Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4780/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 noyabr 2022-ci il tarixli, MN1292742 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 noyabr 2022-ci il tarixli, MN1292742saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx"xxxx"Azəryaşlandşaft ASC-nin Texniki təminat və kommunukasiya şöbəsinin mühafizəçisi Qasımov Elçin Vəkil oğluna Tibbi-Sosial Ekspert Komissiyasının 02 iyun 2022-ci il tarixli rəyinə əsasən birinci dərəcəli əlillik təyin edilmiş, qiymətləndirmə üzrə məlumat bölməsində ona xroniki böyrək xəstəliyi V mərhələ, ekstrakoroporal dializ, proqramı hemodialis, həftədə 3 dəfə 4 saatlıq olmaqla sianslarını qəbul etməsi və kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. Qasımov Elçin Vəkil oğlunun təqdim etdiyi sonuncu əmək qabiliyyətinin olmaması vərəqəsində xəstəliyin son tarixi 14 iyul 2022-ci il qeyd edilmiş və işə başlamalı bölməsində "1-ci qrup əlillik təyin olunmuş" sözü yazıldığı üçün onun öz işini davam etdirməsinə fiziki imkanı olub olmaması şübhə doğurduğundan məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixli 24/164 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına xəstəlik dərəcəsinə əsasən mühafizəçi işləməsinin mümkün olub olmamasını dəqiqləşdirmək üçün müraciət olunmuşdur. Müraciətə cavab verilənədək Qasımov Elcin Vəkil oğluna xx.xx.2021-xx.xx.2022- ci illərin iş dövrü hesabına 03 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək əmək məzuniyyəti verilmiş, lakin həmin dövrdə müraciətimizə cavab verilmədiyinə görə, onun sağlamlığına dəyə biləcək təhlükəni aradan qaldırmaq məqsədilə və digər vasitə olmadığından "xxxx" ASC-nin 31 avqust 2022-ci il tarixli 449/k nömrəli əmri ilə, ray alınanadək Qasımov Elçin Vəkil oğlu AR ƏM-nin 62-maddəsinin 2-ci bəndinə əsasən işdən kənarlaşdırılmışdır. Müraciətiə cavab verilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına xx.xx.2022-ci il tarixdə 24/194 saylı məktubla təkrar müraciət olunmuşdur. Əmək và Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından müraciətə cavab xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. Cavab məktubunda bildirilmişdir ki, xəstəliyinin xarakteri nəzərə alınaraq birinci dərəcəli əlilliyi olan Elçin Qasımov razılaşdırılmış iş rejimində o cümlədən hazırda fəaliyyət göstərdiyi sahədə mühafizəçi peşəsi üzrə işini davam etdirə bilər. Həmin cavab əsas götürülmüş və "xxxx" ASC-də dəyişikliyi nəzərə alaraq Qasimov Elçin Vəkil oğlu yeni yaradılmış Yaşıllıqların və su hövzələrinin mühafizəsi idarəsinə özünün razılıq ərizəsi əsasında daha yüksək əmək haqqı olmaqla (395 manat) mühafizəçi işinə bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsini 1-ci hissəsində aydın şəkildə "işəgötürən işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər" və həmin maddənin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmədiyi qanunla təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinə əsasən inzibati məsuliyyəti istisna edən hallar kimi "şəxsin sağlamlığını qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzsə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha əz əhəmiyyətli olmuşsa, bu, inzibati xəta hesab olunmur". Eyni zamanda Qasımov Elçin Vəkil oğluna 15 iyul 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək (işə çıxmadığı dövr) və 30 avqust 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək (işdən kənarlaşdırıldığı dövr) ödənilməmiş əmək haqqının ödənilməsi üçün "xxxx" ASC-nin rəhbərinə xx.xx.2022-ci il tarixdə xidməti məruzə ilə müracət olunmuş və 572/k nömrəli xx.xx.2022-ci il tarixli əmrlə ödənilməmiş Əmək haqqının tam şəkildə ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, inzibati xəta haqqında icraat düzgün aparılmamış AR İXM-nin 53.0.1-ci maddəsinə əsasən "xxxx" ASC-nin sədr müavini X3 inzibati xəta törətmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsilə Azərbaycan Respublikası Əmək və Əhaslinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 25 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" ASC-nin nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, nümayəndənin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X8 tərəfindən 25 noyabr 2022-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qasımov Elçin Vəkil oğlunun 2022-ci ilin sentyabr və oktyabr ayının 1-6 tarixləri üzrə ödənilməli əmək haqları əmək qanunvericiliyinin tələbləri pozularaq ona xx.xx.2022-ci il tarixdə ödənilmişdir. "xxxx" ASC-nin sədr müavini X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla əlaqədar olaraq 700 manat cərimə olunmuşdur. "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Eksert Komissiyasına ünvanlanmış 24/164, xx.xx.2022-ci il tarixli müraciətində göstərilmişdir ki, "xxxx" ASC-nin Yaşıllıqların ve su hövzələrinin mühafizəsi idarəsinin mühafizəçisi Qasımov Elçin Vəkil oğluna Tibbi-Sosial Ekspert Komissiyasının 02 iyul 2022-ci il tarixli rəyinə əsasən birinci dərəcəli əlillik (kənar şəxsin qulluğuna ehtiyacı var) dərəcəsinin təyin edilmiş, həkim tibbi ekspertizanın rəyində Elçin Qasımovun xəstəliyinin "Xroniki böyrək xəstəliyi V mərhələ, ekstrakorporal dializ, proqramlı hemadialis. Həftədə 3 dəfə 4 saatlıq olmaqla seansların qəbul edilməsi" diaqnozu qeyd edilmişdir Həmin xəstəlik dərəcəsi ilə əlaqədar Qasımov Elçin Vəkil oğlunun mühafizəçi işləməsinin mümkün olub-olmaması barədə rəsmi məlumat verilməsi xahiş olunmuşdur; "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Eksert Komissiyasına ünvanlanmış 24/194, xx.xx.2022-ci il tarixli təkrar müraciətində göstərilmişdir ki, 24/164, xx.xx.2022-ci il tarixli müraciətə heç bir rəsmi məlumat verilmədiyi üçün rəsmi məlumat verilməsi xahiş olunmuşdur; 31 avqust 2022-ci il tarixli, 449/k saylı əmrdən görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasının rəyi alınanadək Texniki təminat və kommunikasiya şöbəsinin mühafizəçisi Qasımov Elçin Vəkil oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə işdən kənarlaşdırılmışdır; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reablitasiya Agentliyinin16 sentyabr 2022-ci il tarixli, **********6 saylı məktubundan görünür ki, İ dərəcə əlilliyi olan E.Qasımov razılaşdırılmış iş rejimində, o cümlədən hazırda fəaliyyət göstərdiyi sahədə mühafizəçi peşəsi üzrə işləyə bilər; Qasımov Elçin Vəkil oğlunun 05 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, E.Qasımov yeni yaradılmış yaşıllıqların və su hövzələrinin mühafizəsi idarəsinə mühafizəçi işinə təyin olunmağına etiraz etmir; 06 oktyabr 2022-ci il tarixli, 506/k saylı əmrdən görünür ki, Qasımov Elçin Vəkil oğlu 06 oktyabr 2022-ci il tarixdən "xxxx" ASC-nin Yaşıllıqların və su hövzələrinin mühafizəsi idarəsinə mühafizəçi işinə təyin edilmiş və həmin tarixdən Texniki təminat və kommunikasiya şöbəsinin mühafizəçisi işindən azad edilmişdir; 22 noyabr 2022-ci il tarixli, 572/k saylı əmrdən görünür ki, "xxxx" ASC-nin Yaşıllıqların və su hövzələrinin mühafizəsi idarəsinin mühafizəçisi Qasımov Elçin Vəkil oğluna 15 iyul 2022-ci il tarixindən 03 avqust 2022-ci il tarixədək 13 iş günü və 30 avqust 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək(kənarlaşdırılma dövrü) 27 iş günü üçün ödənilməmiş əmək haqqı ödənilmişdir; Qasımov Elçin Vəkil oğluna ödənilən ödənişlər ilə bağlı müvafiq çıxarışdan görünür ki, sonuncuya xx.xx.2022-ci il tarixində 320 manat 56 qəpik, xx.xx.2022-ci il tarixində 214 manat 04 qəpik, xx.xx.2022-ci il tarixində 243 manat 32 qəpik, xx.xx.2022-ci il tarixində 304 manat 37 qəpik, xx.xx.2022-ci il tarixində 364 manat 11 qəpik, xx.xx.2022-ci il tarixində 671 manat 81 qəpik ödənilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin bəndinə əsasən bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 25 noyabr 2022-ci il tarixli, MN1292742 saylı qərara əsasən Qasımov Elçin Vəkil oğlunun əmək haqqının hesablanmasında və ödənilməsində qanunvericiliyin tələblərinin pozulmasına yol verilməsi əsas gətirilərək «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin rəis müavini vəzifəli şəxs X3 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki "xxxx" ASCnin rəis müavini vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi 25 noyabr 2022-ci il tarixli, MN1292742 saylı qərara əsasən öz təsdiqini tapmamışdır. Belə ki, əmək haqqının düzgün hesablanmamasının nədən ibarət olmasının inzibati xəta haqqında protokolla müəyyən olunması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 25 noyabr 2022-ci il tarixli, MN1292742 saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır və qismən təmin olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin rəis müavini vəzifəli şəxs X5 barəsində 25 noyabr 2022-ci il tarixli, MN1292742 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X8 tərəfindən 25 noyabr 2022-ci il tarixli, MN1292742 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib olunmuş 25 noyabr 2022-ci il tarixli, MN1292742 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4780/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4780/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver