Məhkəmə qərarları › İş №3(011)-475/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-475/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-475/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 02 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 müraciəti əsasında Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində aparılmış təhqiqat araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə "Şəfalı ASC"-ə məxsus Xətai rayonu M.Hadi küçəsi 58 saylı binanın elektrik naqillərini naməlum şəxs tərəfindən kəsilǝrǝk oğurlanmış, oğurluq nəticəsində ümumilikdə 450-500 manat məbləğdə maddi ziyan dəydi müəyyən edilmiş, eyni zamanda törədilmiş əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə 02 fevral 2023-cü il tarixdə cinayət işinin başlanılması rədd olunaraq xırda talama törətmiş Şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Hazırda məhkəməyə təqdim edilmiş 02 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə qeyd olunan oğurluğu Şəxs törətmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, xx.xx.2023-cü il tarixdə Bakı şəhər. Xətai rayonu, G.Şıxlinski küçəsi ev 63- də yaşayan X2 RPİ-nin 36-c1 PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə komendant işlədiyi "Şəfalı ASC" məxsus Xətai rayonu M.Hadi küçəsi 58 saylı binanın elektrik naqillərini naməlum şəxs tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Təhqiqat zamanı izahatı alınan X4 xx.xx.2023-cü il tarixda komendant işlədiyi "Şəfalı ASC" maxsus Xətai rayonu M.Hadi küçəsi 58 saylı binanın elektrik naqillərini naməlum şəxs tərəfindən kəsilǝrǝk oğurlandığını aşkar etdiyini, həmin binada fəhlə işləyən şəxsdən şübhələndiyini bildirmişdir. Oğurluq nəticəsində ümumilikdə 450-500 manat məbləğdə maddi ziyan dəydiyini qeyd etmişdir. Araşdırma zamanı izahatı alınan X9 bildirmişdir ki, xx.xx.2023 cü il tarixdən Xətai rayonu M.Hadi küçəsi 58 saylı binada yerləşən qeyri yaşayış sahəsində fəhlə kimi işləyir. xx.xx.2023 cü il tarixdə günorta vaxtı fəhlə kimi işlədiyi həmin binanın qeyri yaşayış sahəsindən mənzillərə quraşdırılmış elektrik naqillərini kəlbətinlə kəsərək oğurladığını, həmin naqillərin içərisi mis material olduğundan onları kəsərək misləri topladığını həmin misləri metal qəbulu məntəqələrinə satmaq istəməsini qeyd etmişdir. X1 işlədiyi "Şəfalı ASC" məxsus Xətai rayonu M.Hadi küçəsi 58 saylı binanın elektrik naqillərini X7 tərəfindən oğurlanması nəticəsində sonuncuya təxminən 450-500 manat dəyərində maddi ziyan vurması müəyyən edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın aidiyyatı əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 saylı binanın elektrik naqillərini oğurladığı qeyd edilmişdir. Hesab edirəm ki, yuxarıda qeyd edilən hallara görə Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi oğurluq, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlirəm ki, X5 "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən binadan 450-500 manat dəyərində ictimai əhəmiyyətli elektrik naqqilələrini gizli yolla talaması özündə inzibati xətanın deyil, cinayət əməlinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Bu səbəbdən, habelə Asəf Şirinovun hazırki əmələ görə məsuliyyətə cəlb edilməməsi nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq material aşkar edilmiş faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması və 02 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara hüquqi qiymət verilməsi üçün prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Sabirabad rayonu, Şəhriyar ərazi dairəsi, Şəhriyar kəndində qeydiyyatda olan X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq material faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması və 02 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Xətai rayon prokuroruna göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar