Məhkəmə qərarları › İş №3(011)-4887/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4887/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4887/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, hüquqi şəxs Şəxs vəkili X1, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları” nın 1.2-ci bəndini ( Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.) düzgün təsvir etməyərək orada kommersiya sözünü bütün daşıyıcılara şamil edib. Əslində isə maddənin məzmunundan göründüyü kimi orada 3 kateqoriya da olan müxtəlif daşınma faliyyəti ilə məşğul olan daşıyıcılar sadalanıb. 1. kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını; 2. taksi minik avtomobilləri ilə sərnişin daşımalarını; 3. habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlar; Göründüyü kimi kommersiya faliyyəti göstərilməsi məhz, kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına aiddir. Əlavə olaraq bildirmişdir ki, “Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanunun 1-ci madəssinin 1.0.9 bəndində daşıyıcının açıqlaması ətraflı şəkildə qeyd olunub. 1.0.9. daşıyıcı - daşınma müqaviləsi və yə digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. Sahibkar daşıdığı mala görə ayrıca haqq almasa da, o bu daşımanı malın satışı üçün həyata keçirir və bu satışdan təbii ki gəlir əldə edir. Belə olduqda bu formada fəaliyyət həyata keçirən hüquqi şəxslər əldə edəcəyi gəliri hesablayaraq yükdaşımadan əlavə haqq tələb etmirlər. Sözügedən MMC bildiyimiz qədər qanuni əsəslarla fəaliyyət göstərir, məhsullarına qanuni əsaslarla, qiymət formalaşdıraraq, satışını həyata keçirir. MMC gəlir etmək üçün satışını təşkil etdiyi məhsulların istehsalçıdan alıcıya çatdırılmasını (daşınmasını) qanuni əsaslarla, qiymət formalaşdıraraq həyata keçirir.Bu zaman o həmin daşımanı ümumi istifadədə olan yollardan istifadə etməklə daşıyır.Onu da xüsusilə qeyd etmək istərdik ki, məlum olduğu kimi, məhsulların satış qiymətlərinin formalaşdırılması zamanı həmin məhsulların həm istehsal, həm də daşıma zamanı çəkilər xərclər nəzərə alınmaqla formalaşdırılır(benzin pulu, sürücüyə ödənilən əmək HAQQİ və sair). Onu da qeyd etmişdirki, Qanunverici sözügedən Qanunun məhz kimlərə şamil edilməməsini bir başa Qanunun 3.2-ci maddəsində təsbid etmişdir. Həmin Qanunun 3.2.4cü maddəsinə əsasən hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara: Həmin Qanunun 3.2.5-ci maddəsinə əsasən hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına Məhkəmə iclasında hüquqi şəxs Şəxs vəkili X2 izahat verərək bildirir ki, nümayəndəsi olduğu Şəxs barəsində tərtib edilmiş protokol qanunsuzdur. Beləki Nazirlər Kabinetinin istinad olunan Qərarının 3.2-ci bəndində göstərilən sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar təmsil etdiyim MMC-yə şamil edilməməlidir. Qeyd olunan nəqliyyat vasitəsilə Şəxs özünə məxsus elektron və s əşyaları o cümlədən kameraları daşıyır. Bunu sifariş əsasında etmir. Sırf müəssisənin əmlaklarını aparır. Çünki, “Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanunun 1-ci madəssinin 1.0.9 bəndində daşıyıcının anlayışı qeyd olunub. Həmin Qanuna əsasən daşıyıcı - daşınma müqaviləsi və yə digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. Göründüyü kimi daşıyıcı hesab edilmək üçün loqistik təşkilat olmalıdır. Məsələn ölkəmizdə fəaliyyət göstərən “166” xidməti kimi hüquqi şəxs olmalıdır. Hansı ki, müqavilə əsasında bu fəaliyyətlə məşğuldur. Qanunun daha üstün qüvvəyə malik olması nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 18 iyun 2025-ci il tarixdə saat 09:45 radələrində Qaradağ Rayonu Qaradağ DYPİ postu, ABM Elektron MMC-yə məxsus yük daşıma yerinə yetirən “Ford” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmaması, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilməmişdir. Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında 18 iyun 2025-ci il tarixli aktdan görünür ki, 18 iyun 2025-ci il tarixdə 09:45 radələrində Qaradağ Rayonu Qaradağ DYPİ postu, ABM Elektron MMC-yə VÖEN – ********** mülkiyyətində olan “Ford” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsi ilə yük daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət icarə və ya istifadəsində olan avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılması sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2-ci bəndlərinin tələbləri pozulmasının aşkar edildiyi qeyd edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən “Ford” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmaması, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 326-cı maddəsinə əsasən, Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər daşıma fəaliyyəti göstərərkən nəqliyyat vasitələrini hər reys qabağı texniki müayinədən keçirməlidirlər. Qeyd olunan “Avtomobil nəqliyyatı haqında” Azərbaycan Respublikası Qanununun, həmçinin Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”na görə sürücülər eyni zamanda reys qabağı tibbi müayinədən də keçirilməlidir. Qaydaların 3-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Suala cavab olaraq bildirir ki, sürücüyə hüquqi şəxsin özü nəzarət etməlidir. Onlar məntəqəni müəyyən edir, hüquqi şəxs isə özü gedərək məntəqələrdə müayinədən keçməyi həyata keçirməlidir. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs MMC-nin (VÖEN: **********) Şəxs MMC tərəfindən “Ford” markalı **- JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmaması, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «KLEBERŞəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar