Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4884/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinın ünvanına “vakuum qazoil” adlı mal xx.xx.2024-cü il tarixli **********0302, xx.xx.2024-cü il tarixli **********0304, xx.xx.2024-cü il tarixli **********0314 sorğu nömrəli natamam gömrük bəyannamələri tərtib olunaraq göndərilmişdir. Lakin natamam gömrük bəyannamələri ilə ixrac olunan mallara dair təqdim olunan **********0502 sorğu nömrəli gömrük bəyannaməsi 30 gün müddəti gecikdirilərək xx.xx.2024-cü il tarixdə gömrük orqanına təqdim olunmuşdur. Buna görə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsi barəsində İXM-nin 493-cü maddəsi ilə 02 sentyabr 2024-cü il tarixli 13000-01308/24 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin səlahiyyətli nümayəndəsi bildirmişdir ki, Gürcüstan Respublikası ərzisində fəaliyyət göstərən “Socar trading Middle East DMCC” şirkətinin ünvanına ixrac olunmuş “vakuum qazoil” adlı yükə aid **********0502 sorğu nömrəli gömrük bəyannaməsinin vaxtında təqdim olunmamasının səbəbi natamam bəyannamələrdə qeyd olunan malların alıcılarının əvvəldən məlum olmaması, mallar “Socar trading Middle East DMCC” şirkətinin ünvanına dəmiryol nəqliyyatı vasitəsi ilə hissə-hissə göndərilərək Klevi Terminalında tankerlərə toplanması olmuşdur. Mallar tankerlərə toplandıqdan sonra alıcıların ünvanına ixrac edilir və həmin mallar üçün gömrük bəyannaməsi gömrük orqanına təqdim edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan **********0502 saylı gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamə xx.xx.2024-cü il tarixində gömrük orqanına təqdim edilmişdir. İş materiallarında olan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinın ünvanına **********0302 saylı gömrük bəyannaməsi üzrə göndərilən mallar faktiki olaraq Azərbaycan Respublikasının gömrük sərhədini xx.xx.2024-cü il tarixində, **********00304 saylı gömrük bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixdə, **********0314 saylı gömrük bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixdə, **********0502 saylı gömrük bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixdə keçmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. “X2 X5 X3 Qaydaları”X6 Haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.5-ci maddəsinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsinə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar İdarəsi İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4884/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4884/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver