Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4879/2022 10.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri X11 İdarəsinin YNH şöbəsinin inspektoru X1 iştirakları ilə, xx.xx.1997-ci il təvəllüdlü Ağdam rayonu, Yüzbaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Xətai Rayon Polis İdarəsinin polis nəfəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05 dekabr 2022-ci il tarixində Bakı şəhəri X11 İdarəsinin YNH şöbəsinin inspektoru X6 tərəfindən törədilmiş inzibati xəta nəticəsində ünvan 2 ünvanında yaşayan xx.xx.1983cü il təvəllüdlü X2 idarə etdiyi avtomobilə 500 manat maddi ziyan dəymişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “Daewoo” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobiliylə Xətai rayonu, 8 noyabr prospekti ilə orta zolaqla hərəkət etdiyi zaman “Opel”markalı, **-OR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur və nəticədə həmin avtomobilə 500 mnaat zərər dəymişdir. Məhkəmə iclasında Bakı şəhəri X11 İdarəsinin YNH şöbəsinin inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayonu, 8 noyabr prospekti ilə hərəkət edən zaman ünvan 2 ünvanında yaşayan xx.xx.1983-cü il təvəllüdlü X2 idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə avtomobilə 500 manat maddi ziyan dəymişdir Nəticədə vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. zərərçəkmiş şəxs X3 05 dekabr 2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, “Opel”markalı, **-OR-*** dövlət nömrə nişanlı avtomobiliylə Xətai rayonu, 8 noyabr prospekti ilə orta zolaqla hərəkət etdiyi zaman ondan solda sol zolaqla hərəkət edən “Daewoo” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil soldan saga qəfil manevr etmiş və onun avtomobilinin qabaq sol hissəsi ilə toqquşmuşdur. Nəticədə avtomobilinə 500 manat məbləğində ziyan dəymişdir. Həmin vaxt avtomobildə tək olmuşdur və heç bir bədən xəsarəti almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə barəsində inzibati cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №3(011)-4879/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4879/2022
10.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver