Məhkəmə qərarları › İş №3(011)-4939/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4939/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4939/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə X1 müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə "xxxx" MMC-nin direktoru X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 10 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 10 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, "X7 xx.xx.2023-cü il tarixdə saat 14:00-15:00 radələrində "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş, lakin əmək müqaviləsi bildirişi "ƏMAS" all sisteminə baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 18:28-da sistemə daxil edilmişdir. "X9 Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X11 ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə səhər saatlarında yazılı əmək müqaviləsi bağlanmış və həmin müqavilə barədə bildiriş "ƏMAS" alt sisteminə daxil edilmişdir. Bundan sonra isə Qasımov Məhəmməd işlərin görülməsinə cəlb edilməmiş, sadəcə əmək müqaviləsinə əsasən görəcəyi işlərlə tanış olmaq üçün müvafiq obyektlərlə tanış olmuşdur. Əmək müqaviləsi bildirişi isə MMC tərəfindən səhər saatlarında sistemə daxil edilsə də DƏMX-in istinad etdiyi saatda təsdiqlənmişdir. Yəni "xxxx" MMC-nin heç bir halda əmək müqaviləsi olmadan işçiləri işlərin görülməsinə cəlb etmək niyyəti olmamışdır və istinad olunan inzibati xəta törədilməmişdir. Bu halda vəzifəli şəxsə inzibati tənbeh tətbiq edilməsi inzibati xətalara dair qanunvericiliyin məqsədlərinə ziddir. Həmçinin inzibati xala haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş, onun izahatı alınmamış va göstərilənlərlə bağlı sübutlar əlavə edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Bütün qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, onun hərəkətlərində AR İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xata tərkibinin əlamətləri mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında X5 müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin etibarnamə üzrə nümayəndəsi izahatında göstərmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə saat 14:00-15:00 radələrində "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş, lakin əmək müqaviləsi bildirişi "ƏMAS" all sisteminə baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 18:28-da sistemə daxil edilmişdir. Sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan X13 Xidməti Bakı şəhər idarəsinin 10 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X8 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “X18” X20 xx.xx.2023-cü il tarixli məktubudan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat 17:15-də 9 saylı X21 Stansiya Briqadasının müşayiəti ilə mərkəzə gətirilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş, saat 18:29-da bildiriş qeydiyyata alınmış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında X4 izahatı qeyd edilmiş, izahatında işə cəlb edilmədiyini, işlə tanış olmaq üçün mağazalara getdiyini, mağazaların birində rəflər xlorlu olduğundan halının pisləşməsini, xəstəxanaya aparılmasını bildirmişdir. Məhkəmə, şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X1 şikayətində göstərdiyi xüsusat, X6 işlərin görülməsinə cəlb edilməməsi, sadəcə əmək müqaviləsinə əsasən görəcəyi işlərlə tanış olması onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, X7 xx.xx.2023-cü il tarixdə saat 17:15-də iş yerində vəziyyətinin pisləşməsi ilə əlaqədar X19 gətirilmiş, bundan sonra isə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş, saat 18:29-da bildiriş qeydiyyata alınmış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Əmək münasibətləri də məhz həmin andan sonra yaranmalı idi. X3 bildiriş qeydiyyata alınanadək artıq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X13 Xidməti Bakı şəhər idarəsinin 10 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X5 şikayəti təmin edilməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 10 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar