Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4795/2020 08.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlu, X1 Bakı şəhəri Nərimanov RPİ 17-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov RPİ 17-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmadığından X1 Bakı şəhəri Nərimanov RPİ 17-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Bakı şəhəri Nərimanov RPİ 17-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Bakı şəhəri Nərimanov RPİ 17-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Sərdar Mehərliyev
Məhkəmə qərarları › İş №3(011)-4795/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4795/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver