Məhkəmə qərarları › İş №3(011)-4880/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4880/2022

10.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4880/2022 10.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1966-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayonu, N.Tusi küçəsində yerləşən “Rahat” marketdən 16 manat dəyərində yağ oğurlamışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən xx.xx.2022-ci il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, N.Tusi küçəsində yerləşən “Rahat” marketə girərək, pulu olmadığı üçün ordan 1 ədəd yağ oğurlamışdır.. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Rahat” marketdə müdir işləyir. xx.xx.2022-ci il tarixdə marketdə olan zaman Şəxs yağ şöbəsindən 16 manat dəyərində 2 ədəd “Westgold” yağı oğurlamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti yoxdur, ona vurulmuş ziyan tamamilə aradan qaldırılmışdır və o, Şəxs ilə barışmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatları və inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir, lakin o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq aradan qaldırdığından və zərərçəkmiş şəxslə barışıq əldə edildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsi əlavə edilərək aşağıdakı redaksiyada verilmişdir. “Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin vurulmuş ziyan tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar