Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4789/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 və X2, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, “As Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş MN ******* saylı, 14 noyabr 2023cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı ünvan 1rləşən Şəxs xx.xx.2023-cü il tarixli menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında dövlət xidmətinin qanuni yazılı tələbini yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixli menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında dövlət xidmətinin qanuni yazılı tələbini 5 (beş) iş günü müddətində dövlət xidmətinə təqdim edilməsi göstərilsə də, göstəriş yerinə yetirilməmişdir. Həmçinin, hüquqi şəxsin nümayəndəsi MMC-nin hüquqi ünvanının ünvan 2duğunu bildirsə də, tərəflərindən menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli göstəriş göndərilmiş və xəbərnaməyə özünü Shazeli Group» MMC-nin direktoru Aytən Məmmədovanın xalası kimi tanıtmış X6 tərəfindən imza edilməklə tərəflərindən qəbul edilmişdir, həmin xəbərnamə iş materiallarında mövcuddur. Bundan başqa, əvvəllər də başqa iş üzrə həmin ünvana məktub göndərilmiş və Şəxs MMC-nin direktoru Aytən Məmmədova tərəfindən onlara müvafiq cavab göndərilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 inzibati xəta haqqında protokolu tərtib edən Babək Məmmədlinin izahatında göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu izahat vermiş və hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, “As Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə izahatında hüquqlarını təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanının ünvan 2masına baxmayaraq səlahiyyətli orqan tərəfindən göstərişi kimin qəbul etdiyi məlum deyildir. Belə ki özünü Shazeli Group» MMC-nin direktoru Aytən Məmmədovanın xalası kimi tanıtmış X3 direktorun xalası olduğunu təsdiqləyən hər hansı bir sübut iş materillarına əlavə edilməmiş, bu səbəbdən də həmin göstərişdən məlumatları olmamışdır. Həmçinin, əvvəllər də başqa iş üzrə səlahiyyətli orqan tərəfindən eyni qaydada hüquqi şəxsə aid olmayan ünvanlara məktublar göndərilmiş və yalnız onların özləri telefonla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayaraq maraqlandıqdan sonra həmin məktublardan xəbərləri olmuş və cavab göndərilmişdir. Habelə, səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolun göndərilməsi haqqında məktub “İlqar Bədəlov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilməsi göstərilsə də, Şəxs MMC-nin belə bir işçisi yoxdur. Beləliklə, göstərilənlərə əsasən o, inzibati xətanın baş verməsində heç bir təqsirlərinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X5 tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı ünvan 1rləşən Şəxs xx.xx.2023-cü il tarixli menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında dövlət xidmətinin qanuni yazılı tələbini yerinə yetirilməmişdir. 19 oktyabr 2023-cü il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hüquqi ünvanı ünvan 1rləşən Şəxs göstəriş göndərərək, tələb etmişlər ki, Şəxs MMC “Park Bulvar” və ”28 Mall” ticarət mərkəzlərində yerləşən onlara məxsus “Pakdad” restoranlarında müştərilərə təqdim olunan menyuların qanunvericiliyin tələblərinə uyğun tərtib olunması ilə bağlı tədbirlər görsün, nəticəsi barədə məlumatı və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş menyuların surətlərini 5 (beş) iş günü müddətində Dövlət Xidmətinə təqdim etsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması barədə tələblərin yerinə yetirilməməsinə dair 07 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsə xx.xx.2023-cü il tarixdə saat 14:00-15:00-dək protokolun tərtibində səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi barədə məlumat verilmişdir. xəbərnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, General Şıxlinski küçəsi, ev 47, mənzil 81 ünvanına göndərilmiş göstəriş xx.xx.2023-cü il tarixdə “Vəliyeva” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 14 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsi ünvanına barələrində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tərtib olunmuş 14 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışından görünür ki, Şəxs MMC-nin VÖEN-i **********, hüquqi ünvanı AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, General Şıxlinski küçəsi, ev 47, mənzil 81-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində altı yüz manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4789/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4789/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver