Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4919/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhər X6 İdarəsindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, sürücülük vəsiqəsinin vaxtının bitməsindən xəbəri olmadan idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospektində hərəkət edən zaman düzgün məsafə saxlamadığından qarşısındakı “Toyota Prius minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə vaxtı xəsarət alan olmamışdır və qarşı tərəfin avtomobilinə təxminən 300-400 manat arası maddi ziyan dəymişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis kapitanı X4 ifadəsində göstərmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs məxsus avtonəqliyyat vasitəsinə arxadan vurmaqla 300-400 manat məbləğində maddi ziyan vurmuşdur. Bununlada, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus avtonəqliyyat vasitəsinə maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı Şəhər BPİ-nin X6 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbənin inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs və X1 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində baş vermiş, “Toyota Prius (Hibrid) minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün “Toyota Prius minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuşdur; zərərçəkmiş şəxs X1 Bakı Şəhər BPİ-nin DYPİ-də verdiyi izahatından aydın olur ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospektində işıqforda dayanmışdır. Bu zaman arxadan gələn “Toyota Prius” markalı maşın onun idarə etdiyi avtomobili arxadan vurmuşdur. Hadisə vaxtı xəsarət alan olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4919/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4919/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver