Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-482/2024 10.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 08 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində “Hyundai Accent” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərəkətdə olan zaman X1 idarə etdiyi “Toyota Corolla” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vuraraq 150 (yüz əlli) manat maddi ziyan yetirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin polis kapitanı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08 fevral 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 08 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində “Hyundai Accent” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərəkətdə olan zaman “Toyota Corolla” markalı **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı yol hərəkəti qaydaları onun tərəfindən pozulmuşdur. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis kapitanı X4 izahatında göstərmişdir ki, Şəxs 08 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində “Hyundai Accent” minik markalı **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərəkətdə olan zaman X2 idarə etdiyi “Toyota Corolla” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vuraraq 150 manat maddi ziyan yetirmişdir. Şəxs sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. İş materiallarında olan Şəxs məxsus AC 311638 nömrəli sürücülük vəsiqəsi barədə elektron məlumatlardan çıxarışdan görünür ki, sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdə verilmiş və etibarlılıq müddəti xx.xx.2023-cü il tarixində bitir. İş materiallarında olan “Qarabağ Nemətləri” Kooperativinin arayışından görünür ki, 08 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilə 150 manat ziyan dəymişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri olaraq 500 (beş yüz) manat cərimənin tətbiq olunması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №3(011)-482/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-482/2024
10.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver