190 AZN; 1 ədəd capri sandıqlı pufik dəyəri 150 AZN; 1 ədəd silindr pufik dəyəri 30 AZN; 1 ədəd "Samsung" markalı televizor dəyəri 1200 AZN; 1 ədəd "Lotus" markalı soba- dəyəri 450 AZN; Yemək servisi 148 prs - dəyəri 350 AZN; Yemək servisi (əldə işlədilən) dəyəri 150 AZN; Çayservisi -dəyəri 150 AZN; 1 ədəd "Sonaşi" markalı blender - dəyəri 70 AZN; 1 ədəd mikser -dəyəri 55 AZN; 1 ədəd "Braun" markalı ütü feni - dəyəri 80 AZN; Qazan dəsti -dəyəri 150 AZN; Qaşıq dəsti (3 yaruslu çemodan) - dəyəri 250 AZN; Əlavə çəngəl-bıçaq dəsti -dəyəri 30 AZN, 1 ədəd çaydan (ana bala) - dəyəri 70 AZN; Kofe servisi - dəyəri 150 AZN; 1 ədəd qranit qazandəyəri 60 AZN; 1 ədəd qranit tava - dəyəri 60 AZN; 1 ədəd parla işləyən ütü - dəyəri 50 AZN; 2 ədəd xrustal meyvə qabı - dəyəri 150 AZN; 2 ədəd xrustal konfet qabı - dəyəri 140 AZN; 1 ədəd tort qabı (kiçik qabları ilə) - dəyəri 50 AZN; 6 ədəd dondurma qabları - dəyəri 25 AZN; 12 ədəd bakallar - dəyəri 80 AZN; Mətbəx üçün ərzaq saxlama qabı (Uranis firması) - dəyəri 150 AZN; 1 ədəd "Uranis" firmasına məxsus zibil qabı - dəyəri 40 AZN; Əlavə qaşıq dəsti - dəyəri 80 AZN; Taxt üçün böyük qalın ədyal - dəyəri 100 AZN; 2 ədəd mavi və çəhrayı rəngdə taxt üçün kiçik ədyallar - dəyəri 60 AZN; 4 dəst çexol-prastina dəyəri 200 AZN; 2 ədəd çexol-prostin qutuda - dəyəri 160 AZN; 1 ədəd taxt üçün vilyur örtük (qaşlarla) - dəyəri 350 AZN; 2 ədəd masaüstü vilyur süfrə - dəyəri 200 AZN; 1 ədəd döşəmə silmə dəsti - dəyəri 45 AZN, 1 ədəd süpürgə dəsti - dəyəri 10 AZN, Senofan yorğanlar - dəyəri 200 AZN, Senofan yastıqlar - dəyəri 60 AZN, 5 ədəd hamamdəsmalları - dəyəri 200 AZN, əl-üz dəsmalları - dəyəri 80 AZN; Çaydəsmalları dəyəri 40 AZN; 1 ədəd evlilik təklif üzüyü - dəyəri 140 AZN, 1 ədəd "Alyans” nişan üzüyü - dəyəri 600 AZN, 1 ədəd həri üzüyü - dəyəri 340 AZN, Komplekt brliyant - dəyəri 3000 AZN, 1 ədəd qızıl boyunbağı - dəyəri 130 AZN, "Damla" sırğa-dəyəri 120 AZN, "Pandora" bilərzik - dəyəri 60 manat ondan alınaraq iddiaçı X1 xeyrinə verilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 22 yanvar 2024-cü il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Şəxs 06 aprel 2024-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, mədəciküstü taxikardiya diaqnozu müəyyən edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin 31 may 2024-cü il tarixli arayışından görünür ki, Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 3-cü dərəcə əlilliyə görə 150.00 AZN (bir yüz əlli manat) məbləğində sosial müavinət alır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar