Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4888/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 17 mart 2025-ci il tarixli, 00100-00677/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Türkiyə Respublikası Ticarət Nazirliyi tərəfindən göndərilmiş İHR**********002 nömrəli xx.xx.2022-ci il tarixli invoysa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********4687 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyərinin 28222 (iyirmi səkkiz min iki yüz iyirmi iki) ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsinin rəisi, gömrük xidməti kapitanı Hidayət Hüseynzadənin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, X3 adına gələn elektrik sobaları yüklərinin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixli, **********6865 saylı, xx.xx.2022-ci il tarixli, **********7893 saylı, xx.xx.2022-ci il tarixli, **********0621 saylı və ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına gələn elektrik sobaları yüklərinin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixli, **********4687 saylı gömrük bəyannamələri ilə birgə təqdim edilmiş sənədlər ilə beynəlxalq sorğuya cavab olaraq Türkiyə Respublikası Ticarət Nazirliyi tərəfindən göndərilmiş sənədlər arasında uyğunsuzluqların olması aşkarlanmışdır; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən tərtib edilmiş İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 mart 2025-ci il tarixli, 00100-00677/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına gələn elektrik sobaları yüklərinin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixli, **********4687 saylı gömrük bəyannamələri ilə birgə təqdim edilmiş sənədlər ilə beynəlxalq sorğuya cavab olaraq Türkiyə Respublikası Ticarət Nazirliyi tərəfindən göndərilmiş sənədlər arasında uyğunsuzluqların olması aşkarlanmışdır. Aparılmış araşdırma zamanı Türkiyə Respublikası Ticarət Nazirliyi tərəfindən göndərilmiş İHR**********002 nömrəli xx.xx.2022-ci il tarixli invoysa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********4687 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyərinin 28222 (iyirmi səkkiz min iki yüz iyirmi iki) ABŞ dolları olduğu müəyyən edilmişdir; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində verdiyi izahatında bildirmişdir ki, direktoru olduğu "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti elektrik mallarının idxalından, daha sonra həmin malların daxili bazarda topdan və ya pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Türkiyə Respublikasında qeydiyyatda olan "X7. San ve Tic. A.S." şirkəti ilə bağlanılan İHR0002 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında həmin şirkətdən 2022-ci il ildə 2, 3, 4 gözlü qaz plitələri yükü sifariş vermiş, sifariş verdiyi 2, 3, 4 gözlü qaz plitələri yükü Türkiyə Respublikasında qeydiyyatda olan “Minison Oto. Mak. San ve Tic. A.Ş.” şirkətindən “ANİL ELEKTRONİKS" MMC-nin ünvanına göndərilmişdir, göndərilən 2, 3, 4 gözlü qaz plitələri yukü 0250 nömrəli xx.xx.2022-ci il tarixli yol nəqliyyat qaiməsi üzrə xx.xx.2022-ci il tarixdə 99SB778/99ZE778 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və həmin yüklər Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixdə İHR**********002 saylı xx.xx.2022-ci il tarixli invoys üzrə **********4687 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, İHR0002 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə elektron qaydada onun tərəfindən və Türkiyə Respublikasında qeydiyyatda olan "X7. San ve Tic. A.S." şirkətinin direktoru tərəfindən imzalanmışdır. **********4687 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumilikdə dəyəri 24726 ABŞ dolları təşkil etmişdir. **********4687 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyəri Türkiyə Respublikasında qeydiyyatda olan "Minison Oto. Mak. San ve Tic. A.S," şirkətinə hissə-hissə nağd qaydada göndəriİmişdir. 2 gözlü qaz plitəsindən 1153 ədəd, 3 gözlü qaz plitəsindən 1721 ədəd və 4 gözlü qaz plitəsindən 404 ədəd sifariş vermiş və sifariş üzrə də çatdırılmışdır. Qeyd edilməlidir ki, Türkiyə Respublikasında qeydiyyatda olan “Minison Oto. Mак San ve Tic. A.S.” şirkətindən 2022-ci il tarixdə göndərilmiş qaz plitələrinin ümumilikdə sayı 3278 ədəd olmuşdur, artıq hec bir mal göndərilməmişdir və həmin mallar da **********4687 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, həmin vaxtda da inspektor tərəfindən **********4687 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar yoxlanılmış və malların sayında heç bir uyğunsuzluq olmamışdır, əgər inspektor tərəfindən artıq mal aşkar olunsaydı dərhal təhqiqat şöbəsinə veriləcək idi, halbuki həmin vaxtda qalıq qaz plitələri göndərilməmişdir, belə hesab edir ki, Türkiyə Respublikası Ticarət Nazirliyi tərəfindən göndərilmiş İHR2022Q0000QQQ2 saylı xx.xx-2022-ci il tarixli e-fatura sənədində və ixrac bəyannaməsində malların sayının çox yazılmasına səbəb o ola bilər ki, Türkiyə Respublikasınin daxili qanunvericiliyində ixrac olunan malların dəyəri nə qədər çox olsa ixracatçı şirkətə əlavə dəyər vergisi qayıdır, ona görə də həmin sənədlərdə malların sayına uyğun da dəyəri də çox göstərilir və buna görə də Türkiyə Respublikasında qeydiyyatda olan “Minison Dto. Mak. San ve Tic. A.Ş.” şirkətinə əlavə dəyər vergisi qayıda bilər, ümumiyyətlə, o, bugünədək heç bir hüquqpozuntusu törətməmiş, yəni “ANİL ELEKTRONİKS" MMC barəsində bugunədək heç bir məsuliyyətə cəlb olunma halı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Türkiyə Respublikası Ticarət Nazirliyi tərəfindən göndərilmiş İHR**********002 nömrəli xx.xx.2022-ci il tarixli invoysa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********4687 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların dəyərində uyğunsuzluq olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4888/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4888/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver