Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4805/2020 07.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanında X2 ilə qohumu Şəxs arasında baş vermiş mübahisə zamanı sonuncu V.Abdullayevi sillə ilə vuraraq ona çənəaltı nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da, onun sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, X4 rayonunda onun atası Həmid Abdullayevə hücum etmiş və atasının halı pisləşmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə Vüqarı çağırıb bu hərəkətinə görə ona iradını bildirmiş və əlinin iç nahiyəsi ilə onun üzünə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Ucar rayonundan valideynləri ona pay göndərərək Xətai rayonu, İ.İsmayılov küçəsində yaşayan xalasıgildən götürməsini bildirmişlər. O, çantanı götürmək üçün xalasının yaşadığı evə getmiş və çantanı götürüb gedən zaman xalasının qaynı Şəxs onu qapının qabağına çağırmışdır. Ucar rayonunda ona məxsus qarajın sökülməsi ilə bağlı onlar tərəfindən məhkəməyə edilmiş müraciət onun xeyrinə həll olunduğundan Soltan onu nalayiq söüşlərlə təhqir etmiş və 2 dəfə üzünə sillə vurmuşdur. Bu səbəbdən onunla barışmadığını və cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Xətai RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı Uğur Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbir görülməsi üçün qərarın surəti aidiyyatı əməkdaşlara göndərilmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1097 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-çənəaltı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəyini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4805/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4805/2020
07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver