Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4769/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 001-72885X saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 001-72885X saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022 tarixində 15:13 radələrində idarə etdiyi Mercedes Benz markalı 10ZT537 dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospektində hərəkətdə olarkən işıqforu gözləyib sonra hərəkət etmişdir. xx.xx.2022-ci il tarixində İXM-nin 327.1-ci maddəsi ilə nişanın, yəni 1.12 stop xəttinin tələbini pozmağına dair EQ10471795 nömrəli elektron protokol tərtib edilmişdir. Kabinetə yerləşdirilən foto və videoya nəzər saldıqda aydın səkildə görünür ki, həmin hissədə 1.12 xətti tamamilə silinmişdir. Bu səbəbdən də YHQ-nun 60-cı maddəsinin İİ bəndində (Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt 1.12 yol xətti qarşısında, əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında, piyada keçidi qarşısında, svetofor qarşısında dayanmalıdırlar) göstərildiyi kimi dayanmışdır. Xətai Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli 3(011)-3101/2022 nömrəli məhkəmə işinin qərarına əsasən Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 10471795 saylı protokola tərtib olunmuş elektron qərar ləğv edilib yenidən baxılması üçün DYPİ-nə qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə təkrar olaraq 001-72885X nömrəli qərar qəbul edilmişdir. 1.12 stop xəttinin olmamasını nəzərə alaraq X6 Qanunun 60-cı maddəsinin İİ bəndini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli 001-72885X saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək xx.xx.2022-ci il tarixli 001-72885X nömrəli qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti, şikayətçinin izahatını, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 001-72885X saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnikleytenantı Pərvin Səfərəliyev tərəfindən «Mercedes Benz» markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkəti qayda pozuntusuna görə xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş X3 barəsində çıxarılmış EQ 10471795 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Xətai Rayon Məhkəməsinin müvafiq qərarı əsasında qeyd olunan işə yenidən baxılmış, törədilmiş yol hərəkəti qayda pozuntusunun foto görüntülərinə keçirilən baxış zamanı sürücünün «Mercedes Benz» markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili «X6» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinin tələbinə zidd olaraq svetoforun qadağanedici siqnalı verilərkən stop-xətti (1.12 yol xətti) qarşısında dayandırmaması təsdiqini tapmış, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X6” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “X6” Qanunun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Məhkəmə iclasında fotoşəkilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X3 xx.xx.2022-ci il tarixində 15:13 radələrində idarə etdiyi Mercedes Benz markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospektində hərəkətdə olarkən svetoforun qadağanedici siqnalı verildikdə stop-xətt (1.12 yol xətti) qarşısında dayanmamışdır. X1 şikayətində göstərdiyi xüsusat, yəni 1.12 yol xəttinin mövcud olmaması onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmaq kimi qiymətləndirilməlidir. Xəttin qismən solğun olması hələ xəttin mövcud olmaması demək deyildir. Fotoşəkildən belə xəttin mövcud olması açıq-aşkar görünür. İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 001-72885X saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 001- 72885X saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4769/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4769/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver