Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4936/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X2 iştirakı ilə, X2 Bakı şəhəri Baş X13 İdarəsinin 28 noyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş X13 İdarəsinin 28 noyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə 2023 saat 22.00 radələrində qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan BMW3351 modelli **- EP-*** dövlət nömrə nişanlı, nəqliyyat vasitəsi ilə yorğun olduğundan ayıq sürücü xidmətindən istifadə etməklə avtomaşınını idarə etməyi üçün dəvət etmişdim. Sürücü gələrək tərəfindən onun sürücülük vəsiqəsinə baxdıqdan sonra açarları ona verərək sərnişin tərəfdə əyləşərək yoluna davam etmişdilər. Saat təxminən 23.00 radələrində sürücü onu faktiki yaşadığı Xətai rayonu, 8 noyabr prospekti, H.Aslanov qəsəbəsi, Rövşən Hüseynov küçəsindəki 3 saylı evin qarşısında saxladı. Sürücü çıxıb gedərkən qəfil Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı avtomaşınını saxlayaraq ona yaxınlaşdı. Ona avtomaşını idarə etməyini və nəqliyyat vasitəsinin sənədlərini istədi. O, ona bildirəndə ki, avtomaşını digər sürücü sürərək onu yaşadığı evə gətirib, polis kapitanı X5 buna məhəl qoymayaraq avtomaşını cərimə duracağına aparacağını onu isə sərxoşluğun tibbi müayinəsindən keçirəcəyini bildirdi. Polis kapitanının bu tələbi qanunsuz olsa da o tələblə razılaşmaq məcburiyyətində qalaraq onlarla birlikdə müvəqqəti cərimə duracağına getdi. Avtomaşını duracağa qoyduqdan sonra o sərxoşluğun tibbi müayinəsindən keçmək üçün gedəcəyini soruşanda sonuncu ona bildirdi ki, "ehtiyac yoxdur sabah şəhər qaisinə gələrək 404-cü otağa yaxınlaşarsan, məsələni orda həll edərsən. O buna etiraz etdikdə və tibbi müayinədək keçirilməsini tələb etdikdə sonuncu xidməti maşınına əyləşərək ərazini tərk etdi. O isə məcburiyyət qarşısında qalaraq evə gəldi. Səhəri günü, yəni xx.xx.2023- cü il tarixdə Bakı şəhər Baş X13 İdarəsinə gedərək polis müffətişinin dediyi otağa yaxınlaşdı. Otaqda ona bildirdilər ki, 700 manat pul ödəməlisən ki, sənin maşınıvı buraxaq sənə də cərimə yazmayaq. O hadisəni onlara danışdıqdan sonra onlar ona bildirdilər ki, onlar plan verirlər və müvafiq yoxlama apardıqdan sonra, yəni polis kapitanı ilə telefonla danışdıqdan sonra bildirdilər ki, 400 manat ödə, Tərəfimdən mənə yazılmış protokolun qanunsuz və əsassız olduğunu bildirdikdə onlar mənə bildirdilər ki, sən içkili olmusan polis müfəttişi də səni saxlayıb. Lakin mənim içkili olmağımı mənə əsaslandırıb sübut edə bilmədilər, mənə hədə-qorxu gələrək mənim sənədimi məhkəməyə göndərəcəklərini bildirdilər. Lakin sənədlərimi məhkən haqqinda göndərmədilər. Haqlı tələblərimə məhəl qoymayaraq mənə 400 manat inzibati cərimə yazaraq onu ödəməyini bildirdilər. O isə qərarı götürərək ondan şikayət edəcəy bildirdi ilk öncə ona şikayət verməməyini zəng edərək bildirdilər. Nazirlər Kabineti 27 iyun 2014-cü il tarixli, 209 saylı Qərarı ilə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsinin yeni qaydalarını təsdiq etmişdir. Bu qaydalar çoxdan qəbul edilməli idi, çünki bugünədək sürücülərin sərxoşluğu sovet dövründən qalan qaydalar üzrə müəyyən edilirdi. Sürücünün sərxoşluğunun müəyyən edilməsinin yeni qaydaları əvvəlki qaydalardan ciddi surətdə fərqlənməsə də, bir neçə yenilik də var. Yeni qaydalar İnzibati Xətalar Məcəlləsinin (İXM) müəyyən etdiyi ümumi müddəalardan çıxış edərək sərxoşluğun müəyyən edilməsinin İKİ FƏRQLİ PROSEDURUNU müəyyən edir: 1) sərxoşluğun DYP əməkdaşları tərəfindən yerində müəyyən edilməsi, 2) sərxoşluğun tibb müəssisəsində müəyyən edilməsi. DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Qeyd etmək istəyir ki, polis müfəttişi bu halların heç biri aparmamışdır. Belə ki, sərxoşluğun müayinəsi İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarına tam riayət edilməklə keçirilməlidir. Məcəllənin tələbinə əsasən, sərxoşluq ən azı 2 HAL ŞAHİDİNİN İŞTİRAKİ İLƏ müayinə edilməlidir, sürücünü tibbi müayinəyə göndərməzdən əvvəl bu barədə ayrıca protokol tərtib edilməlidir, tibbi müayinənin nəticələri xüsusi aktla rəsmiləşdirilməlidir. Bu qaydaların pozulması sərxoşluğun müayinəsinin nəticələrini etibarsız saymaq üçün əsasdır. Habelə sərxoşluğun müayinəsindən boyun qaçırma qadağandır. Əgər boyun qaçırma cinayət xarakterli yol-nəqliyyat hadisəsi törətmiş sürücü tərəfindən edilərsə, həmin sürücü Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilən qaydada məcburi olaraq tibbi müayinədən keçiriləcəkdir. Lakin baxmayaraq ki, mən özüm təklif etdim ki, məni müayinədən keçirsinlər, lakin polis müfəttişi bunu məhəl qoymayaraq yuxarıda qeyd etdiyim kimi, xidməti avtomaşınına əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Aşağıdakı qanunvericiliyin tələblərinə əsasən barəmdə tərtib edilmiş qanunsuz inzibati qərarın qanunvericilik normasına zidd olmasını qeyd edirəm. Polis kapitanının barəmdə qanunsuz cərimə qərarının yazılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş şərhə tamamilə ziddir. Ona görə də barəmdə tərtib edilmiş qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Bildirirəm ki, inspektorun barəmdə tərtib etdiyi inzibatı tənbehvermə haqqında qərarı əsassız olduğu üçün hakim tərəfindən araşdırma aparılaraq, tərəfimdən təqdim edilmiş avtomaşınımda olan video qeydiyyat videosuna baxış keçirilməklə (mənə maxsus olan nəqliyyat vasitəsini başqa şəxs tərəfindən idarə edilməsi barədə görüntüler) Bakı şəhər Xətai rayon Məhkəməsinin 3(011) -3412/2023 saylı, 28.09 2023- cü il tarixdə şikayət qismən təmin edilmiş və Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2023-cu il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərar alınmışdır. Qərar yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsinə baxmayaraq məni dəvət etməmişlər, dəvətimlə bağlı rəsmi bildiriş göndərəyərək yenidən heç bir asas olmadan birtərəfli qaydada 28.11 2023-cü il tarixdə 16.50 radələrində ilkin olaraq 400 manat qərarsız qərar qəbul etmişlər 16:52 radələrində isə qərar qəbul edərək məni İXMnin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişlər. Qərarın surətini isə rəsmi olaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhər DYPİ-dən almışam. Qeyd edirik ki, barəmdə xx.xx.2023-cü il tarixdə TP6137695 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, mənim inzibati xətanı törətməyimlə bağlı hər hansı bir sübut mövcud Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyi bu Məcəllədən yəni İnzibati Xətalar Məcəlləsindən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İnzibati Xətalar Məcəlləninin 368-ci və 412.1-ci maddələri istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin maddənin ikinci bəndinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə edərək əsassız olaraq barəmdə təkrar inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 435.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin maddənin ikinci bəndinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Təkrar olaraq məsuliyyətə cəlb edilməyimlə bağlı qərar qəbul edərkən işin halları araşdırılmamışdır və mənim iştirakım təmin edilməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının ha tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarı edilməsi üçün əsasdır. Şikayətinin tam təmin edilməsini, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİnin polis polkovniki R.Piriyev tərəfindən TP-6137695 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermel haqqında barəmdə tərtib etdiyi qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri Baş X13 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı şəhəri Baş X13 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3412/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 şikayəti qismən təmin edilmiş və Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzər icraata xitam verilmişdir. Bakı şəhər X11 İdarəsinin polis polkovniki X7 tərəfindən qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli, TP6137695 saylı qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixində, saat 00:01-də Xətai rayonu, F.Ramazanov küçəsində “BMW 3351 minik” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Üzeyir Quliyevin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X11 İdarəsinin polis polkovniki X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2023-cü il tarixində, saat 00:01-də Xətai rayonu, F.Ramazanov küçəsində “BMW 3351 minik” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə edilmişdir. X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “BMW 3351” modelli **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini ayıq sürücü idarə etmişdir. Lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-3412/2023 saylı qüvvəyə minmiş qərarı ilə müəyyən edilir ki, “BMW 3351” modelli **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ayıq sürücü tərəfindən idarə edilməsi faktı məhkəmə iclasında şahid qismində dindirilmiş X3 tərəfindən bir daha təsdiq olunmuşdur. Səlahiyyətli orqan tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində “BMW 3351” modelli **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin X4 tərəfindən sərxoş halda idarə edilməsini təsdiq edən sərxoşluğun vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş tibbi müayinə aktı və ya onun sərxoş olmasını göstərən xüusi texniki vasitənin göstəricisi, habelə hadisə zamanı qeydə alınmış videogörüntülər, barəsində inzibati iş üzrə icraat şəxsin izahatı məhkəməyə təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 28 noyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində 28 noyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək yenidən araşdırılması üçün inzibati qərar qəbul etmiş orqana göndərilməsi qərara alınsa da, heç bir araşdırma aparılmadan təkrarən eyni məzmunlu qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin 28 noyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Baş X13 İdarəsinin 28 noyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4936/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4936/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver