Məhkəmə qərarları › İş №3(011)-4806/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4806/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4806/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Toyota Rav-4” minik markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə saat 11:09-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Buna görə də hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X4 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, 11 oktyabr 2022-ci il tarixində “Scanex Enterprises Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının balansında olan Tayota Rav-4 Hibrid markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən sürücü X3 11 oktyabr 2022-ci il tarixində cərimə tətbiq edilmişdir. Sürücü əcnəbi vətəndaş olduğu üçün və şirkət tərəfindən cərimənin dərhal ödənilməsini həyata keçirmək üçün cəmi 2 gün sonra, yəni 13 oktyabr 2022-ci il tarixində, ME-242/22 nömrəli məktubla Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Rəşid Piriyevə tətbiq edilmiş cərimənin qərarının vurulması üçün müraciət etmişik. Müraciətə eyni zamanda sürücü X1 vəsiqəsi və etibarnamənin surəti də qoşmada əlavə olunmuşdur. Bu məktubun göndərilməsi ilə bağlı xəbərnamə də qoşmaya əlavə olunub. Belə ki, həmin xəbərnamədən də görünür ki, məktub xx.xx.2022-ci il tarixində, saat 14:45-də Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixində isə həmin məktuba Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cavab məktubu verilmiş və müvafiq sənədləri təqdim etməklərinə baxmayaraq yenidən sürücünün sənədləri istənilmişdir. Bu cavab məktubu özü də xx.xx.2022-ci il tarixində müvafiq orqana məktub göndərdiklərini təsdiq edir. Sürücünün sənədlərini cərimə tətbiq edildikdən cəmi 2 gün sonra göndərməklərinə baxmayaraq xx.xx.2022-ci il tarixində gələn cavab məktubundan sonra yenidən xx.xx.2022-ci il tarixində şirkət tərəfindən cavab məktubu göndərilmiş və sürücünün sənədləri yenidən əlavə edilmişdir. Lakin AR DİN Baş Dövlət Yol Polisinin Xətai rayon Şöbəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixli İXP5042748 saylı Protokolla “Scanex Enterprises Limited" şirkətinin Azərbaycan Respublikasındakı Filialı İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə əsassız cərimə olunmuşdur. Cərimənin tətbiq olunmasına səbəbini isə şirkətin sürücü haqqında vaxtında informasiya göndərməməsi göstərilmişdir. Halbuki “Scanex Enterprises Limited" şirkətinin Azərbaycan Respublikasındakı Filialı məlumatları könüllü şəkildə cəmi 2 gün sonra göndərmişdir. Şirkət tərəfindən zəruri sənədləri 11 oktyabr 2022-ci il tarixli cərimə tətbiq edildikdən dərhal - cəmi 2 gün sonra, yəni 13 oktyabr 2022-ci il tarixində sonra öz təşəbbüsləri ilə göndərdikləri üçün hazırki yazılan cərimə tamamilə əsassızdır. İnzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusu Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli ME-242/22 nömrəli məktubdan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı X9-4 Hibrid markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sürücü X5 tərəfindən idarə edilməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş 533232 saylı qaimədən görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məktubu xx.xx.2022-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə daxil olmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı mülkiyyətində olan “Toyota Rav-4” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxs haqqında məlumatı X8 vermişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar