Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4769/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, Şəxs 05 avqust 2024-cü il tarixdə saat 22:45 radələrində “Mercedes Benz G 500” markalı **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə Xətai rayonu, M.Mehdizadə küçəsi ilə S.Kərimov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2.5 nişanının tələbini pozaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı Kia K7 markalı avtomobillə toqquşmuş, nəticədə Kia K7 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişini Zərərçəkmiş şəxs2 yüngül zərərvurmaya aid bədən xəsarətləri almışlar. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru polis kapitanı Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilir, əməlindən peşmandır. Dəymiş zərərin müəyyənləşdirilməsi üçün avtosalona getdikdə Zərərçəkmiş şəxs1 onun şərəf və ləyaqətini alçaldıcı sözlər dediyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Şəxs hadisədən sonra yaxınlaşmamış, heç bir kömək göstərməmişdir. Şikayətçidir. Şəxs barəsində 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq etmiş, hadisə zamanı xəsarət aldığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Tural Abdullayev tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Təcrübi və Tədris Birliyinin 900 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər – başın sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi şəraitində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Təcrübi və Tədris Birliyinin 883 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi şəraitində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmiş və ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tədbiq edilməsini məqsədəmüvafıq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4769/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4769/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver