Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4751/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X3, Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər X17 İdarəsinin 07 iyul 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər X17 İdarəsinin 07 iyul 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Bakı Dövlət Universitetinin məzun günündən çıxdıqdan sonra, qrup yoldaşlarını evlərinə ötürmək məqsədilə yola düşmüşlər. "Mercedes Benz C 300" markalı, **-QU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyadov prospekti ilə hərəkət edərək, Əbdülvahab Salamzadə küçəsinə dönüb, üzü Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən birdən yol patrul avtomobili arxasında peyda olmuşdur. Halbuki, həmin küçədə yol patrul avtomobili görünümürdü, hardasa gizlənmişdi. Yolla hərəkət edərək tunelə daxil olmuşdur. Bu zaman yol patrul avtomobili soluna keçib əli hərəkəti ilə saxlamağını istəmişdir. Tunelden çıxdıqdan sonra saxlayacağını bildirmişdir. Tuneli çıxdıqdan sonra yolun kənarında saxlamışdır. Bakı şəhər X18 İdarəsinin Yol Patrul Xidmətinin İnspektoru, polis baş serjantı X6 avtomobilə yaxınlaşmışdır. Əsassız formada qayda pozduğunu bildirmişdir. Hansı qaydanı pozduğunu soruşduqda dedi ki: "Sol tərəfdə körpünün altından dönən maşına yol vermədin". Qeyd etmişdir ki, ilk olaraq avtomobil dönmürdü və yol verməmək halı olmayıb. 2-ci olaraq isə gəldiyi yolda baş yol nişanı var idi və svetaforun yaşıl işığı yanırdı. Bildirdi ki, "sən görməmisən öz işindir, bu səni məsuliyyətdən azad etmir". Həmçinin əsassız və qanunsuz olaraq içki testi də etdirdi. Qeyd etdim ki, protokol tərtib edin, sizlə razı deyil. Bundan sonra yol patrul avtomobilində oturan digər əməkdaşda yaxınlaşdı. Bildirdi ki, "Vüqar qayda pozdune, görmədin maşın?" Bildirmişdir ki, razı deyil protokol tərtib edib mənə verin. Bundan sonra X1 tərəfindən tam olaraq qanunsuz və əsassız qaydada barəmdə guya İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini pozduğumdan İXP №7227196 Protokol tərtib edilmiş və həmin qanunsuz Protokol əsasında xx.xx.2025-ci il tarixində Bakı Şəhər DYPİ Polis X4 tərəfindən TP № ******* Qərarla 100 manat və 3 bal cərimə olunmuşam. Həm Protokola, həm də Qərara baxdıqda görünür ki, faktı təsdiq edən sübut hissə tam boşdur. Nizamlanan yolayrıcı mövcud olduğu halda qanuna müvafiq olaraq hərəkət etdiyim təqdirdə, qanunsuz olaraq cərimə olunmuşdur. Qərarda göstərilib ki, X2 baxaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozduğunu müəyyən edib. Bu sadəcə vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməməkdir. Çünki, Protokolda nəyisə müəyyən edə biləcək nə izahat, nə faktı təsdiq edən sübut, nə də xüsusi texniki vasitədən istifadə yoxdur. Protokolu tərtib edən X1 yalnız öz şəxsi mülahizələrinə əsaslanmışdır. Hesab edir ki, barsində tərtib edilmiş Protokol və onun əsasında qəbul edilmiş Qərar tam olaraq qanunsuz və əsassızdır. Ona görə də Qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin qəbul edilən qərarla İnzibati Xətalar Məcəlləsinin 3, 8.1, 12.1, 53.1.1, 75.0.1, 84.1, 96.2, 100.2, 123.3, 327.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı Şəhər DYPİ Polis X4 tərəfindən xx.xx.2025-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulması barədə 100 AZN 3 bal məbləğində cərimə olunmağımla bağlı İXP ******* nömrəli protokol əsasında çıxarılmış olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərarın ləğv edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək izahatında göstərmişdir ki, videogörüntülərdə görünən avtomobilin ona məxsus olması sübut olunmur. Həmin nəqliyyat vasitəsinin nömrəsi aydın şəkildə görünmür. Barəsində qəbul edilmiş Bakı Şəhər X17 İdarəsinin 07 iyul 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın səlahiyyətli orqana qaytarılmadan birbaşa ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, videogörüntülərdən görünür ki, sürücü digər nəqliyyat vasitəsinə yol verməmişdir. X10 Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. X12 yolayrıcını keçmə qaydalarını pozduğuna görə şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X17 İdarəsinin 07 iyul 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 26 iyun 2025-ci il tarixdə, saat 04:19-də Bakı şəhəri, Əbdülvahab Salamzadə 38 ərazisində «Mercedes Benz C300» minik markalı, **- QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, X12 26 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Əbdülvahab Salamzadə 38 ərazisində «Mercedes Benz C300» minik markalı, **-QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sol tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkət üstünlüyü olmasına baxmayaraq yol verməmiş və yolayrıcını keçmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X12 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər X17 İdarəsinin 07 iyul 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X12 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər X17 İdarəsinin 07 iyul 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4751/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4751/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver