Məhkəmə qərarları › İş №3(011)-487/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-487/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-487/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MTK-nın barəsində tərtib inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə Şəxs MTK-nın rəhbərliyi tərəfindən bina sakinlərinin məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinin düzgün idarə olunmaması, emalı yerlərinin müəyyənləşməməsi nəticəsində qalaqlanması faktı aşkar olunmuşdur. Buna görə də Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən Şəxs MTK-ya məxsus binanın arxasında yerləşən əraziyə baxış keçirilən zaman həmin ərazinin Şəxs MTK-ya məxsus binadan atılan tullantılar nəticəsində çirkləndiyi müəyyən edilmişdir. Bundan sonra məişət tullantıları binanın arxa tərəfində qalaqlanmışdır. Protokol mtərtib edilməmişdən öncə aidiyyəti qurum tərəfindən araşdırılma aparılmış və Şəxs MTK-da lazımi sayda zibil qutularının olmadığı müəyyən edilmişdir. Tullantıların aşkar edildiyi ərazinin Şəxs MTK-ya məxsus olmadığı, lakin Şəxs MTK-ya məxsus binanın sakinləri tərəfindən ərazinin çirkləndiyi müəyyən edildiyindən protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs MTK-nın direktoru X1 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, iş materiallarında olan fotoşəkillərdə əks etdirilən ərazi onların ərazisi deyil, qonşuluqdakı binanın ərazisidir. Tərtib edilmiş protokol əsassız olduğundan icraata xitam verilməlidir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 88476 nömrəli 25 noyabr 2024-cü il tarixli aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MTK-a məxsus yaşayış binasının arxa tərəfinə qonşu binanın ərazisinə məişət tullantılarının atılması nəticəsində tullantıların qalaqlanması müəyyən edilmişdir. Belə ki, hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri əsas götürülməklə protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan görünür ki, inzibati xətanı tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması təşkil edir. Hazırkı iş üzrə protokol tərtib etmiş orqanın nümayəndəsi izahatında MTK tərəfindən yetərli sayda zibil qutularının quraşdırılmamasını göstərərək Bakı şəhər İcra hakimiyyəti MKTD "xxxx" MMC tərəfindən verilmiş məktubu məhkəməyə təqdim etmişdir. Məhkəmə məktubda istinad olunanlara qiymət verərək hesab edir ki, Cəmiyyət tərəfindən verilmiş məktubun məzmunundan MTK-ya məxsus binada yetərli sayda zibil qutularının olmamasını müəyyən etmək mümkün deyil. Məktubda "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış müqavilənin yenilənməməsi halında, Cəmiyyət tərəfindən tullantıların daşınmasının dayandırılacağı qeyd edilmişdir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MTK-nın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin tərtib əlamətləri yaranmamışdır. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı protokol tərtib etmiş orqanın nümayəndəsi izahatında göstərmişdir ki, tullantıların aşkar edildiyi ərazi Şəxs MTK-ya məxsus ərazi olmamış, tullantıların qalaqlanması zamanı Şəxs MTK aidiyyəti qurumlara hər hansı köməklik göstərməmişdir. Eyni zamanda Şəxs MTK-nın direktoru tərəfindən məhkəməyə təqdim edilmiş plan sxem layihədən tullantıların aşkar edildiyi ərazinin Şəxs MTK-ya məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, ərazidə tullantıların yığılması ilə xüsusi geyimdə olan işçilər məşğuldur. Bu işçilərin Şəxs MTK-ya aidiyyətinin olması və qalaqlanmanın bilavasitə Şəxs MTK tərəfindən həyata keçirilməsinə dəlalət edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İstinad edilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs MTK-nın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tərtib əlamətləri yaranmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MTK-nın əməlində inzibati xəta tərkibi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İXM-in 266.2 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar