Məhkəmə qərarları › İş №3(011)-4772/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4772/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4772/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC Bakı şəhəri, 2025-ci ilin 4 əmək (aylıq) (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat aprel ayı üzrə may ayının 15-dək təqdim edilməli olduğu halda, 12 gün gecikmə ilə, may ayının 27də təqdim edilmişdir. Bu səbəbdən Bakı Şəhər Statistika İdarəsi tərəfindən 27 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC 2025-ci ilin 4 əmək (aylıq) (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat aprel ayı üzrə may ayının 15-dək təqdim edilməli olduğu halda, 12 gün gecikmə ilə, may ayının 27də təqdim edilmişdir. Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin 30 iyul 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə Şəxs MMC-nin direktoru vəsatət yerləşdirərək bildirmişdir ki, Bakı şəhəri, 2025-ci ilin 4-əmək (aylıq) (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat aprel ayı üzrə artıq may ayının 15-də tam şəkildə hazırlanmış və təqdimata hazır vəziyyətdə olmuşdur. Lakin qeyd etmək istərdik ki, sözügedən hesabatın aidiyyəti üzrə elektron informasiya sisteminə yüklənməsi mərhələsində texniki xarakterli nasazlıqlar baş vermişdir. Bu nasazlıqlar bizdən asılı olmayan obyektiv səbəblərdən irəli gəlmiş və nəticə etibarilə hesabatın sistemə yüklənməsi müəyyən gecikmə ilə icra olunmuşdur: Yaranmış hal texniki və obyektiv səbəblərlə şərtləndiyindən, hesabatın gecikmiş təqdim olunmasında hüquqi baxımdan bizim heç bir təqsirimiz yoxdur və bu gecikmə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi baxımından inzibati xəta tərkibi yaratmır. Texniki nasazlıq aradan qaldırılan kimi və hesabatın sistemə təqdim edilməsi mümkün olan andan etibarən, müvafiq 4-əmək (aylıq) hesabat operativ şəkildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təqdim olunmuşdur. Bununla yanaşı, qeyd etmək istərdik ki, bu kimi texniki gecikmələr və sistem xətaları yalnız bizim başımıza gəlmir, analoji hallar digər dövlət orqanlarının elektron informasiya sistemlərində də vaxtaşırı müşahidə olunur. Bu baxımdan yaranmış texniki çətinliyin təcrid olunmuş və subyektiv xarakter daşımadığını, ümumi texnoloji risklər kontekstində qiymətləndirilməsinin daha uyğun olacağını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Şəhər Statistika İdarəsinin rəis müavini X3 tərəfindən 27 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Bakı şəhəri, 2025-ci ilin 4 əmək (aylıq) (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat aprel ayı üzrə may ayının 15-dək təqdim edilməli olduğu halda, 12 gün gecikmə ilə, may ayının 27-də təqdim edilmişdir. İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında 27 may 2025-ci il tarixli rəsmi statistika hesabatından görünür ki, Şəxs MMC 4 əmək (aylıq) (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat aprel ayı üzrə may ayının 15-dək təqdim edilməli olduğu halda, 12 gün gecikmə ilə, may ayının 27-də təqdim edilmişdir. Məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il 15/06 №li Qərarına əsasən Hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir: - kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2025-ci ilin 4 əmək (aylıq) (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat aprel ayı üzrə may ayının 15-dək təqdim edilməli olduğu halda, 12 gün gecikmə ilə, may ayının 27-də təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar