Məhkəmə qərarları › İş №3(011)-493/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-493/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-493/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində İXM-nin 271-ci maddəsinin tələblərinin pozulduğu əsas gətirilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. O, özünə məxsus “QAZ 3302” yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə əsasında X5 vermişdir. İnzibati xəta haqqında protokol tərtib olunana zaman həmin avtonəqliyyat vasitəsi X10 tərəfindən idarə olunmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 nümayəndəsi Nümayəndə şikayətçinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, Xətai rayonu M.Davud küçəsi 1-ci döngə 11 ünvanda dislokasiyaya uyğun məişət tullantıları konteynerləri yerləşdirilmişdir. Sözügedən küçədə yaşayan bir çox sakinlər tərəfindən fərdi qaydada kəsilmiş ev heyvanlarının tullantıları həmin əraziyə atılmış və bu da digər sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Dəfələrlə tərəflərindən sakinlərlə maarifləndirmə işləri aparılmasına və ərazinin mütəmadi təmizlənməsinə baxmayaraq bu hal davam etdirilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə **-NK-*** dövlət nömrəli minik və **-VP-***, **-XZ-*** dövlət nömrəli yük avtomaşınları ilə əraziyə kəsilmiş heyvanların tullantıları atılmışdır. 11 saylı Regional Ekologiya və X8 Xətai rayonu Mirzə Davud küçəsi 1-ci döngə 11 ünvanında məişət tullantıları konteynerlərinə heyvan tullantılarının atılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən araşdırılmış, araşdırma zamanı sözügedən əraziyə **-NK-*** dövlət qeydiyyat nişanlı minik və **-VP-***, **-XZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərindən heyvan tullantılarının atıldığının müəyyən edildiyi qeyd olunmuş və qeyd edilənlərin nəzərə alınaraq göstərilən nəqliyyat vasitəsinin kimə, hansı idarə və ya təşkilata aid olmasının aydınlaşdırılması üçün 11 saylı Regional Ekologiya və X8 lazımi köməkliyin göstərilməsi DİN-nin BDYPİ-nin Qİİ-dən xahiş olunmuşdur. Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən Xətai rayonu Mirzə Davud küçəsi 1-ci döngə 11 ünvanında dislokasiyaya uyğun məişət tullantıları konteynerlərinə fərdi qaydada kəsilmiş heyvan tullantılarının atılması və bunun sakinlərin narazılığına səbəb olması ilə bağlı 11 saylı Regional Ekologiya və X8 daxil olmuş müraciət 2 saylı MİS-nin rəisi Rizvan Əhədovun iştirakı ilə əməkdaşları tərəfindən araşdırılmış, araşdırma zamanı, sözügedən ərazidə məişət tullantıları üçün 06 ədəd tullantı konteynerinin mövcud olduğu və həmin konteynerlərə heyvan kəsildikdən sonra əraziyə **-NK-*** nömrə nişanlı minik və **-VP-***, **-XZ-*** nömrə nişanlı yük avtomobilləri tərəfindən heyvan tullantılarının atıldığı müəyyən olunmışdur. DİN-nin BDYPİ-nin Qİİ-nin 11 saylı Regional Ekologiya və X8 ünvanladığı sorğuya cavab məktubunda “QAZ 3302” yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X3 adına rəsmiləşdirilməsi və X11 tərəfindən həmin nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2020-ci il tarixdə 01 bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək etibarnamə əsasında X5 verildiyi qeyd edilmişdir. Məsələ ilə əlaqədar X7 barəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2020-ci il tarixdə saat 10:00-da 11 saylı Regional Ekologiya və X8 gəlməsi və ya səlahiyyətli nümayəndəsinin göndərilməsi bildirilmiş və N.Y.Məmmədov göstərilən müddət ərzində idarəyə gəlmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən X4 əməmlində İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi aşkar edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və o, İXM-nin 271-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 62888 nömrəli aktdan görünür ki, Mirzə Davud küçəsi 1-ci döngə ünvanından daxil olmuş şikayətlə bağlı aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin və 2 saylı Mənzil İstismar sahəsinin 11 saylı RETS-nə Mirzə Davud küçəsi 1-ci döngə 11 ünvanında dislokasiyaya uyğun yerləşdirilmiş məişət tullantıları üçün nəzərdə tutlmuş konteynerlərə və onun kənarındakı boş əraziyə heyvan kəsimi ilə məşğul olan şəxslərin kəsilmiş heyvanların tullantılarının atması ilə bağlı ünvanladığı məktublar idarənin xx.xx.2020-ci il tarixli, BD – 122 saylı sərəncamına əsasən tərəflərindən yerində araşdırılmış, araşdırma 2 saylı MİS-nin rəisi Rizvan Əhədovun iştirakı ilə aparılmışdır. Məkltublarda yaxınlıqda mal-qara, qoyun-quzu kəsimi ilə məşğul olan vətəndaşların dövlət nömrə nişanı **-NK-*** olan, **-VP-*** olan “Qazel” markalı, **-XZ-*** olan yük avtomobili, ATECO, **-BB-*** olan “VAZ 21 06” markalı avtomobillər tərəfindən sözügedən əraziyə heyvan içalatları, dərisi və s. tullantıları atıldığı qeyd olunmuşdur. Araşdırma müddətində MİS-nin rəisi R.Əhədov ilə birgə qeyd olunan əraziyə bir neçə dəfə baxış keçirilmiş, hər dəfə orada olan məişət tullantıları üçün ayrılmış konteynerlərə heyvan kəsildikdən sonra yaranan tullantıların atıldığı qeyd olunmuşdur. MİS-nin rəisi R.Əhədov ərazidə yaşayan sakinlərin bu tullantıların yaratdığı kəskin pis iy-qoxusundan rayon İcra Hakmiyyətinin MİKTB-nə şikayət etdiklərini bildirmişdir. Qeyd olunan ərazidə olan 06 ədəd dəmir konteynerdə toplanan məişət tullantıları “xxxx” MMC tərəfindən müvafiq müqaviləyə əsasən daşınaraq zərərsizləşdirilmiş, toplanmış materiallar, çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur; Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin surəti 11 saylı Regional Ekologiya və X8 və X1 göndərilməkə, Xətai RPİ-nə ünvanladığı xx.xx.2020-ci il tarixli, 309 nömrəli məktubunda qeyd edilmişdir ki, Xətai rayonu M.Davud küçəsi 1-ci döngə 11 ünvanda dislokasiyaya uyğun məişət tullantıları konteynerləri yerləşdirilmişdir. Sözügedən küçədə yaşayan bir çox sakinlər tərəfindən fərdi qaydada kəsilmiş ev heyvanlarının tullantıları həmin əraziyə atılmış və bu da digər sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Dəfələrlə tərəflərindən sakinlərlə maarifləndirmə işləri aparılmasına və ərazinin mütəmadi təmizlənməsinə baxmayaraq bu hal davam etməkdədir. Belə ki, xx.xx.2020-ci il tarixdə **-NK-*** dövlət nömrəli minik və **-VP-***, **-XZ-*** dövlət nömrəli yük avtomaşınları ilə əraziyə kəsilmiş heyvanların tullantıları atılmışdır; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən DİN-nin BDYPİ-nin Qİİ-nə ünvanladığı xx.xx.2020-ci il tarixli, 26/1967 saylı sorğu məktubundan görünür ki, 11 saylı Regional Ekologiya və X8 Xətai rayonu Mirzə Davud küçəsi 1-ci döngə 11 ünvanında məişət tullantıları konteynerlərinə heyvan tullantılarının atılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən araşdırılmış, araşdırma zamanı sözügedən əraziyə **-NK-*** dövlət qeydiyyat nişanlı minik və **-VP-***, **-XZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərindən heyvan tullantılarının atıldığının müəyyən edildiyi qeyd olunmuş və qeyd edilənlərin nəzərə alınaraq göstərilən nəqliyyat vasitəsinin kimə, hansı idarə və ya təşkilata aid olmasının aydınlaşdırılması üçün 11 saylı Regional Ekologiya və X8 lazımi köməkliyin göstərilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən Xətai RPİ-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 26/1966 saylı məktubundan görünür ki, Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən Xətai rayonu Mirzə Davud küçəsi 1-ci döngə 11 ünvanında dislokasiyaya uyğun məişət tullantıları konteynerlərinə fərdi qaydada kəsilmiş heyvan tullantılarının atılması və bunun sakinlərin narazılığına səbəb olması ilə bağlı 11 saylı Regional Ekologiya və X8 daxil olmuş müraciət 2 saylı MİS-nin rəisi Rizvan Əhədovun iştirakı ilə əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı, sözügedən ərazidə məişət tullantıları üçün 06 ədəd tullantı konteynerin mövcud olduğu və həmin konteynerlərə heyvan kəsildikdən sonra əmələ gələn tullantıların atıldığı müəyyən olunmuşdur. Müraciətdə sözügedən əraziyə **- NK-*** nömrə nişanlı minik və **-VP-***, **-XZ-*** nömrə nişanlı yük avtomobilləri tərəfindən heyvan tullantılarının atıldığı qeyd olunmuşur. Qeyd olunanları nəzərə alaraq sözügedən əraziyə qanunsuz heyvan tullantıları atan şəxslər barədə səlahiyyət daxilində tədbir görülməsi xahiş olunmışdur; DİN-nin BDYPİ-nin Qİİ-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 ünvanladığı sorğuya cavab məktubundan görünür ki, “QAZ 3302” yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına rəsmiləşdirilmiş və X11 tərəfindən həmin nəqliyyat vasitəsi idarə etmək üçün xx.xx.2020-ci il tarixdə 01 bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək etibarnamə əsasında X5 vermişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 26/4336 nömrəli məktubundan görünür ki, 11 saylı Regional Ekologiya və X8 Xətai rayonu, Mirzə Davud küçəsi, 1-ci döngə 11 ünvanında məişət tullantıları konteynerlərinə və kənara heyvan tullantılarının atılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən araşdırılmış, araşdırma zamanı sözügedən əraziyə **-VP-*** dövlət qeydiyyat nişanlı “Qaz 3302 Yük" markalı nəqliyyat vasitəsindən heyvan tullantılarının atıldığı müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin kimə, hansı müəssisə və idarəyə aid olmasını müəyyənləşdirmək məqsədilə Baş Dövlət Yol Polis idarəsinin Qeydiyyat-İmtahan İdarəsinə sorğu göndərilmiş və nəqliyyat vasitəsinin N.Y.Məmmədovun adında qeydiyyatda olduğu müəyyən edilmişdir. Sözügedən məsələ ilə əlaqədar aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2020-ci il tarixdə saat 10:00-da 11 saylı Regional Ekologiya və X8 gəlməsi və ya səlahiyyətli nümayəndəsinin (etibarnamə ilə birlikdə) göndərilməsi N.Y.Məmmədovdan xahiş olunmuş və N.Y.Məmmədov göstərilən müddət ərzində idarəyə gəlmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən X10 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 əməmlində İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi aşkar edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X10 İXM-nin 271-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Şikayətçinin dəlili: o, özünə məxsus “QAZ 3302” yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə əsasında X5 vermiş və inzibati xəta haqqında protokol tərtib olunana zaman həmin avtonəqliyyat vasitəsi X10 tərəfindən idarə olunmuşdur. Şikayətçi inzibati xətanın törədilib-törədilməməsini mübahisələndirməmişdir. Məhkəmə, şikayətçinin dəlili ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2020-ci il tarixdə törədilmişdir. DİNnin BDYPİ-nin Qİİ-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 ünvanladığı sorğuya cavab məktubunda, “QAZ 3302” yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına rəsmiləşdirildiyi və X11 tərəfindən həmin nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2020-ci il tarixdə 01 bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək etibarnamə əsasında X5 verdiyi qeyd edilmişdir. X10 xx.xx.2020-ci il tarixdən əvvəl “QAZ 3302” yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə bağlı X5 etibarnamə vermədiyini bildirmiş, qeyd olunan hal müəyyən edilməmişdir. Göründüyü kimi, “QAZ 3302” yük markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə bağlı etibarnamə X5 inzibati xəta törədilməsindən bir ay on gün sonra verilmişdir. Belə olan halda, məhkəmə inzibati xətanın törədildiyi zamanı avtomobilin X10 tərəfindən idarə edilməsi barədə şikayətçinin dəlillərini əsassız hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, inzibati xətanın törədilməsindən sonra inzibati orqan tərəfindən araşdırma aprılmış, müvafiq sorğular verilmiş, bu səbəbdən inzibati xəta haqqında protokol inzibati qanunvericiliyin müəyyən etdiyi müddətdə tərtib edilməmişdir. Məhkəmə nəzərə alır ki, inzibati xəta haqqında protokolun inzibati qanunvericiliyin müəyyən etdiyi müddətdə tərtib edilməməsi, barəsində iş üzrə icraat aparılan şəxsin məsuliyyətdən azad edilməsi üçün əsas kimi müəyyən edilməmişdir. Müvafiq inzibati xətanın X11 tərəfindən törədilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 62888 nömrəli akt, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli, 309 nömrəli məktubu və fotoşəkillərlə sübuta yetirilmişdir. Beləliklə, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəməp QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edə Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar