Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4760/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon icra şöbəsindən daxil olmuş 24 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3057/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin borclu Şəxs tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3057/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi icra olunmamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən uşaqlardan biri onun himayəsindədir, bu səbəbdən alimentin yenidən hesablanması ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq inzibati xəta haqqında protokolun baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş etmişdir. Məhkəmıə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov inzibati xəta haqqında protokolun baxılmamış saxlanılmasını və geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş icra orqanına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın törədilməsini təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4760/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4760/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver