Məhkəmə qərarları › İş №3(011)-4743/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4743/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4743/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, 25 mart 1997-ci ildə Şəki rayonu, Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəxs MMC-nin rəhbəri, Şəki rayonu, Baş Göynük ərazi dairəsi, Baş Şabalıd kəndində qeydiyyatda olan Vəzifəli şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs MMC-nin rəhbəri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 08 iyul 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin rəhbəri X3 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin tələbini icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 və icra sənədləri üzrə tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 48624,50 manat məbləğində əsas borc, 420 manat hüquqi yardıma görə xərc, ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə 49449,50 (qırx doqquz min dörd yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş qalan 27 (iyirmi yeddi) manat dövlət rüsumnun iddiaçı "xxxx" MMC-nin özünə aid edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adı xx.xx.2024-cü il tarixdə dəyişdirilərək Şəxs MMC olmuşdur. 26 dekabr 2024-cü il tarixli qərarla icra məmuru tərəfindən icraata başlanılmış və "xxxx" MMC-yə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilərək icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmiş, qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. İcra məmurunun 24 yanvar 2025-ci il tarixli qərarı ilə borclu "xxxx" MMC-nin banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 49449.50 manat və həmin məbləğin 7% icra ödənişi olan 3461.46 manat həcmində həbs qoyulmuşdur. ASC “Xalq” Bankının və "xxxx" QSC-nin məktubundan görünür ki, "xxxx" MMC-nin ASC “Xalq” Bankında və "xxxx" QSC-də hesablaşma hesabı olmadığından həbs qoyulması mümkün olmamışdır. "xxxx" ASC-nin məktubundan görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına tələb həcmində həbs qoyulmuşdur. "xxxx" QSC-nin məktubundan görünür ki, "xxxx" MMC-nin "xxxx" QSC-də olan bank hesabına tələb həcmində həbs qoyulmuşdur. 24 iyun 2025-ci il tarixdə icra məmuru tərəfindən Şəxs MMC-nin direktoru X2 yazılı qaydada rəsmi xəbərdarlıq edilmişdir. 24 iyun 2025-ci il tarixdə icra məmuru tərəfindən Şəxs MMC-nin direktoru X1 izahatı alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, X1 təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Vəzifəli şəxs Şəxs MMC-nin rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar