Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4870/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3cü maddələri ilə 29 avqust 2024-cü il tarixli, 00100-02330/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində saat 10:26 radələrində “Samur” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsinin “Xocəsən” gömrük postuna təyinat alan “Volvo” markalı, K789CH73/AH753573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, X8, "xxxx" MMC-nin ərazisində Sumqayıt Gömrük İdarəsinin Hədəfləmə və koordinasiya bölməsinin və Əməliyyat-İstintaq Baş idarəsi Hədəfləmə və X1 şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman nəqliyyat vasitəsinin GPS qurğusunun (012202) tamlığının pozulmadığı, yük hissəsində gömrük təminatı olan plombun (AZ DGK 006) qırıldığı və malların nəqliyyat vasitəsindən boşaldılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 törətdikləri əməli etiraf edərək bildirmişdir ki, “Volvo” markalı, K789CH73/AH753573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qaraja daxil olduqdan sonra sürücü tərəfindən onların xəbərləri olmadan yük hissəsində gömrük təminatı olan plomb sökülmüşdür. Beləliklə, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Sumqayıt Gömrük İdarəsinin Hədəfləmə və koordinasiya bölməsinin böyük inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, X8, "xxxx" MMC-nin ərazisində K789CH73/AH753573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, GPS qurğusunun (012202) tamlığının pozulmamış, yük hissəsində gömrük təminatı olan plomb (AZ DGK 006) qırılmışdır. Mallar nəqliyyat vasitəsinin içərisindən yerə boşaldılmış və malların gömrük bəyannaməsi ilə eynilik təşkil etməsi, hər hansı uyğunsuzluğun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X6 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 avqust 2024-cü il tarixli, 00100-02330/24 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində saat 10:26 radələrində “Samur” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsinin “Xocəsən” gömrük postuna təyinat alan “Volvo” markalı, K789CH73/AH753573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, X8, "xxxx" MMC-nin ərazisində Sumqayıt Gömrük İdarəsinin Hədəfləmə və koordinasiya bölməsinin və Əməliyyat-İstintaq Baş idarəsi Hədəfləmə və X1 şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman nəqliyyat vasitəsinin GPS qurğusunun (012202) tamlığının pozulmadığı, yük hissəsində gömrük təminatı olan plombun (AZ DGK 006) qırıldığı və malların nəqliyyat vasitəsindən boşaldılması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir; 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixində saat 10:26 radələrində “Samur” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsinin “Xocəsən” gömrük postuna təyinat alan “Volvo” markalı, K789CH73/AH753573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, X8, "xxxx" MMC-nin ərazisində Sumqayıt Gömrük İdarəsinin Hədəfləmə və koordinasiya bölməsinin və Əməliyyat-İstintaq Baş idarəsi Hədəfləmə və X1 şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman nəqliyyat vasitəsinin GPS qurğusunun (012202) tamlığının pozulmadığı, yük hissəsində gömrük təminatı olan plombun (AZ DGK 006) qırıldığı və malların nəqliyyat vasitəsindən boşaldılması faktı aşkar edilmişdir. Həmçinin, həmin malların gömrük bəyannaməsi ilə eynilik təşkil etməsi, hər hansı uyğunsuzluğun olmaması müəyyən edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 492.1-ci maddəsi ilə 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4870/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4870/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver