Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4754/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, X3 Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ona əsassız olaraq tətbiq edilmiş EQ27075796 saylı cərimə protokolunun ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, jurnalist fəaliyyəti ilə məşğuldur. Avropa Mətbuat Federasiyasının üzvü olmaqla, "Təzadlar” qəzetinin və eyni adlı portalın rəhbəri, Türkiyənin Anadoluyakasihhaber.com və İlkhavadis.com saytlarının köşə yazarıdır. İdarə etdiyi 90DL707 dövlət nömrə nişanlı avtomobildən isə əsasən peşə fəaliyyətində və redaksiyanın işində istifadə edir. Beləliklə, xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən ona əsassız olaraq İXM-nin 327.1-1, 5.9, 5.10.1 - 5.10.3 maddəsi ilə 100 manat (EQ-27075796, BUS yolu ilə hərəkət) cərimə ilə inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. İXM-nin 327.1-1 maddəsində deyilir: «327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9. 5.10.1 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir». Adı çəkilən küçə 5 zolaqlı Afiyəddin Cəlilov küçəsidir. O, Xətai rayonunda A.Cəlilov küçəsi ilə kəsişən Fəzail Bayramov küçəsində yaşayır. Hər səhər peşə fəaliyyəti ilə əlaqədar bu küçədən çıxaraq iş yerinə - Mətbuat Prospektində yerləşən «Azərbaycan» nəşriyyatına gedir. Həmin gün də adəti üzrə səhər saatlarında evdən çıxaraq köməkçi yol olan F.Bayramov küçəsindən A.Cəlilov küçəsinə çıxmaq istəmişdir. Xatırlatmalıdır ki, 5 zolaqlı A.Cəlilov küçəsi bir müddətdir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daraldılaraq sağdan (onun çıxmaq istədiyi tərəfdən) 1-ci zolaq velosipedə, ikinci sol zolaq isə BUS üçün ayrılmışdır. Beləliklə, bütün sürücülər kimi o da hər səhər bu iki küçənin kəsişməsindəki tıxacdan can qurtarıb işə getmək üçün səy göstərmişdir ki, qaydalara əməl edərək əsas yola çıxsın. Lakin hər səhər A.Cəlilov küçəsi ilə Yusif Səfərov küçələrində inanılmaz tıxac yaşanır. DİN hər gün bu barədə rəsmi məlumat yayır. A.Cəlilov küçəsinə 8 Noyabr, Babək və H.Əliyev prospektlərindən güclü nəqliyyat axını olduğu üçün tıxac bəzən Ağ Şəhərədək uzanır. Ona görə də köməkçi yollardan A.Cəlilov küçəsinə çıxmaq istəyən sürücülər böyük bir çətinliklə üzləşirlər. Çünki nəqliyyat sıxlığına görə avtomobillər arasında məsafə bəzən 20-30 sm olur. O da cərimə yazılan həmin gün F.Bayramov küçəsindən sağa-mərkəz istiqamətinə getmək istəyərkən tıxacı nəzərə alıb əvvəlcə kənarda gözləmişdir. Çünki sağa dönmək üçün velosiped və BUS zolaqlarını keçib soldakı birinci cərgənin boşalmasını gözə almalıdır. Soldan 3-cü zolaqdakı avtomobillər isə qeyd etdiyi kimi, o qədər sıx dayanırlar ki, onların nə vaxtsa F.Bayramov küçəsindən və ya digər köməkçi yollardan gələn avtomobillərə yol verəcəyi ehtimalı çox az olur. O, uzaq vuran işıqla əvvəlcədən işarə verərək dönəcəyi nöqtədə yol vermələrini xahiş etmişdir. Sonra bunun mümkünsüzlüyünü görərək məcburən velosiped və BUS zolaqlarını keçərək 3-cü dayanmalı olmuşdur ki, soldakı ilk avtomobil ötəndən sonra arxadan gələnlər onayol versinlər. Bu hal hər gün təkrarlanır. 02 aprel 2025-ci il tarixdə də qeyd etdiyi qaydada sola - 3-cü zolağa çıxıb cərgələnmiş avtomobillərin yol verməsini təkrarən gözləmişdir. Həmin an solda avtobus və ya velosiped yolunda heç bir nəqliyyat vasitəsi olmayıb. Lakin 3-cü cərgədəki sürücülərin ona və ya digər sürücülərə vol verməsi və onun həmin zolağa daxil olması üçün sağda - A.Cəlilov küçəsinin Y.Səfərov küçəsi ilə kəsişməsindəki işıqfor açılmalı idi ki, cərgədəki avtomobillər hərəkət etsin ki, o və ya digər sürücülər cərgəyə daxil ola bilsinlər. Beləliklə, işıqfor yanana və 3-cü zolaqdakı nəqliyyat vasitələrinin ona yol verməsinədək təsadüfən avtobus sürətlə zolağa daxil olursa, sürücülər süni kamera tələsinə salınır. Həmin gün də elə olub. Qısa vaxtda yol açılıb və ardınca avtobus hərəkətinə başlayıb. Yəni, o, avtobus zolağına daxil olub hərəkət etməmiş, sadəcə, məcburən öz zolağına daxil olmaq üçün bu məcburi fürsətdən digər sürücülər kimi bəhrələnməyə çalışmışdır. İXM-nin 327.1-1. maddəsinin sanksiyasında da deyilir ki, sürücü «...ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda... hərəkət edərsə 100 (yüz) manat məbləğində cərimə edilir». O isə BUS və ya velosiped yolunda hərəkətini davam etdirməmiş, iş yerinə getmək üçün A.Cəlilov küçəsinin 40 faiz daraldılmış yollarda zolaqları keçərək 3-cü zolağa keçmişdir. Bu cərimə 02 aprel 2025-ci ildə tətbiq edilib, ona heç bir foto və ya videogörüntü təqdim edilməyib. Halbuki cərimə tətbiq edən BDYPİ-nin birbaşa vəzifəsidir və qanunvericilikdə də belə yazılır ki, sürücüyə müvafiq qaydada məlumat verilsin. O, yanlız bu cərimədən 17 aprel 2025-ci ildə təsadüfən xəbər tutmuş və dərhal Daxil İşlər Nazirliyinin rəsmi saytına və e-polis portalına daxil olaraq şikayət vermişdir. Həmin bölmədə ona yazılmış, lakin ona heç bir məlumat verilməmiş, 4 qayda pozuntusu barədə cərimələrin hər birindən şikayət yazıb göndərmişdir. Hər birində də qeyd etmişdir ki, əgər tədbir görülməsə, məhkəməyə şikayət etməli olacaq. Üstəlik, bu əsassız cərimələr barədə DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyevə, sonra Bakı şəhər X7 İdarəsinin rəisi R.Piriyevə şikayət vermişdir. O,məhkəməyə müraciət etmək üçün dəfələrlə elektron qərarın surətini tələb etmişdir. Onu Bakı şəhər DYPİ-nə dəvət etmişlər. X.Cəlilov (104-cü kabinet) qəbul edib, hər iki cərimə protokollarının əsassız olduğu üzə çıxıb. Ona bildirilmişdir ki, rəhbərliyə məruzə edəcək, ədalətli qərar qəbul edilərək cərimələr silinəcək. Lakin yenə də elektron Qərarın surəti ona təqdim edilməmiş, yalnız o, Daxili İşlər Nazirliyinin rəhbərliyinə yazılı şikayət verəndən və bu barədə mətbuatda çıxış edəndən sonra 24 iyun 2025-ci il tarixdə xx.xx.2025 tarixdə Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən ona əsassız olaraq İXM-nin 327.1-1, 5.9, 5.10.1 - 5.10.3 maddəsi ilə 100 manat (EQ-27075796, BUS yolu ilə hərəkət) cərimə tətbiqi ilə inzibati tənbeh vermə haqqında elektron qərarların surətləri verilmişdir. Bundan əvvəl xx.xx.2025-ci il tarixdə Xətai Rayon Məhkəməsinə eyni məzmunlu şikayət vermiş, lakin məhkəmə sənədlərin natamamlığını nəzərə alaraq şikayətin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Yenidən 04 iyul 2025-ci il tarixdə elektron məhkəmə sistemi ilə məhkəməyə müraciət etmiş, bu dəfə isə şikayət məhkəmə aidiyyəti səbəbindən geri qaytarılmışdır. Həmin dövr ərzində şikayətin məhkəmə baxışını nəzərə alaraq tətbiq edilən cərimələri ödəməməyə qərar vermişdir. Lakin DİN-nin Baş DYP İdarəsi cərimənin ödənilməməsinin müddətini nəzərə alıb həm cərimə məbləğinə dəbbə pulu hesablamağa başlamış, həm də dəfələrlə avtomobilin saxlanması və duracağa qoyulması barədə ona qorxunc mesajlar göndərmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, AYNA tərəfindən yollar daraldılmış, yolun bir hissəsi velosipedlər, digər hissəsi isə avtobuslar üçün ayrıldığından və digər sürücülər yol vermədiyindən məcbur qalıb avtobus yoluna çıxmışdır. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, hadisə zamanı qeydə alınmış fotoşəkillərdən və videogörüntülərdən də göründüyü kimi X4 tərəfindən “Mercedes Benz E200 CDİ minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə idarə edilmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 18:36-da Xətai rayonu, A.Cəlilov və F.Bayramov küçələrinin kəsişməsində “Mercedes Benz E200 CDİ minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz E200 CDİ minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir; 101.1-ci maddəsinə əsasən nzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır; 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixində, saat 18:36-da Xətai rayonu, A.Cəlilov və F.Bayramov küçələrinin kəsişməsində “Mercedes Benz E200 CDİ minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında yolun bir hissəsi velosipedlər, digər hissəsi isə avtobuslar üçün ayrıldığından və digər sürücülər yol vermədiyindən məcbur qalıb avtobus yoluna çıxdığını, barəsində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, məhkəməyə tərəfindən səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkilə baxış zamanı da “Mercedes Benz E200 CDİ minik” markalı, **- DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4754/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4754/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver