Məhkəmə qərarları › İş №3(011)-4912/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4912/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4912/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, şikayətçi «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ƏƏSMN yanında DƏMX Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas "Azəriqaz" İstehsalat Birliyinin Bakı X22 Departamentinin rəisi X8 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə həmin İdarə tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən "Azəriqaz" İstehsalat Birliyinin Bakı X22 Departamentinin rəisi X13 AR Əmək Məcəlləsinin 7, 49-cu maddələrinin tələblərini pozaraq X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. X5 ümumiyyətlə "Azəriqaz" İstehsalat Birliyinin Bakı X22 Departamentinin işçisi olmamışdır və o, Bakı X22 Departamentinin rəisi X13 tərəfindən hər hansı bir qanunsuz əməyə cəlb edilməmişdir. X11 "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin müəssisənin işçisi kimi "Azəriqaz" İstehsalat Birliyinin Bakı X22 Departamentinin Abşeron rayonu üzrə xidməti ərazisinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi təhkim edilmişdir. Daha sonra isə "xxxx" MMC tərəfindən X11 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, xx.xx.2023-cü il tarixində Səkinə Səmədovanın son haqq-hesabı onun əmək haqqı kartına köçürülmüşdür. Lakin nə “DOST İş Mərkəzi" MMC tərəfindən, nə də X11 tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin Bakı X20 Departamentinə hər hansı bir məlumat verilməmiş, hətta Səkinə Səmədova əmək müqaviləsinə xitam verildiyini bilməsinə baxmayaraq təhkim oldunduğu Abşeron rayonu üzrə xidmət sahəsinə işə çıxmağa davam etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı bir məlumat olmadığı üçün də X11 "Azəriqaz” İstehsalat Birliyinin Bakı X20 Departamenti tərəfindən işdən kənarlaşdırılmamışdır. X6 işəgötürəni "Azəriqaz” İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 vox. "DOST İş Mərkəzi” MMC olmuş, onun əmək haqqısı da həmin MMC tərəfindən ödənilmişdir. "Azəriqaz" İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi! törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və va ehtiyatsızlıqdan törədilən! və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik} inzibati xəta hesab olunur. Qeyd olunanlardan məlum olur ki, inzibati xəta tərkibinin əsas əlamətləri əməlin hüquqazidd olması, əməlin təqsirli törədilməsi, əməlin inzibati məsuliyyətə səbəb olması və əməlin İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməsindən ibarətdir. Odur ki, X6 əmək müqaviləsinə xitam verildikdən sonra onun Abşeron rayonu üzrə xidmət sahəsində işə çıxmasında X8 hər hansı təqsirli əməli olmamışdır. Belə olan halda isə əməldə inzibati xəta tərkibi yaranmır. Yuxarıda sadalanan bütün xüsusatlar onu deməyə əsas verir ki, "Azəriqaz” İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi ««Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən X13 barəsində qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə o bildirmişdir ki, ««Azəriqaz» İstehsalat X1 əmək müqaviləsinə xitam verilməsindən məlumatları olmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X14 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulduğundan barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tənbeh vermə haqqında qərar qəbul edilərək 3700 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx" MMC tərəfindən ona məlumat verilmədiyini göstərsə də, bu barədə ona məlumat verildiyini bildirirək mail adresinə göndərilmiş məlumatı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, baxmayaraq ki, X4 rayonu üzrə xidməti ərazisinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi təhkim edilmiş, Abşeron rayonu üzrə Xidmət ərazisi “Azəriqaz” İB-nin Bakı da Bakı Regional Mərkəzinə daxil olduğundan protokol Mərkəzin rəisi X13 barəsində tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, "xxxx" MMC tərəfindən onunla əmək müqaviləsi bağlanılaraq Abşeron rayonu üzrə xidməti ərazisinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi işləmiş, sentyabr ayının 10-a qədə o işə çıxmış, lakin onunla əmək müqaviləsinə avqust ayının əvvəlindən xitam verilmişdir. Əmək müqaviləsi olmadan işə çıxdığı dövr üçün ona əmək haqqı ödənilmədiyi üçün bu barədə Əmək Müfəttişliyinə şikayət etmiş, işlədiyi ay üçün əmək haqaının ödənilməsi ilə bağlı ilk öncə Abşeron regionalda Kəmalə xanıma müraciət etmiş sonradan Zamin Mehraliyevə müraciət etmişdir, Zamin Mehraliyevə müraciət etməsinin səbəbi o olmuşdur ki, hamı bilmişdir ki, iş yerinin rəhbəri odur. Onlar da ona kömək etmişlər, işlədiyi iş günləri üçün onun kartına 215 manat əmək haqqı göndərilmişdir, Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyindən barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir; Asan ödəniş sistemindən çıxarışdan görünür ki, X13 barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla 3700 manat miqdarında cərimə tətbiq edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müaviləsi bildirişindən görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə "xxxx" MMC tərəfindən xitam verilmişdir; İşçi qüvvəsinin təmin edilməsinə dair sazişdən görünür ki, icraçı “Azəriqaz” İstehsalat Birliyi ilə “DOST İş Mərkəzi “ MMC arasında saziş bağlanmışdır; «Azəriqaz» İstehsalat Birliyinə ünvanlanmış mail-dən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən «Azəriqaz» İstehsalat Birliyinə təhkim edilmiş yaşı 65 və yuxarı olan işçilərdən xitam verilənlərə əlavə olaraq 8 nəfərlik cədvəl(X6 adı olan) təqdim edilmişdir; Bakı X20 Departamenti rəisinin vəzifə təlimatlarının 1.7-ci bəndinə əsasən o, əmək qanunvericiliyinə riayət edilməsinə görə məsuliyyət daşıyır; E-manatdan çıxarışdan görünür ki, X3 215 manat pul xx.xx.2023-cü il tarixdə mədaxil edilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 192.1-ci maddəsinə əsasən, 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 barəsində X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyindən İXMnin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli qərarla 3700 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi ««Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən X13 barəsində qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X14 bildirmişdir ki, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulduğundan barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tənbeh vermə haqqında qərar qəbul edilərək 3700 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx" MMC tərəfindən ona məlumat verilmədiyini göstərsə də, bu barədə ona məlumat verildiyini bildirirək mail adresinə göndərilmiş məlumatı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, baxmayaraq ki, X4 rayonu üzrə xidməti ərazisinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi təhkim edilmiş, Abşeron rayonu üzrə Xidmət ərazisi “Azəriqaz” İB-nin Bakı Regional Mərkəzinə daxil olduğundan protokol Mərkəzin rəisi X13 barəsində tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan əlavə o bildirmişdir ki, ««Azəriqaz» İstehsalat X1 əmək müqaviləsinə xitam verilməsindən məlumatları olmamışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müaviləsi bildirişindən göründüyü kimi, X6 əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə "xxxx" MMC tərəfindən xitam verilmişdir. «Azəriqaz» İstehsalat Birliyinə ünvanlanmış mail-dən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən «Azəriqaz» İstehsalat Birliyinə təhkim edilmiş yaşı 65 və yuxarı olan işçilərdən xitam verilənlərə əlavə olaraq 8 nəfərlik cədvəl(X6 adı olan) təqdim edilmişdir. Göründüyü kimi X11 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlansa da, icraçı «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamenti olmuş, "xxxx" MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə mail vasitəsilə «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinə məlumat verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, şikayətdə Z.Mçehrəliyevin deyil "xxxx" MMCnin məsuliyyətə cəlb edilməli olduğu qeyd edilmişdir. Şikayətin bu əsası ilə bağlı məhkəmə qeyd edir ki, X11 əmək müqaviləsini "xxxx" MMC ilə bağlasa da xx.xx.2023-cü il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir və həmin tarixdən sonra S.Səmədovanın “Azəriqaz” İstehsalat Birliyində əmək müqaviləsi olmadan çalışmasına nəzarət etmək funksiyası "xxxx" MMC-də deyil, “Azəriqaz” İstehsalat Birliyinin üzərində olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Abşeron rayonu üzrə Xidmət ərazisi “Azəriqaz” İstehsalat Birliyinin Bakı X20 Departamentinin tərkibində olduğundan və Bakı X20 Departamentinin rəhbəri isə X13 olduğundan protokol düzgün olaraq vəzifəli şəxs kimi Z.Mehrəliyev barəsində tərtib edilmişdir. Z.Mehrəliyevin faktiki rəhbər, cavabdeh şəxs olmasını həmçinin əmək müqaviləsi olmadan əməyə cəlb edilmiş X11 da təsdiq etmiş və buna görə də qanunsuz əməyə cəlb edildiyi dövr üçün əmək haqqının verilməsi üçün Z.Mehrəliyevin qəbulunda olduğunu qeyd etmişdir. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X13 tərəfindən X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Azəriqaz» İstehsalat Birliyinin Bakı X20 Departamentinin rəisi X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar