Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4893/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1985-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair 02 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayonu Babək prospekti ünvanında X3 ilə aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunu vuraraq sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, X3 ilə əvvəllər dostuq münasibəti olub bir-birilərinin evinə gediş gəlişləri olmuşdur, təxminən 1 ildir ki, aralarında söz-söhbətləri vardır. O, Əziməni danışdırmır. Münasibətləri yaxşı olan zamanlarda 1 il bundan əvvəl Əzimənin adına Nizami rayonu Q.Qrayev m/s-nın yaxınlığında yerləşən Sizin lombard adlı lombarda 1 ədəd 11 qr qızıl qolbağı və 1 cüt 7 qr qızıl təna qoymuşdur. Aralarında küskünlük olmuşdur, o isə qızılını lombarddan götürmək istəmişdir, bu səbəbdən xx.xx.2024-cü il saat 15:00 radələrində Əzimənin yaşadığı məhlənin heyətində yerləşən, icarəyə işlətdiyi mağazaya getmişdir və Əziməyə demişdir ki, qızıllarını götürsün. Əzimə ona demişdir ki, gedib özü götürsün. O izah etmişdir ki, adına qoyulduğu üçün iştirakı olmadan qızılı geri qaytarmırlar, bu zaman aralarında mübahisə yaranmışdır. Əzimə onun üzərinə gələrək saçından tutaraq onu özünə tərəf çəkmiş, üzünü və əlini cıraraq ona xəsarət yetirmişdir. Bu zaman Əzimənin mağazasında işləyən kürəkəni Nurlan adlı şəxs onları ayırmışdır. Davaları təxminən 3 dəqiqə çəkmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cüil tarixdə saat 15:00 radələrində Rəvanə yaşadıqları binanın həyətində icarəyə işlətdiyi mağazaya gələrək onu təhqir etmiş, ünvanına nalayiq söyüşlər söyərək onun üzərinə hücum çəkib onu döymüşdür. Onun üz və qol nahiyəsindən xəsarətlər yetirmişdir, mağazanı tərk etməyini bildirmişdir. Rəvanə xx.xx.2024-cü il tarixdə gün ərzində 2 dəfə icarəyə işlətdiyi mağazaya gələrək onu narahat edir, ikinci dəfə gələndə, yəni təxminən 15:30 radələrində əri və anası da mağazaya gəlib onu narahat etmişlər. Şəxs ilə barışmadığını qeyd edərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı Dəyanət Piriyevin cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbir görülməsi üçün qərarın surəti aidiyyatı əməkdaşlara göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli 930 saylı rəyinə əsasən X1 alt çənə nahiyəsinin və sağ bazunun sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. X2 müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarma görə özü-özünə yetirməsi və öz bpyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadələrini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4893/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4893/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver