Məhkəmə qərarları › İş №3(011)-4826/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4826/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4826/2020 14.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənova Aygün Namiq oğlunun sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Əkbərli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-435/19 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 3.630,58 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 100 manat nümayəndəyə ödənilən xərcin tutularaq X1 ödənilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs hal-hazırda ödənilməmiş 1800 manat borcu qalmışdır. Ona görə də, Şəxs barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahat verərək göstərmişdir ki, o tələbkardan dollar olaraq yox 3.400 manat olaraq borc pul almışdır. Belə ki, qeyd olunan borcdan qismən ödəniş etdikdən sonra həbs olunmuş və nəticədə ödəniş etmək iqtidarında olmamışdır. Beləliklə, onun hazırda tələbkara daha az məbləğdə borcu qalmışdır. Həmçinin, o qeyd etdi ki, onun qüvvədə olan məhkəmə qətnaməsindən xəbəri olmamış və o qətnaməni əldə etdikdən sonra qanunamüvafiq qaydada qətnaməni mübahisələndirmişdir. Lakin Bərdə Rayon Məhkəməsinin borclunun qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini təmin etməmiş və o da öz növbəsində məhkəmə qərardadından şikayət vermişdir. Hazırda Bərdə Rayon Məhkəməsi həmin şikayəti təmin etməmiş və şikayətə baxılması üçün iş materiallarını Gəncə Apelyasiya Məhkəməsinə göndərməlidir. Beləliklə, borclu hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-435/2019 nömrəli məktubun surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-435/2019 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Şəxs tərəfindən verilmiş şikayətə baxılması üçün sözügedən mülki işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan Şəxs verdiyi bütün izahatlarında öz borcunun olmasını qəbul etmiş və onun ödənilməsindən boyun qaçırmadığını bildirmişdir. Lakin, borclu şəxs həbsdə olması səbəbindən barəsində qəbul edilmiş məhkəmə qətnaməsindən məlumatlı olmamasını və bu səbəbdən də qətnaməni mübahisələndirə bilməməsini qeyd etmişdir. Beləliklə, hazırkı dövrdə borclunun qətnamədə göstərilən məbləğ ilə razılaşmaması və işin yenidən araşdırlması məqsədilə ona məxsus olan prosessual hüquqlarından istifadə edərək qətnaməni mübahisələndirməsi onun icra sənədinin icrasından qərəzli olaraq yayınması kimi qiymətləndirilməməlidir. Həmçinin, icra məmuru tərəfindən qeyd olunan halın da əksini sübuta yetirəcək və mübahisəli qətnamənin hazırda qüvvədə olub-olmasını əks etdirəcək hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda belə Şəxs icra sənədini üzrsüz səbəblərdən icra etmədiyi barədə hər hansı bir sübut mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İnzibati xəta haqqında protokolda Şəxs borcun ödənilməsindən üzrsüz səbəbdən yayınmanı təsdiq edən sübutlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsindən məlumatı olmadığı üçün qətnamədən vaxtında apelyasiya şikayəti verə bilməmiş, Bərdə Rayon Məhkəməsi qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair borclunun ərizəsini təmin etməmiş və o da öz növbəsində məhkəmə qərardadından şikayət vermişdir. Hazırda Bərdə rayon Məhkəməsi həmin şikayəti təmin etməmiş və şikayətə baxılması üçün iş materiallarını Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar